MÖMİNLƏRİN
HEYSİYYƏTİNİ QORUMAQ
128–İmam Baqir əleyhissalam buyurur: Mö`minin başqa
mö`min üzərindəki vacib haqlarından biri budur ki, onun (hətta) yetmiş böyük
günahını gizlətsin.
Biharul-ənvar
/74/301.
***
129–İmam Əli əleyhissalam buyurur: Müsəlman qardaşının
üzrünü qəbul et. Əgər onun üzrü olmasa, sən özün onun üçün üzr düzəlt!
Biharul-ənvar
/74/165.
***
130–İmam Əli əleyhissalam buyurur: Xəyanətlərin ən
qəbahətlisi müsəlman şəxsin gizli sirlərini faş etməkdir.
Müstədrəkul-vəsail /12/305, N.14155.
***
131–İmam Əli əleyhissalam buyurur: Xəta etmiş şəxsə
camaat arasında nəsihət vermək, həqiqətdə onun şəxsiyyətini alçaltmaqdır. (Gərək
gizlində nəsihət verilsin.)
Ğürərul-hikəm
/322.
***
132–İmam Sadiq əleyhissalam buyurur: Allah dərgahında ən
sevimli əməllərdən biri mö`mini sevindirmək, ac olarsa onu doyurmaq,
qəm-qüssəsini dağıtmaq və borcunu ödəməkdir.
Kafi /2/192.