DataLife Engine > Islam > Bir dəstə gül. Valideynə yaxşılıq
Bir dəstə gül. Valideynə yaxşılıq4 àâãóñòà 2007. Ðàçìåñòèë: Ismail |
VALİDEYNƏ YAXŞILIQ225–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Allahın razılığı valideynin razılığı, qəzəbi də valideynin qəzəbi ilədir. Müstədrəkul-vəsail /15/176.***226–İmam Sadiq əleyhissalam buyurur: Ən fəzilətli əməllər, namazın vaxtında qılınması, valideynə yaxşılıq və Allah yolunda cihad etməkdir. Biharul-ənvar /74/85.***227–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs Allah-taalanın onun ölüm anlarındakı çətinliklərini asanlaşdırmasını istəyirsə, qohum-əqrəbası ilə sıx əlaqədə olsun, valideyninə yaxşılıq eləsin. Əgər belə edərsə, Allah-taala o şəxsin ölüm anlarını asanlaşdırar və həyatında heç vaxt fəqirliklə qarşılaşmaz. Səfinətul-bihar /2/553.***228–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs valideynlərinə, hətta onlar zülm etmiş olsalar belə, qəzəblə baxsa, Allah-taala onun heç bir namazını qəbul etməz. Kafi /2/349.***229–İmam Sadiq əleyhissalam buyurur: Öz valideynlərinizə yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsinlər camaatın namusuna toxunmayın ki, sizin də qadınlarınız iffətli olsunlar. Kafi /5/554.***230–İmam Sadiq əleyhissalam buyurur: Bir kəs Peyğəmbərdən valideyninə yaxşılıq etmək barəsində soruşdu. Həzrət buyurdu: Anana yaxşılıq et, anana yaxşılıq et, anana yaxşılıq et. Atana yaxşılıq et, atana yaxşılıq et, atana yaxşılıq et... (Həzrət ananı atadan qabaq qeyd etdi). Kafi /2/162. |