DataLife Engine > Islam > Bir dəstə gül. Yaxşı qadının xüsusiyətləri
Bir dəstə gül. Yaxşı qadının xüsusiyətləri1 äåêàáðÿ 2007. Ðàçìåñòèë: Ismail |
QADIN VƏ ONUN ÖZ ƏRİNİ XOŞHAL ETMƏSİ305–İmam Baqir əleyhissalam buyurur: Qadınlar üçün qiyamət günündə ən böyük şəfaət edən ərlərinin razılığıdır. Biharul-ənvar /81/345.***306–İmam Riza əleyhissalam Əmirəl-mö`minin Əli əleyhissalamdan rəvayət edir: Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır. Soruşuldu ki, ya Əli, bu beş xislət nədən ibarətdir? Buyurdu… Ərinə qarşı təvazökarlıq və üzü yolalıq, eləcə də bədxərclik etməyib qənaətcil olmaq; Xoşxasiyyət, mülayimlik və mehribançılıq; Əri ilə həmkarlıq edib razılaşmaq, işlərində ona kömək etmək; Ərini əsəbi və ya yorğun halda gördükdə, bütün işlərini, öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək; Əri yanında olmayanda onun malını, namusunu, övladlarını, öz iffətini qorumaqda əlindən gələni əsirgəməmək. Sonra buyurdu: Belə qadın Allah xidmətçilərindən sayılır və Allah xadimlərinə ümidsizlik yoxdur, onlar öz istəklərinə çatacaq. Kafi /5/324.***307–İmam Sadiq əleyhissalam buyurur: Hər bir qadın əri haqlı olaraq ondan narahat olduğu halda gecələsə, mütəal Allah onun namazını əri razı olana qədər qəbul etməz. Kafi /5/507.***308–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Kişinin öz yoldaşı üzərində olan haqqı budur ki: (arvadı) çırağı yandırsın, yemək hazırlasın, evin qapısına qədər xoş sözlərlə onu qarşılamağa çıxsın və üzrlü vaxtlardan başqa özünü onun ixtiyarında qoysun. Məkarimul-əxlaq /2/246.***309–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadın ərinin haqqını ödəməyincə, Allahın haqqını ödəyə bilməz. Müstədrəkul-vəsail /14/257.***310–İmam Baqir əleyhissalam buyurur: Bir gün bir qadın Allahın Rəsulunun (s.ə.v.v.) xidmətinə yetişib o Həzrətdən sual etdi ki, kişinin qadının boynunda olan haqqı nədir? Allahın Rəsulu (s.ə.v.v.) cavabında buyurdu: İtaət edib ona qarşı çıxmamaq. Vəsailuş-şiə /10/527.YAXŞI QADININ XÜSUSİYYƏTLƏRİ311–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gecələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür. Vəsailuş-şiə /20/172.***312–Allah Rəsulu (s.ə.v.v.) buyurur: Qadın özünü (əri üçün) gözəl ətirlərlə ətirləməli, ən gözəl paltarlarını geyib, ən gözəl zinətlərlə bəzəməli və gecə-gündüz özünü onun ixtiyarında qoymalıdır. Kafi /5/508.***313–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Qadının cihadı ərinə yaxşı baxmasıdır. Nəhcül-bəlağə, kəlimati-qisar /494.***314–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Allah buyurur: Hər vaxt mö`min üçün dünya və axirət xeyrini bir yerə cəm etmək istəsəm, ona (Allahdan) qorxan qəlb, zikr edən dil, bəlada səbirli olan bədən və mö`minə olan həyat yoldaşı verərəm ki, hər vaxt baxsa onu xoşhal edər, yanında olmayan zaman özünü və malını qoruyar. Kafi /5/327.***315–İmam Sadiq əleyhissalam buyurur: Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir. Biharul-ənvar /103/252.***316–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Əlbəttə, qadınlarınızın ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, örpəkli, iffətli, ərinin qarşısında təvazökar, qohumlarının yanında əziz olanlar, eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib, naməhrəmdən gizlədən, ərinin sözünə canla-başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır, sadə kişilər kimi özünə baxmayanlar yox. (Biharul-ənvar /103/235.)***317–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Dörd şeyə yiyələnmək müsəlman kişinin xoşbəxtliyindəndir… Ləyaqətli və salehə xanım; Geniş ev; Məqsədə yetişmək üçün sür`ətlə gedən rahat minik; Əxlaqı və əməli düz olan saleh övlad. Biharul-ənvar /104/98.***318–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadının cihadı əri ilə xoş rəftarıdır. Ərinin onun üzərində olan haqqı bütün xalqın haqqından böyükdür. Biharul-ənvar /103/256. |