DataLife Engine > Islam > Bir dəstə gül. Ailə qurmaq 2

Bir dəstə gül. Ailə qurmaq 2


19 àâãóñòà 2007. Ðàçìåñòèë: Ismail

AİLƏ QURMAQ-İLAHİ RƏHMƏTİN VƏ XOŞ ƏXLAQIN AÇARI

253–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Asimanın rəhmət qapıları dörd yerdə açılır:  yağış yağdıqda, övlad ata-ananın üzünə baxdıqda, Kə`bənin qapısı açıldıqda və nikah baş verdikdə.

Biharul-ənvar /103/221.

 
***
 

254–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Subay oğlan və qızlarınızı evləndirin. Həqiqətən mütəal Allah onların əxlaqlarını yaxşı, ruzilərini bol, abır-şərəflərini artıq edər.

Biharul-ənvar /103/222.

 
***
 

255–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Ailə qurun, qızları ərə verin, subay kişiləri evləndirin. Hər bir müsəlmanın şərəf və səadəti odur ki, qızlarını vaxtı çatdıqda ərə versin və yerbəyer etsin.

Kafi /5/328.

 
***
 

256–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Allah üçün islamda nikahla abad olmuş evdən sevimli, təlaqla viran olmuş evdən pis və qəzəbli bir şey yoxdur.

Kafi /5/328.

 

 

AİLƏ QURMAĞA TƏLƏSMƏK

257–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Bakirə qızlar ağacın meyvələri kimidirlər. Meyvə yetişdikdə yığılmasa günəş və küləklə xarab olduğu kimi, bakirə qızlar da qadınların gördüyü şeyi gördükdə ərə getməkdən başqa çarələri qalmır. Əgər onlar ərə getməsələr fəsaddan amanda qalmayacaqlar, çünki onlar insandırlar və insani ehtirasları vardır.

Kafi /5/337.

 
***
 

258–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Hər bir şəxs cavan ikən ailə qurduqda şeytan nalə çəkib deyər ki, vay olsun mənə, vay olsun mənə, bu gənc dininin üçdə ikisini mənim şərrimdən qorudu.

Biharul-ənvar /103/221.

 
***
 

259–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Ey cavanlar! Sizlərdən hər kəsin qüdrəti varsa ailə qursun. Gerçəkdə bu işlə gözləriniz qadınlardan çəkilər və namusunuz qorunar.

Müstədrək və Vəsailuş-şiə /14/153.

 
***
 

260–Allahın Rəsulu (s.ə.v.v.) tərki-dünya olub ailə qurmaqdan çəkinməyin qarşısını alıb, qadının ailə qurmaqdan imtina etməsini qadağan etmişdir.

Müstədrək və Vəsailuş-şiə /14/248.