SALEH ƏMƏLLƏR
133–Rəsuli-əkrəm (s.ə.v.v.)
buyurur: İki nəfər arasında barışıq yaratmaq insanın bütün oruc-namazlarından
daha üstündür.
Biharul-ənvar /76-43.
***
134–İmam Əli əleyhissalam buyurur:
Hər kəs səndən xeyir umursa, onu ümidsiz etmə.
Nəhcül-bəlağə /511.
***
135–Rəsuli-əkrəm (s.ə.v.v.)
buyurur: Başqalarını yaxşı işlər gцrməyə sцvq edib yol gцstərən şəxs o yaxşı iş
gцrən qədər savab alar.
Biharul-ənvar /96/119.
***
136–İmam Sadiq əleyhissalam
buyurur: Altı xislət vardır ki, mц`min цləndən sonra ondan faydalanar: 1. Onun
üçün Allahdan bağışlanmaq istəyən saleh цvlad, 2. Цzündən sonra oxunan Qur`an,
3. Camaatın istifadəsi üçün qazılan quyu, 4. Əkdiyi ağac, 5. Ehsan
üçün cari
etdiyi su, 6. Цzündən sonra camaatın əməl etdiyi gцzəl sünnət.
Xisal /323.
***
137–Rəsuli-əkrəm (s.ə.v.v.)
buyurur: Əgər ümmətim üçün çətin olmasaydı, hər namaz vaxtı dişləri yumağı
vacib edərdim.
Biharul-ənvar /76/126.
ƏDALƏTSİZLİK VƏ ZÜLM
138–Peyğəmbər (s.ə.v.v.) buyurur:
Qiyamət günü nida edən mələk səslənər: Haradadır zülmkarlar və onların
kцməkçiləri, onlara (kağız)-qələm hazırlayanlar, onların kisələrini mцhkəm
bağlayanlar və ya onların qələmlərinə mürəkkəb əldə edənlər? Bunların hamısını
onlarla (zalımlarla) birlikdə həşrə gətirin.
Səvabul-ə`mal /309.
***
139–İmam Əli əleyhissalam buyurur:
Allaha and olsun, əgər dünyanı və dünyada mцvcud olanları, qarışqanın ağzından
bir arpa dənəsinin
qabağını zülmlə alaraq Pərvərdigarıma günah edim deyə, mənə versələr,
heç vaxt
bu işi gцrmərəm (və Pərvərdigarıma bu qədər də günah etmərəm).
Nəhcül-bəlağə /347.
***
140–İmam Məhəmməd Baqir
əleyhissalam buyurur: Zülm üç nцvdür: (Birincisi) o zülmlərdir ki, izzət və
cəlal sahibi olan Allah onu bağışlayar. (İkincisi) o zülmlərdir ki, Pərvərdigar
onu bağışlamaz. (üçüncüsü isə) o zülmlərdir ki, Allah-taala onu (digərlərinə)
saxlayar. Pərvərdigarın bağışlamayacağı zülm izzət və cəlal sahibi olan Allaha (hər
hansı bir şeyi) şərik qərar verməkdir. Allah-taalanın bağışlayacağı zülmlər isə
bəndələrlə Pərvərdigar arasında, onların цz nəfslərinə etdikləri zülmlərdir.
Amma Allah-taalanın (digərlərinə) saxlayacağı və (gцz yummayacağı) zülmlərə
gəldikdə isə, o, insanların bir-birinin hüquqlarının pozamsından ibarətdir.
Kafi /2/330.
***
141–İmam Əli əleyhissalam buyurur:
Zülm ayaqları sürüşdürər, ne`mətləri əldən alar və
ümmətləri məhvə doğru çəkər.
Ğürərul-hikəmin təsnifi /456.
***
142–Əli əleyhissalam buyurur:
Bilmək lazımdır ki, heç bir şey ilahi ne`mətləri aradan aparmaqda, bəla və
əzabların (artmasında) sür`ətində zülmkarlıq qədər tə`sirli ola bilməz.
Nəhcül-bəlağə,
53-cü məktub.