DataLife Engine > Futbol > ÇL: Fənərbaxça PSV Eyndhoveni məğlub etdi – 2:0
ÇL: Fənərbaxça PSV Eyndhoveni məğlub etdi – 2:08 íîÿáðÿ 2007. Ðàçìåñòèë: Ismail |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() ÇL: Fənərbaxça PSV Eyndhoveni məğlub etdi – 2:0
Dünən UEFA çempionlar liqasının qrup mərhələsi çərçivəsində E, F, G və H qruplarında da 4-cü turun oyunları keçirilib. E qrupunda Barselona Qlazqo Reyncersə 2:0 hesabı ilə qalib gəlib. Qolları qapıdan Henry (6`) və Messi (43`) keçirib. E qrupunun digər matçında Olimpik Lion Ştutqarta 4:2 hesabı ilə qalib gəlib. Lionun qollarını Ben Arfa (6`, 37`), Källström (15`) və Juninho (93`) vurub. Ştutqartın qollarını isə 16-cı və 56-cı dəqiqədə Gomez qapıdan keçirib. .
F qrupunda Mançester Yunaytedə Dinamo Kiyevə 4:0 (Pique 31`, Tevez 37`, Rooney 76`, C. Ronaldo 88`) hesabı ilə qalib gəlib. Sportinq Roma ilə heç-heçə edib - 2:2. Sportinqin qollarını Liedson (22` və 64`), Romanın qollarını isə Cassetti (4`) və Polga (89`-öz qapısına) qapıdan keçirib.
G qrupunda Fənərbaxça PSV Eyndhovenə 2:0 hesabı ilə qalib gəlib. 28-ci dəqiqədə Kazımın vurduğu top PSV-li Marcellisə dəyərək qapıdan keçib. 30-cu dəqiqədə isə Semih ikinci topu qapıdan keçirib. İnter isə ÇSKA-ya 4:2 hesabi ilə qalib gəlib. İnterin qollarını İbrahimovic (32` və 75`) və Cambiasso (34` və 67`), ÇSKA-nın qollarını isə Jo (23`) və Vagner Love (31`) qapıdan keçirib.
H qrupunda Slaviya - Arsenal matçında hesab açılmayıb. Sevilya isə Styauaya səfərdə 2:0 hesabı ilə qalib gəlib (Renato 25`, 65`).
|