DataLife Engine > Muxtelif - Разное > Самое самое на земле
Самое самое на земле4 августа 2007. Разместил: Ismail |
|
ƏN UZUN ÇAY Nil və Amazonka dünyanın iki ən uzun çayıdır. Onlardan hansı daha uzun olması mübahisəli mövzudur. Nilin rəsmi uzunluğu 6695 km təşkil edir, amma Asuan bəndinin üstündə Naser su anbarının tikilməsindən sonra o biraz qısalıb. Amazonkanın çoxlu mənsəbi var, ona görə də onun son nöqtəsini dəqiq müəyyən etmək olmur. Əgər Para estuarisini* ən uzaq mənsəb qəbul etsək, onda çayın uzunluğu təxminən 6750 km təşkil edir.
САМАЯ ДЛИННАЯ РЕКА
* estuari - dənizə tökülən çayın qıfvarı enli mənsəbi
ƏN HÜNDÜR AKTİV VULKAN Çili və Argentina sərhəddində yerləşən Oxos-del-Salado dünyadakı ən hündür aktiv vulkandır, onun hündürlüyü 6887 m təşkil edir.
САМЫЙ ВЫСОКИЙ
ДЕЙСТВУЮЩИЙ ВУЛКАН
ƏN BÖYÜK VULKAN KRATERİ Ən böyük kraterə Sumatranın (İndoneziya) mərkəz hissəsindən şimalda yerləşən Toba vulkanı malikdir, onun sahəsi 1775 km2 təşkil edir. Bu sönmüş vulkan axırıncı dəfə 75 000 il bundan əvvəl püskürüb.
САМЫЙ БОЛЬШОЙ
ВУЛКАНИЧЕСКИЙ КРАТЕР
ƏN BÖYÜK AKTİV VULKAN Mauna-Loa (Havai, ABŞ) 120 km uzunluğa, 50 km enə malikdir. Lava axını adada 5125km2-dan artıq sahəni təşkil edir. Onun ümumi həcmi 42 500 km təşkil edir. Bunun 84,2%-i dəniz səviyyəsindən aşağıda yerləşir. 1843-cü ildən orta hesabla o, 3,6 ilə bir dəfə püskürüb. Ancaq 1984-cü ildən susur.
САМЫЙ БОЛЬШОЙ
ДЕЙСТВУЮЩИЙ ВУЛКАН
ƏN HÜNDÜR DAĞ Havai adalarında (ABŞ) yerləşən Mauna-kea (Ağ dağ) dünyada ən hündür dağdır. Onun sakit okeanda yerləşən özülündən zirvəsinə qədər olan məsafə 10 250 metrdir. İş orasındadır ki, onun 6000 metr yamacı su altındadır, yalnız 4205 metri dəniz səviyyəsindən hündürdə yerləşir. Bütövlükdə isə bu, Everestdən 1357 metr hündürdür.
САМАЯ ВЫСОКАЯ ГОРА |