
Sylvester Stallone ya 5 il həbsdə yatmalı, ya da 100 min dollar
məbləğində cərimə ödəməlidir. Hər iki cəzanı da alması mümkündür. Aktyor boynuna
almışdır ki, o, doğrudan da Avstraliyaya qadağan olunmuş preparat keçirtməyə səy
göstərmişdir.
Söhbət boy hormonlarından gedir. Aktyor özü hal-hazırda Taylandda
yeni film çəkilişindədir. HTB-nin verdiyi xəbərə görə Avstraliya məhkəməsi yekun
qərarı mayın 21-də verəcək.
Xatırladaq ki, Stallone Sidney aeoroportunda bu ilin fevralında
saxlanılmışdı. Aktyortda steroidlər aşkar edilmişdi. Bir neçə gün sonra isə
qaldığı otel nömrəsində xüsusi xidmət orqanları tərəfindən axtarış keçirilmişdi.
Stallone məsuliyyətdən qurtulmaq üçün polislərin gözü qarşısında bir neçə paketi
pəncərədən tullamışdı.