Bilmək
maraqlıdır: Metro (ardı)
Dünyadakı ən bahalı metro London metrosudur, ikinci yeri 1900-cu
ildə açılmış Paris metrosu tutur.

Ən uzun xətt də Londona malikdir. Ancaq ola bilər ki, 2020-ci
ildə bu titul Pekinə keçsin. 2020-ci ildə Pekin metropliteninin uzunluğu 561 km-ə
çatacaq. Hal-hazırda Pekində 4 metro xətti fəaliyyət göstərir.

Dünyada ən qısa metro xətti isə Yekaterinburqdadır. 9 km uzunluğa
malik metropolitendə 7 stansiya fəaliyyət göstərir.

Ən az istifadə olunan metro isə Kazan şəhərindəki metrodur. Burada
cəmi 5 stansiya var, ona görə də yalnız turistlər tərəfindən istifadə olunur. Bu
metro ağ rəngli vaqonları və vaqonlardakı açıq mavi üzlü kresloları ilə ən təmiz
metrodur. Yeri gəlmişkən bu metro Rusiyada ən qəşəng metrodur.

Dünyada ən rahat metro Tokio metrosudur. Burada həmçinin yalnız
qadınlar üçün ayrıca vaqonlar var.

Dünyadakı ən qeyri-adi metro Stokholmda yerləşir.


