Avropalılar ən çox hansı ölkədən qorxurlar?
Britaniyanın “Financial Times” qəzeti və “Harris” kompaniyası Avropa Birliyinin
5 ölkəsində - Fransa, Böyük Britaniya, Almaniya, İspaniya və İtaliyada ictimai
rəy sorğusu keçirib. Sorğu nəticəsində bəlli olub ki, avropalılar ən çəx ABŞ-dan
qorxurlar. İkinci yerdə Çin, üçüncü yerdə İran, dördüncü yerdə İraq, beşinci
yerdə isə Şimali Koreyadır. Rusiya isə altıncıdır.
Əvvəlcə analoji sorğu ABŞ-da da keçirilmişdi. Amerikalılar ən çox Şimali
Koreyadan (25%), sonra isə İrandan (23%) və Çindən (20%) qorxurlar. „Qorxu
reytinqi“nin dördüncü yerində isə ABŞ özü gəlir.