DataLife Engine > Islam > Bir dəstə gül. Şər`i ailə qurmağa kömək etmək
Bir dəstə gül. Şər`i ailə qurmağa kömək etmək24 àâãóñòà 2007. Ðàçìåñòèë: Ismail |
ŞƏR`İ AİLƏ QURMAĞA KÖMƏK ETMƏK261–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Hər kəs halal ailə qurmaq yolunda çalışsa, mö`min kişini evləndirib mö`minə qadını ərə versə, Allah-taala bu zəhmət və xərcin əvəzində onu behişt huriləri ilə evləndirər və bu yolda dediyi hər kəlmə və götürdüyü hər qədəm üçün bir illik ibadət savabını yazar. Biharul-ənvar /103/221.***262–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ən üstün vasitəçilik iki nəfərin ailə qurmasında vasitəçi olmaqdır ki, mütəal Allah onların arasında şər`i nikah qərar versin. Təhzib /7/215, Kafi /5/331.***263–İmam Kazim əleyhissalam buyurur: Üç dəstə qiyamət günü heç yerdə kölgə olmayan zaman Allahın rəhmət kölgəsində qərar tutarlar: Mö`min qardaşını evləndirənlər, mö`min qardaşına xidmət edib hacətini yerinə yetirənlər və mö`min qardaşının sirrini faş etməyib gizli saxlayanlar. Biharul-ənvar /74/356.***264–İmam Sadiq əleyhissalam buyurur: Subay şəxsləri evləndirənlər qiyamət günündə Allahın rəhmət nəzəri ilə baxdığı şəxslərdəndir. Təhzib /1/404.***265–İmam Kazim əleyhissalam buyurur: Sözsüz qiyamət günündə Allahın xüsusi lütf və rəhmət kölgəsi vardır ki, onun altında yalnız peyğəmbərlər, yaxud onların vəsiləri, ya mö`min qulu azad etmiş mö`minlər, yaxud başqa mö`minin borcunu ödəmiş mö`min bəndə, ya da mö`min qadın və kişinin ailə qurmasında zəhmət çəkib, onların haqqını boynuna götürən mö`min qərar tapar. Vəsailuş-şiə /20/46.***266–Həzrət Peyğəmbər (s) buyurur: Hər kəs iki mö`minin ailə qurması yolunda çalışaraq onları evləndirsə Allah-taala əvəzində onu Huril-eyndən olan min qadınla evləndirər ki, onların hər biri dürr və yaqutdan olan qəsrdə olar. Vəsailuş-şiə /21/253.***267–Allahın Rəsulu (s.ə.v.v.) buyurur: Qadının namübarək olması mehriyyəsinin çoxluğu və əxlaqının pis olmasındadır. Biharul-ənvar /50/321.***268–İmam Sadiq əleyhissalam buyurur: Oğrular üç dəstədir: Zəkat verməyənlər, qadınların mehriyyəsini verməyib (özünə) halal sayanlar və borc götürüb ödəmək fikrində olmayanlar. Biharul-ənvar /96/12.***269–Həzrəti İmam Sadiq əleyhissalam buyurur: Mehriyyənin az olması qadının bərəkətindən, çox olması isə onun mübarək olmamasındandır. Mən layəhzuruhul-fəqih /3/387.***270–Həzrəti Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Qadınların mehriyyəsini çox etməyin ki, düşmənçiliyə səbəb olar. Vəsailuş-şiə /21/253.***271–İmam Sadiq əleyhissalam buyurur: Günahların ən pisi üç şeydir: Nahaq qətl, qadının mehriyyəsini verməmək, (yaxud tə`xirə salmaq) və işçinin haqqını ödəməmək. Biharul-ənvar /64/268. |