SALAM
152–Rəsuli-əkrəm (s.ə.v.v)
buyurur: Bir-birinizlə qarşılaşanda salamlaşıb görüşün və bir-birinizdən
ayrılanda isə bağışlanmaq istəməklə ayrılın.
Biharul-ənvar /76/4.
***
153–Hüseyn ibni Əli
əleyhissalam buyurur: Salam üçün yetmiş savab vardır, altmış doqquzu salam
verənin, biri isə salam alanındır.
Biharul-ənvar /78/120.
***
154–İmam Sadiq
əleyhissalam buyurur: Rəsuli-əkrəm Əbdül Müttəlib övladlarını bir yerə yığıb
buyurdu: Ey Əbdül Müttəlib övladları! Salamı aşkar edin, qohum-əqrəbanızla
qohumluq əlaqələri bərqərar edin, camaat yatmış olduğu halda gecə namazı qılın,
(aclara) təam verin, danışığınızı gözəl edin ki, behiştə sağlamlıqla daxil
olasınız.
Biharul-ənvar /69/393.
***
155–İmam Sadiq
əleyhissalam buyurur: Salamı birinci verən Allah və Onun Rəsulunun yanında ən
əziz şəxsdir.
Vəsailuş-şiə /12/55.
ƏMR BE MƏ`RUF VƏ NƏHY ƏZ MÜNKƏR
156–Allah-taala buyurur:
Sizin aranızda bir dəstə olmalıdır ki, camaatı yaxşılıqlara də`vət edib, pis
işlərdən çəkindirsin. Bunlar nicat tapanlardır.
Ali-İmran surəsi, 104-cü ayə.
***
157–Rəsuli-əkrəm (s.ə.v.v.)
buyurur: Mənim ümmətim əmr be mə`ruf və nəhy əz münkərdə səhlənkarlıq edib bu
mühüm vəzifəni yerinə yetirməyi bir-birinə həvalə etsələr, bilsinlər ki, Allah
ilə müharibəyə qalxmışlar.
Biharul-ənvar /100/92.
***
158–İmam Əmirəl-mö`minin
Əli əleyhissalam buyurur: Hər kəs qəlbi, dili və ya əli ilə nalayiq və pis
işlərdən çəkindirməyi tərk etsə, diri insanlar arasında gəzən ölüdür.
Biharul-ənvar /100/94
***
159–Rəsuli-əkrəm (s.ə.v.v.)
buyurur: Bir müsəlmanı haram işdən çəkindirməyin mükafatı, Allah yanında yetmiş
qəbul olunmuş həcdən daha üstündür.
Müstədrəku-vəsailiş-şiə /11/278.
***
160–İmam Əmirəl-mö`minin
Əli əleyhissalam buyurur: Yaxşı işlərə əmr et və özün də yaxşı iş görənlərdən
ol, pis işlərdən əlinlə və dilinlə çəkindir və çalış, onu görən şəxslərə
qoşulmayasan. Allah yolunda var gücünlə, ləyaqətlə mübarizə et, Allah barəsində
tə`nə vuranların yaramaz sözləri səni mütəəssir etməsin.
Nəhcül-bəlağə /392, 31-ci məktub.
***
161–İmam Baqir
əleyhissalam buyurur: Həqiqətən yaxşı işlərə çağırış və pis işlərin qarşısını
almaq peyğəmbərlərin, saleh şəxslərin yoludur. Bu əzəmətli bir vacib əməldir ki,
onunla vacib işlər bərqərar olunar, sair e`tiqad üsulları amanda qalar, onun
vasitəsilə kəsblər, qazanclar halallıq tapar, zülmlər aradan gedər və yer üzü
ədalətlə abad olar.
Kafi /5/56.
***
162–İmam Əmirəl-mö`minin
Əli əleyhissalam buyurur: Dinin və şəriətin davam gətirməsi əmr be mə`ruf, nəhy
əz münkər və ilahi hədlərin tətbiq olunması ilədir.
