VALİDEYNƏ YAXŞILIQ
225–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Allahın razılığı
valideynin razılığı, qəzəbi də valideynin qəzəbi ilədir.
Müstədrəkul-vəsail
/15/176.
***
226–İmam Sadiq əleyhissalam buyurur: Ən fəzilətli əməllər,
namazın vaxtında qılınması, valideynə yaxşılıq və Allah yolunda cihad etməkdir.
Biharul-ənvar
/74/85.
***
227–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs Allah-taalanın
onun ölüm anlarındakı çətinliklərini asanlaşdırmasını istəyirsə, qohum-əqrəbası
ilə sıx əlaqədə olsun, valideyninə yaxşılıq eləsin. Əgər belə edərsə,
Allah-taala o şəxsin ölüm anlarını asanlaşdırar və həyatında heç vaxt fəqirliklə
qarşılaşmaz.
Səfinətul-bihar
/2/553.
***
228–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs
valideynlərinə, hətta onlar zülm etmiş olsalar belə, qəzəblə baxsa, Allah-taala
onun heç bir namazını qəbul etməz.
Kafi /2/349.
***
229–İmam Sadiq əleyhissalam buyurur: Öz valideynlərinizə
yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsinlər
camaatın namusuna toxunmayın ki, sizin də
qadınlarınız iffətli olsunlar.
Kafi /5/554.
***
230–İmam Sadiq əleyhissalam buyurur: Bir kəs Peyğəmbərdən
valideyninə yaxşılıq etmək barəsində soruşdu. Həzrət buyurdu: Anana yaxşılıq et,
anana yaxşılıq et, anana yaxşılıq et. Atana yaxşılıq et, atana yaxşılıq et,
atana yaxşılıq et... (Həzrət ananı atadan qabaq qeyd etdi).
Kafi /2/162.