DataLife Engine > Islam > Bir dəstə gül. Elm
Bir dəstə gül. Elm8 ìàÿ 2007. Ðàçìåñòèë: Ismail |
ELM VƏ ONUN DƏYƏRİ88–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Alimlər və elm öyrənənlər savabda şərikdirlər, sair camaat isə xeyir və səadətdən məhrumdurlar. Biharul-ənvar /2/25.***89–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs mə`lumatı olmadığı şeylərdə xalqa fikir söyləyib, fətva versə dində edəcəyi xidmətdən daha çox zərbə vurmuş olar. Biharul-ənvar /2/121.***90–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hər insanın qiyməti onun elminin dəyəri qədərdir. (Hər bir sənətkarın dəyəri bildiyi peşə, sənət qədər, təbibin dəyəri sağlamlığın əhəmiyyəti qədər, müəllim və ruhaninin dəyəri isə cəmiyyətə elm öyrədib düz yol göstərmək qədərdir). Nəhcül-bəlağə***91–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Elm Allahın yer üzündə qoyduğu əmanət, alimlər isə Allah elminin əmanətdarlarıdır. Hər kəs öz elminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmışdır. Biharul-ənvar /2/36.***92–İmam Baqir əleyhissalam buyurur: Elm öyrənməkdə çalışın, çünki elm öyrənmək gözəl əməl, onu axtarmaq isə ibadətdir. Biharul-ənvar /78/189.***93–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Elm öyrənmək üçün sə`y edənlər Allah yolunda cihad edən şəxs kimidir. Biharul-ənvar /1/179.***94–İmam Sadiq əleyhissalam buyurur: Diqqət edib baxın, görün öz elminizi kimdən öyrənirsiniz! Biharul-ənvar /2/92.***95–İmam Sadiq əleyhissalam buyurur: Elm kəsb edin və onunla birlikdə elmlə, vüqarla zinətlənin. Elm öyrətdiyiniz şəxs qarşısında isə təvazökarlıq edin. Kafi /1/36.***96–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs elm öyrənib ona əməl etsə və Allahın rizası üçün başqalarına öyrətsə, asimanların mələkut aləmində əzəmətlə yad edilər. Kafi /1/35.***97–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Dünya və axirət xeyri elm ilə yanaşıdır. Biharul-ənvar /1/204.ELM VƏ ELM ÖYRƏNMƏYİN FƏZİLƏTİ98–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Elm öyrənən şəxs gündüzləri oruc tutan, gecələri isə səhərə kimi ibadətlə keçirən şəxs kimidir. İnsanın öyrəndiyi bir elm toplusu Əbu Qubeys dağı qədər qızılı, malı olub onu Allah yolunda ehsan etməsindən daha fəzilətlidir. Biharul-ənvar /1/18.***99–İmam Zeynəl-abidin əleyhissalam buyurur: Əgər insanlar elm kəsb etməyin necə böyük dəyərli olduğunu bilsəydilər, onu hətta qanlarını axıtmaqla və tufanlı, dalğalı dənizləri yarmaqla belə kəsb edərdilər. Kafi /1/35.***100–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Elm asanlıq və rahatlıq axtarmaqla əldə oluna bilməz. Ğürərul-hikəm /349.***101–İmam Sadiq əleyhissalam buyurur: Öz yazılarınızı qoruyub saxlayın, çünki sonradan onlara ehtiyac duyacaqsınız. Biharul-ənvar /2/152.***102–İmam Əli əleyhissalam buyurur: Həqiqətən dinin kamalı elm öyrənmək və ona əməl etməkdir. Agah olun ki, elm kəsb etmək həqiqətdə sizin üçün mal-dövlət qazanmaqdan daha vacibdir. Kafi /1/30.***103–İmam Həsən əleyhissalam buyurur: Öz elmini başqalarına öyrət və çalış ki, digərlərinin də elmini öyrənəsən. Biharul-ənvar /78/111.***104–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Elmin fəziləti Allah yanında ibadətin fəzilətindən daha əzizdir. Biharul-ənvar /1/167.***105–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəsdən bildiyi bir elm barəsində soruşsalar və o da öz elmini gizlətsə, ağzına oddan bir cilov vurular. (…yə`ni elmsizlik ucbatından sərgərdan qalan və vəzifəsinin nə olduğunu bilməyən cahil şəxslərə yol göstərməyə və onların həyatını səadətə çatdırmağa qadir olduğu halda sükut edən elmli bir şəxs böyük bir günaha mürtəkib olmuşdur.) İsna-əşəriyyə /11.***106–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Qur`ani-kərim bir ilahi ədəb məktəbidir. Bacardığınız qədər onun ədəb qaydalarını öyrənin. Biharul-ənvar /92/19.***107–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Həqiqətən mö`min şəxsin ölümündən sonra gözəl əməllərinə, yaxşılıqlarına əlavə olunan şeylər onun öyrənib yaydığı elm, qoyub getdiyi əməli-saleh övlad və irs qoyduğu Qur`andır. Sünəni ibni Macə.***108–Əbdüssalam deyir: İmam Riza əleyhissalam buyurdu: Allah bizim əmrimizi dirçəldən şəxsə rəhmət etsin! Soruşdum ki, sizin əmriniz necə dirçələr? Buyurdu: Bizim elmlərimizi öyrənib onları camaata öyrətməklə. Çünki, kəlamımızın gözəlliklərini bilən şəxslər, hökmən bizə tabe olarlar. Məanil-əxbar /180 |