DataLife Engine > Xeberler - Новости > Stallone təqsirini etiraf etdi

Stallone təqsirini etiraf etdi


15 мая 2007. Разместил: Ismail

Sylvester Stallone ya 5 il həbsdə yatmalı, ya da 100 min dollar məbləğində cərimə ödəməlidir. Hər iki cəzanı da alması mümkündür. Aktyor boynuna almışdır ki, o, doğrudan da Avstraliyaya qadağan olunmuş preparat keçirtməyə səy göstərmişdir.

Söhbət boy hormonlarından gedir. Aktyor özü hal-hazırda Taylandda yeni film çəkilişindədir. HTB-nin verdiyi xəbərə görə Avstraliya məhkəməsi yekun qərarı mayın 21-də verəcək.

Xatırladaq ki, Stallone Sidney aeoroportunda bu ilin fevralında saxlanılmışdı. Aktyortda steroidlər aşkar edilmişdi. Bir neçə gün sonra isə qaldığı otel nömrəsində xüsusi xidmət orqanları tərəfindən axtarış keçirilmişdi. Stallone məsuliyyətdən qurtulmaq üçün polislərin gözü qarşısında bir neçə paketi pəncərədən tullamışdı.