MEHRİYYƏ NƏ QƏDƏR AZ
OLSA BİR O QƏDƏR YAXŞIDIR
272–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Xeyir-bərəkəti
daha çox olan nikah odur ki, xərci az olsun.
Kənzul-ummal
/16/299.
***
273–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Mənim ümmətimin
qadınlarının ən layiqlisi gözəl üzlü və mehriyyəsi az olanlardır.
Biharul-ənvar
/103/236.
***
274–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Ailə qur, hətta
dəmir üzüklə (mehriyyə kimi) olsa belə .
Kənzul-ümmal
/16/321.
***
275–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur: Hər kəs bir
ovuc buğda və ya xurmanı (qarşı tərəfin razılığı ilə) mehriyyə qərar versə, onun
nikahı halal və düzdür.
Kənzul-ümmal
/16/321.
***
276–İmam Sadiq əleyhissalam buyurur: Allahın Rəsulu otuz
dirhəm qiyməti olan bir zirehin mehriyyəsinə Əli əleyhissalam ilə Fatiməni
evləndirdi.
Vəsailuş-şiə
/21/251.