
HTB-nin verdiyi
xəbərə görə milyard yarım əhalisi olan Çində soyad çatışmazlığı var, buna görə
də onlar yenilərini icad etməli olacaqlar.
Sosioloqlara görə əhalinin böyük hissəsi 100 soyaddan istifadə edir. Bunların da
içində ən geniş yayılanları Van, Li və Çjandır. Bu soyadları təxminən 300 milyon
insan daşıyır. Buna görə də sənədləşmədə tez-tez qarmaqarışıqlıq əmələ gəlir.
Bu
qarmaqarışıqlığı aradan qaldırmaq üçün hökümət ənəni pozaraq ikiqat soyadlar
tətbiq etmək fikrindədir. Bu soyadların da sayı milyondan çox olacaq. Artıq
müvafiq sərəncamlar ölkənin pasport tətbiqi ilə məşğul olan bütün polis
bölmələrinə göndərilib.