Ğürərul-hikəm /136.
***
163–Rəsuli-əkrəm (s.ə.v.v.)
buyurur: Hər kəs yaramaz bir iş baş verdiyini görən zaman bacarırsa əli ilə
onun qarşısını almalı və əgər bacarmırsa dili ilə bu işə mane olmalı və əgər
buna da qadir deyilsə qəlbən e`tirazını bildirməlidir.
Vəsailuş-şiə /16/135.
***
164–Rəsuli-əkrəm (s.ə.v.v.)
buyurur: Əmr be mə`ruf və nəhy əz münkər işini yerinə yetirən şəxs Allahın və
Onun Rəsulunun yer üzündəki xəlifəsidir.
Müstədrəkul-vəsail /12/179.
***
165–Rəsuli-əkrəm (s.ə.v.v.)
buyurur: Nə qədər ki, mənim ümmətim əmr be mə`ruf, nəhy əz münkər edib yaxşı və
təqvalı işlərdə əlbir olsalar səadətdə və xoşbəxtlikdə yaşayacaqlar. Amma əgər
bu işləri tərk etsələr xeyir-bərəkət aralarından gedər.
Təhzib /6/181.
***
166–İmam Əli
əleyhissalam oğlanları imam Həsən və Hüseyn əleyhiməssalama vəsiyyətində (məl`un
ibni Mülcəm tərəfindən zərbətləndikdən sonra) buyurur: Allah-Allah (sizi and
verirəm Allaha) cihaddan qafil olmayın, öz malınız, canınız və dilinizlə Allah
yolunda cihad etməkdən qafil olmayın... Əmr be mə`ruf və nəhy əz münkəri tərk
etməyin, əks təqdirdə ümmətin ən şər insanları sizə hakim kəsilər və o zaman dua
edərsiniz, amma qəbul olunmaz.
Nəhcül-bəlağə /422, 47-ci məktub.
***
167–İmam Əli
əleyhissalam buyurur: Əmr be mə`ruf bəndələrin ən fəzilətli əməlidir.
Müstədrəkul-vəsail /12/185.
***
168–İmam Sadiq
əleyhissalam buyurur: Bütün yaxşı əməllər Allah yolunda cihad, əmr be mə`ruf və
nəhy əz münkər işi ilə müqayisədə tufanlı dərya müqabilində ağız suyuna bənzəyir.
Biharul-ənvar /100/89.
***
169–İmam Baqir
əleyhissalam buyurur: Allah-taala Şüeyb
peyğəmbərə vəhy nazil etdi: Həqiqətən sənin qövmündən yüz min nəfərə əzab
verəcəyəm. Onlardan qırx mini pis adamlar, altmış mini isə yaxşı adamlardır.
Şüeyb ərz etdi: Ey
Rəbbim, onlar ki, pislərdir sözüm yoxdur, amma yaxşı insanların günahı nədir?
Allah-taala ona vəhy etdi: Onlara əzab verməyimin səbəbi budur ki, onlar
günahkarların işləri qarşısında razı olub sükut etdilər və günahkarlar asi olan
vaxtda Mənim qəzəbimlə qəzəblənmədilər (günahkarların
puç və yaramaz əməllərini,
qanunu pozmalarını gördülər və səhlənkarlıq edib əmr be mə`ruf nəhy əz münkər
etmədilər).
Kafi /5/56.
***
170–Əmirəl-mö`minin Əli
əleyhissalam buyurur: Yaxşılıqlara əmr edin, pisliklərdən çəkindirin və bilin
ki, əmr be mə`ruf və nəhy əz münkər sizin əcəlinizi yaxınlaşdırmaz və ya
ruzinizi kəsməz.
Vəsailuş-şiə /16/120.
***
171–İmam Sadiq
əleyhissalam buyurur: Vay olsun o kəslərə ki, əmr be mə`ruf və nəhy əz münkər
etmək vasitəsilə Allahın dinini himayə etmirlər.
Müstədrəkul-vəsail /12/181.