DataLife Engine > Futbol > İngiltərə millisi AÇ-dən kənarda qaldı
İngiltərə millisi AÇ-dən kənarda qaldı26 íîÿáðÿ 2007. Ðàçìåñòèë: Ismail |
|
İngiltərə millisi AÇ-dən kənarda qaldı
Avropa Çempionatı 2008-in seçmə mərhələsi bitdi. “Fantastik” olaraq İngiltərə millisi Avropa çempionatına vəsiqə qazana bilmədi. Belə ki, E qrupunda artıq Xorvatiya AÇ-yə vəsiqəni özünə təmin etmişdi. Rusiya bir öncəki oyunda İsrailə məğlub olmuşdu. Rusiya son oyunda həm Andorraya qalib gəlməli, həm də Xorvatiyanın səfərdə İngiltərəyə qalib gəlməsini gözləməli idi. Quus Hiddinkin başçılıq etdiyi Rusiya millisi Andorraya səfərdə 1:0 hesabı ilə qalib gəlib. Xorvatiya isə səfərdə İngiltərəyə 3:2 hesabı ilə qalib gəlib. Guus Hiddink: “Mən hələ dünənədək inana bilmirdim ki, biz AÇ 2008-ə vəsiqə qazanacağıq. Belə ki, İsrail sonadək mübarizə aparmışdı və demək olar ki, bizim ümidlərimizin üstündən xətt çəkmişdi. Ancaq indi Xorvatiya millisi iradə nümayiş etdirərək ingilislərə “Uembli”də qalib gəldi. Özlərini əsil peşəkar kimi göstərmiş bu komandanın oyunçularına və məşqçilərinə öz minnətdarlığımı bildirirəm. Matçın başlanğıcına qədər mən əmin idim ki, xorvatlar Makedoniyaya məğlub olduqdan sonra ikinci dəfə məğlub olmaq istəməyəcəklər. Bu çox güclü və təcrübəli komandadır. ” O, ingilislərin hətta heç-heçəni də əllərindən buraxdıqlarına təəccübləndiyini bildirib. İngiltərə millisi 1984-cü ildən bu yana ilk dəfədir ki, Avropa çempionatını buraxır. Steve McClaren də öz baş məşqçi postunu itirib. Sıçev 38-ci dəqiqədə Rusiyanın yeganə qoluna imza atıb. Həmin vaxta kimi xorvatlar ingilislərin qapısından iki top keçirmişdi (8` Kranjçar, 14` Oliç). Lakin daha sonra xorvatlar iki top buraxıb (56` Lampard, 65` Crouch). Lakin 77-ci dəqiqədə Xorvatiya millisinin oyunçusu Petriçin vurduğu qol Rusiyanı AÇ-nin final mərhələsinə daşıyib. 29 xalla Xorvatiya qrup birincisi, Rusiya isə 24 xalla ikinci olub. İngiltərə 23 xalla üçüncü olaraq AÇ 2008-lə vidalaşıb. Türkiyə millisi də AÇ 2008-ə vəsiqə qazanıb. Onlar son oyunda Bosniya millisinə 1:0 (43` Nihat) hesabı ilə qalib gəlib. Beləliklə, AÇ 2008-ə bu komandalar vəsiqə qazanıb: Avstriya, Xorvatiya, Çexiya, Rusiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, Hollandiya, İspaniya, İsveç, İsveçrə və Türkiyə. AÇ 2008-in püşkatması 2 dekabrda keçiriləcək. Avropa çempionu Yunanıstan və ev sahibləri Avstriya və İsveçrə avtomatik olaraq birinci səbətdə yer alır. Hollandiya millisi də ən yüksək reytinq göstəricisinə görə birinci səbətdədir. Və digər komandalar reytinq sıralamasına görə ikinci(Xorvatiy, İtaliya, Çexiya və İsveç), üçüncü (Rumıniya, Almaniya, Portuqaliya və İspaniya), dördüncü (Polşa, Fransa, Türkiyə və Rusiya) səbətlərdə yer alır.
Azərbaycan 0 - 1 Belçika
İngiltərə 2 - 3 Xorvatiya
Andorra 0 - 1 Rusiya
Türkiyə 1 - 0 Bosniya
|