HƏYAT YOLDAŞINA EHTİRAM
298–Allahın
Rəsulu (s.ə.v.v.) buyurur: Vay olsun o qadına ki, ərini narahat edib
qəzəbləndirə və xoş o qadının halına ki, əri ondan razı ola.
Biharul-ənvar /8/30.
***
299–Allahın
Rəsulu (s.ə.v.v.) buyurur: İki arvadı olan, onların arasında özünü və malını
düzgün bölüşdürməyib ədalətlə rəftar etməyən kişi, qiyamət günündə bədəninin
yarısı zəncirlənmiş və o biri yarısı da düzəlməyən halda gələcək və cəhənnəmə
daxil olacaqdır.
Biharul-ənvar /7/214.
***
300–İmam Baqir
əleyhissalam buyurur: Ailə quran hər bir şəxs öz yoldaşını əzizləyib hörmət
etməlidir.
Biharul-ənvar /103/224.
***
301–İmam Əmirəl-mö`minin
Əli əleyhissalam buyurur: Hər bir halda qadınlarla mülayim və güzəştli olun (hətta
öz vəzifələrinə əməl etməsələr də). Onlarla mehriban və yaxşı danışın, mümkündür
bu yolla onlar da öz vəzifələrini layiqincə yerinə yetirsinlər.
Biharul-ənvar /103/323.
***
302–Musa ibni
Cə`fərdən, o da öz ata-babalarından nəql etmişdir ki, Allahın Rəsulu (s.ə.v.v.)
buyurur: Bəndənin Allaha imanı artdıqca qadınlara qarşı məhəbbət və atifəsi də
çoxalacaqdır.
Biharul-ənvar /103/228.
***
303–Allahın
Rəsulu (s.ə.v.v.) buyurur: Dünyadan üç şey mənim üçün sevimlidir: qadınlar,
xoş iyli ətir, amma gözlərimin nuru namazdadır. (Mə`buda üz tutub Ona ibadət
etmək).
Biharul-ənvar /76/141. Xisal
/1/189.
***
304–İmam Əmirəl-mö`minin
Əli əleyhissalam buyurur: Ən pis adam (maddi cəhətdən) ailəsinə çətinlik
yaradanlardır.
Nurul-əbsar.