DataLife Engine > Xeberler - Íîâîñòè > Meteoritlər hərraca çıxdı
Meteoritlər hərraca çıxdı5 íîÿáðÿ 2007. Ðàçìåñòèë: Ismail |
![]()
Meteoritlər hərraca çıxdı
Nyu-Yorkda ilk dəfə dünyanın ən məşhur meteoritləri hərraca çıxarılıb. Müxtəlif kolleksiyalar arasından seçilən bu meteoritlərə maraq böyük olub. Meteoritlər arasında ən qiymətlisi satılmayıb (yeri gəlmişkən deyək ki, bu meteoritə 1,1 milyon dollar qiymət qoyulmuşdu). Ancaq Sibirə düşən dəmir meteorit 123 min dollara alıcı tapıb. 1984-ci ildə ABŞ-da bir poçt qutusuna düşən meteorit isə 83 min dollara satılıb. Hərracın təşkilatçısı, “Bonhams” hərrac evinin nümayəndəsi Klaudiya Florian nəzərdə tutduqlarından daha çox satış əldə etdiklərini bildirib. “Bonhams” hərrrac evi isə satılmayan meteoritlərin yaxın günlərdə satılacağını bildirib. Hərracda dünyaya minlərlə il əvvəl düşən 54 meteoritdən hissələr də satışa çıxarılıb... zaman.az |