DataLife Engine > Islam > Bir dəstə gül. Iman və sədaqət sayəsində ailə qurmaq

Bir dəstə gül. Iman və sədaqət sayəsində ailə qurmaq


20 îêòÿáðÿ 2007. Ðàçìåñòèë: Ismail

İMAN VƏ SƏDAQƏT SAYƏSİNDƏ AİLƏ QURMAQ

277–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Əgər dinini və əxlaqını bəyəndiyiniz bir kəs elçiliyə gəlsə, onu qəbul edib qızınızı verin. (Soruşdular…) Əgər onun nəsəbi pis olsa nə edək? Həzrət əvvəlki sözü təkrar edərək əlavə etdi:  Dini və gözəl əxlaqı olduğu halda, yüksək əsil-nəsəbi olmadığına görə ona qız verməsəniz, yer üzündə böyük fitnə-fəsad baş verəcəkdir.

Təhzib /7/394.

 
***
 

278–İmam Cavad əleyhissalam buyurur:  Hər kəs sizə elçilik etsə, onun dinindən və düzlüyündən yəqinlik hasil etdikdən sonra ailə qurmağa razı olun.

Mən la yəhzuruhul-fəqih /3/393.

 
***
 

279–Bir kişi İmam Hüseyn əleyhissalamın yanına gəlib dedi:  Mənim bir qızım var, onu necə adama ərə versəm yaxşı olar?

Həzrət buyurdu:  Onu Allahdan qorxan bir adama ərə ver, çünki həmin şəxs qızını sevsə əzizləyəcək, amma acığı gəlsə ona əzab-əziyyət (zülm) etməyəcəkdir.

Əl-müstətrəf /2/218.

 
***
 

280–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Hər kəs qızını fasiq və imansız adama ərə versə, sözsüz onunla qohumluq əlaqəsini kəsmişdir.

Məhəccətul-beyza /3/94