Bilmək maraqlıdır: Metro

1890-cı il noyabrın 4-də Londonda
dünyanın ilk metrosu açılıb.
Metro xəttinin uzunluğu 7 km.
təşkil edirdi. Metronun ilk sərnişini Uels şahzadəsi, gələcək Böyük Britaniya
kralı Eduard VII olub. Bu xətt Metropolitan Railway (paytaxt dəmiryolu)
adlanırdı. "Metro" sözü də buradan meydana gəlmişdir.

Metro ictimai nəqliyyat növünün
ən az yayılmış formalarından biridir. Dünyada təxminən 100-dən bir qədər artıq
şəhərdə metro var. Afrikada yalnız Qahirə və Tunisdə metro var. Avstraliyanın
iki şəhərində Sidney və Melburnda metro var.
yaponlar adətən metroda yatır

Hər yerin öz xüsusiyyətləri var.
Məsələn, Berlində metronu M hərfi ilə deyil, U (Untergrundbahn - yeraltı yol)
hərfi ilə ifadə edirlər. Berlin metrosu 1902-ci ildə qurulub.


İndi Almaniyada 9 xətli 144 km.
uzunluqlu 170 stansiya var.
