MÜSƏLMAN QARDAŞIN HÜQUQLARI
143–Peyğəmbər (s.ə.v.v.)
buyurur: Hər kəs bir mö`mini qəm-qüssəli etsə və sonra ona dünyanı əta etsə, bu
onun əvəzi (günahının kəffarəsi) ola bilməz və belə bəxşişə heç bir savab
verilməz (amma əgər tövbə edib o şəxsi razı salsa, bağışlanar).
Biharul-ənvar /75/150.
***
144–İmam Kazim
əleyhissalam buyurur: Din qardaşının haqlarından biri də budur ki, sən dünya və
axirət faydalarından heç bir şeyi ondan gizlətməyəsən.
Biharul-ənvar /2/75.
***
145–İmam Həsən
əleyhissalam buyurur: Camaatın səninlə necə (gözəl) rəftar etmələrini
istəyirsənsə, sən də camaatla o cür rəftar et.
Biharul-ənvar /78/116.
***
146–İmam Əmirəl-mö`minin
Əli əleyhissalam buyurur: Allah rəhmət etsin o kəsə ki, haqqı dirçəldər, batili
aradan aparar, zülmü qəbul etməz və ədaləti bərqərar edər.
Ğürərul-hikəm /181.
***
147–İmam Sadiq
əleyhissalam buyurur: Dörd şey peyğəmbərlərin əxlaqındandır: Yaxşılıq, səxavət,
xoşagəlməz hadisələrdə səbr etmək, mö`minin haqqını yerinə yetirmək üçün tədbir
görmək.
Tuhəful-üqul /277.
***
148–İmam Əmirəl-mö`minin
Əli əleyhissalam buyurur: Ümmətin ümumi təbəqəsi dinin dayağı, müsəlmanların birlik səbəbi və din düşmənləri ilə döyüşmək üçün təchiz olunmuşlardır. Buna
görə də gərək onlara səfa-səmimiyyət və məhəbbət göstərəsən.
Nəhcül-bəlağə, /53/429-cu məktub.
***
149–İmam Sadiq
əleyhissalam buyurur: Allah-taalaya mö`min şəxsin haqqını əda etməkdən
fəzilətli bir yolla ibadət olunmaz.
Kafi /2/170.
***
150–Rəsuli-əkrəm
(s.ə.v.v.) buyurur: Hər kəs mö`min bir şəxsə əziyyət versə, şübhəsiz mənə
əziyyət vermişdir.
Biharul-ənvar /67/72.
***
151–Rəsuli-əkrəm
(s.ə.v.v.) buyurur: Hər kəs mö`min bir şəxsin malını nahaq yerə qəsb etsə,
tövbə etməyib, malı sahibinə qaytarmayınca, Allah-taala ondan razı olmaz, gözəl
və saleh əməllərini qəbul etməz və onları yaxşı əməllərdən saymaz.
Müstədrəkul-vəsail /17/79.