DataLife Engine > Futbol > ÇL: Liverpul Beşikdaşı darmadağın etdi – 8:0

ÇL: Liverpul Beşikdaşı darmadağın etdi – 8:0


7 íîÿáðÿ 2007. Ðàçìåñòèë: Ismail

ÇL: Liverpul Beşikdaşı darmadağın etdi – 8:0

 

Dünən UEFA çempionlar liqasının qrup mərhələsi çərçivəsində A, B, C və D qruplarında 4-cü turun oyunları keçirilib.

A qrupunda keçirilən matçda Liverpul Beşikdaşı 8:0 hesabı ilə məğlub edib. Qollardan üçünu Benayoun (32`, 53`, 56`) ikisini Crouch (19`, 89`), ikisini Babel (78`, 81`), birini isə Gerard (69`) qapıdan keçirib.

A qrupunun digər matçında Portu Olimpik Marselə 2:1 hesabı ilə qalib gəlib. Portunun qollarına 27-ci dəqiqədə Sektioui, 79-cu dəqiqədə Lypez imza atıb. Olimpikin qolunu isə 47-ci dəqiqədə Niang vurub.

Qrup A o x
Portu 4 8
Marsel 4 7
Liverpul 4 4
Beşikdaş 4 3

 

B qrupunda Valensiya Rusenburqa 0:2 (İversen 31`, 58`) hesabı ilə məğlub olub. Şalke – Çelsi matçında isə hesab açılmayıb.

Qrup B o x
Çelsi 4 8
Rusenborq 4 7
Şalke 4 4
Valensiya 4 3

C qrupunda da Olimpiakos – Real Madrid matçında hesab açılmayıb.  Latsio isə Verder Bremenə 2:1 hesabı ilə qalib gəlib. Latsionun qollarına 57-ci və 68-ci dəqiqələrdə Rocchi imza atıb. 88-ci dəqiqədə Diego penaltidən Verderin yeganə qolunu vurub.

Qrup C o x
Real Madrid 4 8
Latsio 4 5
Olimpiakos 4 5
Verder 4 3

D qrupunda Seltik Benfikaya McGeadynin 45-ci dəqiqədəki yeganə qolu ilə qalib gəlib. Milan isə Şaxtyorun qapısından 3 cavabsız top keçirib (F. İnzaghi 66`, 90`, Kaka 72`).

Qrup D o x
Milan 4 9
Şaxtyor 4 6
Seltik 4 6
Benfika 4 3