DataLife Engine > Islam > Bir dəstə gül. Möminlərin heysiyyətini qorumaq
Bir dəstə gül. Möminlərin heysiyyətini qorumaq28 ìàÿ 2007. Ðàçìåñòèë: Ismail |
MÖMİNLƏRİN HEYSİYYƏTİNİ QORUMAQ128–İmam Baqir əleyhissalam buyurur: Mö`minin başqa mö`min üzərindəki vacib haqlarından biri budur ki, onun (hətta) yetmiş böyük günahını gizlətsin. Biharul-ənvar /74/301.***129–İmam Əli əleyhissalam buyurur: Müsəlman qardaşının üzrünü qəbul et. Əgər onun üzrü olmasa, sən özün onun üçün üzr düzəlt! Biharul-ənvar /74/165.***130–İmam Əli əleyhissalam buyurur: Xəyanətlərin ən qəbahətlisi müsəlman şəxsin gizli sirlərini faş etməkdir. Müstədrəkul-vəsail /12/305, N.14155.***131–İmam Əli əleyhissalam buyurur: Xəta etmiş şəxsə camaat arasında nəsihət vermək, həqiqətdə onun şəxsiyyətini alçaltmaqdır. (Gərək gizlində nəsihət verilsin.) Ğürərul-hikəm /322.***132–İmam Sadiq əleyhissalam buyurur: Allah dərgahında ən sevimli əməllərdən biri mö`mini sevindirmək, ac olarsa onu doyurmaq, qəm-qüssəsini dağıtmaq və borcunu ödəməkdir. Kafi /2/192. |