DataLife Engine > Islam > Bir dəstə gül. Ailə qurmaq

Bir dəstə gül. Ailə qurmaq


14 àâãóñòà 2007. Ðàçìåñòèë: Ismail

AİLƏ QURMAQ-BÖYÜK BİR İBADƏT

244–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurub:  Ailəli şəxsin qıldığı iki rəkət namaz, gecələri oyaq qalıb ibadət edən və gündüzləri isə oruc tutmaqla keçirən subay adamın əməlindən fəzilətlidir.

Mən layəhzuruhul-fəqih /3/380.

 
***
 

245–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Ailəli yatmış şəxs, Allah yanında gündüzləri oruc tutub gecələri oyaq qalan subaydan üstündür.

Biharul-ənvar /103/221.

 
***
 

246–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Ümmətimin yaxşıları evlilər, pisləri isə subaylardır.

Biharul-ənvar /103/221.

 
***
 

247–İmam Sadiq əleyhissalam buyurur:  Bir kişi atamın xidmətinə gəldi. Həzrət ondan soruşdu:  Evlisənmi?

Cavab verdi:  Yox.

Buyurdu:  Bütün dünyanı və dünyada olanları, tək gecələyim (subay qalım. Red) deyə, mənə versələr qəbul etmərəm. (Sonra buyurdu…) Evli kişinin qıldığı iki rəkət namaz, subay adamın gecələr oyaq qalıb gündüzlər oruc tutmasından fəzilətlidir.

Sonra atam ona yeddi dinar pul verib buyurdu:  Bu pulu evlənməyə sərf elə.

Biharul-ənvar /103/217.

 

AİLƏ QURMAĞA RƏĞBƏTLƏNDİRMƏK

248–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Hər kəs (qadın və ya kişi) evlənsə öz dininin yarısını qorumuşdur. Qalan yarısını da təqvalı olsun.

Kafi /5/328.

 
***
 

249–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Cəhənnəm əhlinin çoxu ailə qurmayan qadın və kişilərdir.

Mən layəhzuruhul-fəqih /3/384.

 
***
 

250–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Ən pis ölülər o kəslərdir ki, ailə qurmaqdan boyun qaçırmışlar.

Təhzib /7/239.

 
***
 

251–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Hər kəs pak-pakizə dünyadan getmək istəsə, gərək ailə qursun və subay ölməsin.

Mən layəhzuruhul-fəqih /3/385.

 
***
 

252–Allahın Peyğəmbəri (s.ə.v.v.) buyurur:  Ailə qur, yoxsa məsihi rahiblərindən, yaxud şeytanın qardaşlarından olacaqsan.

Biharul-ənvar /1-3/221.