İMAN VƏ SƏDAQƏT SAYƏSİNDƏ
AİLƏ QURMAQ
277–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Əgər dinini və əxlaqını bəyəndiyiniz bir
kəs elçiliyə gəlsə, onu qəbul edib qızınızı verin. (Soruşdular…) Əgər onun
nəsəbi pis olsa nə edək? Həzrət əvvəlki sözü təkrar edərək əlavə etdi: Dini və
gözəl əxlaqı olduğu halda, yüksək əsil-nəsəbi olmadığına görə ona qız
verməsəniz, yer üzündə böyük fitnə-fəsad baş verəcəkdir.
Təhzib /7/394.
***
278–İmam
Cavad əleyhissalam buyurur: Hər kəs sizə elçilik etsə, onun dinindən və
düzlüyündən yəqinlik hasil etdikdən sonra ailə qurmağa razı olun.
Mən la yəhzuruhul-fəqih
/3/393.
***
279–Bir
kişi İmam Hüseyn əleyhissalamın yanına gəlib dedi: Mənim bir qızım var, onu
necə adama ərə versəm yaxşı olar?
Həzrət
buyurdu: Onu Allahdan qorxan bir adama ərə ver, çünki həmin şəxs qızını sevsə
əzizləyəcək, amma acığı gəlsə ona əzab-əziyyət (zülm) etməyəcəkdir.
Əl-müstətrəf /2/218.
***
280–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs qızını fasiq və imansız adama
ərə versə, sözsüz onunla qohumluq əlaqəsini kəsmişdir.
Məhəccətul-beyza /3/94