QOHUM-ƏQRƏBAYA BAŞ
ÇƏKMƏK
221–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs ruzisinin
bol, ömrünün uzun olmasını istəyirsə, gərək öz qohum-əqrəbası ilə gediş-gəliş
etsin (onlara baş çəksin, çatışmamazlıqlarını, çətinliklərini həll etsin).
Biharul-ənvar
/74/89.
***
222–İmam Riza əleyhissalam buyurur: Mal-dövlət yığmaq
yalnız beş xüsusiyyətlə mümkündür: Həddindən artıq paxıllıq,
uzun-uzadı arzu, çox hərislik, qohum-əqrəba ilə qohumluq əlaqəsini kəsmək və
dünyanı axirətdən üstün tutmaq. (Yə`ni
bir şəxs paxıl, həris
olmadığı, uzun-uzadı arzu etmədiyi, öz yoxsul qohum-əqrəbalarına baş çəkmədiyi
və axirətini dünyadan üstün tutmadığı bir halda varlı ola bilməz).
Biharul-ənvar
/73/138.
***
223–İmam Baqir əleyhissalam buyurur: Sileyi-rəhim və
qohum-əqrəba ilə əlaqələrin davam etdirilməsi, əməlləri xalis edər, mal-dövləti
çoxaldar, bəlanı uzaqlaşdırar, hesab-kitabı asan edər və ömrü uzadar.
Kafi /2/150.
***
224–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Üç tayfa cənnətə
daxil olmaz: Şərab içən,
cadugər və qohum-əqrəbası ilə əlaqələrini kəsən.
Xisal /179.