DOST VƏ DOSTLUQ
189–Rəsuli-əkrəm
(s.ə.v.v.) buyurur: Hər insan öz dostunun, yoldaşının dininin tə`siri altında
olur, ona görə də kimlərlə dostluq etməyinizdə diqqətli olun.
Biharul-ənvar /74/192.
***
190–İmam Sadiq
əleyhissalam buyurur: Elə bir şəxslə dost ol ki, sənə zinət olsun, amma o kəslə
dost olma ki, sən ona zinət olasan (yə`ni həmişə özündən yaxşı kəslə dostluq et
ki, mə`nəvi irəliləyişlərə çatasan).
Biharul-ənvar /76/267.
***
191–İmam Sadiq
əleyhissalam buyurur: Mənim ən sevimli və ən yaxşı dostum o şəxsdir ki,
eyblərimi mənə hədiyyə etsin, desin.
Biharul-ənvar /76/282.
***
192–İmam Cə`fər
Sadiq əleyhissalam öz atasından, o, da öz cəddindən belə nəql edir: Əli
əleyhissalam buyurdu: Həqiqətən müsəlman şəxsin üç dostu var. Onlardan biri
deyir ki, mən həm sağlığında, həm də öləndən sonra səninlə dostam. O dost hər
bir şəxsin öz əməlidir. Bir dost da deyir ki, mən qəbrə qədər səninləyəm, orada
səni tərk edəcəyəm. O da onun övladlarıdır. Bir dost da deyir ki, mən səninlə
ölənə qədər dostam. Bu da onun sərvəti, malıdır ki, ölən kimi varislərin
ixtiyarına keçir.
Xisal /1/114.
***
193–İmam Sadiq
əleyhissalam buyurur: Düz işlər görən və düz danışan şəxslərlə dostluq et və sə`y
et ki, onlardan çoxlu mə`rifət kəsb edəsən. Çünki onlar sənin rifahda yaşadığın
vaxtlarda arxan, müsibət baş verdikdə isə köməklərindir.
Biharul-ənvar /74/187.
***
194–İmam Səccad
əleyhissalam buyurur: Yaxşı və saleh insanlarla oturub-durmaq insanı layiqli
olmağa vadar edir...
Biharul-ənvar /78/141.
***
195–İmam Səccad
əleyhissalam buyurur: Günahkarlarla yoldaşlıqdan, zalımlara kömək etməkdən uzaq
olun.
Biharul-ənvar /78/151.