DataLife Engine > Xeberler - Новости > Çində soyad çatışmazlığı
Çində soyad çatışmazlığı14 июня 2007. Разместил: Ismail |
![]() HTB-nin verdiyi xəbərə görə milyard yarım əhalisi olan Çində soyad çatışmazlığı var, buna görə də onlar yenilərini icad etməli olacaqlar. Sosioloqlara görə əhalinin böyük hissəsi 100 soyaddan istifadə edir. Bunların da içində ən geniş yayılanları Van, Li və Çjandır. Bu soyadları təxminən 300 milyon insan daşıyır. Buna görə də sənədləşmədə tez-tez qarmaqarışıqlıq əmələ gəlir. Bu qarmaqarışıqlığı aradan qaldırmaq üçün hökümət ənəni pozaraq ikiqat soyadlar tətbiq etmək fikrindədir. Bu soyadların da sayı milyondan çox olacaq. Artıq müvafiq sərəncamlar ölkənin pasport tətbiqi ilə məşğul olan bütün polis bölmələrinə göndərilib. |