DataLife Engine > Islam > Bir dəstə gül. Həqiqi Əhli-beyt ardıcılları...Günah və onun gətirdiyi...

Bir dəstə gül. Həqiqi Əhli-beyt ardıcılları...Günah və onun gətirdiyi...


3 ìàÿ 2007. Ðàçìåñòèë: Ismail

ƏHLİ-BEYT (Ə) ARDICILLARI VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ

76–İmam Baqir əleyhissalam Cabirə buyurdu:  Ey Cabir, şiə olmaq üçün təkcə biz Əhli-beytə məhəbbət bəsləmək kifayət edərmi? Allaha and olsun, bizim şiələrimiz Allah qarşısında təqvalı olub itaət edənlərdir, onlar yalnız təvazökarlıqla, mülayimlik edib əmanətdar olmaqla, Allahı çox yad etməklə, çox oruc tutub namaz qılmaqla, valideynə yaxşılıq etməklə, qonşulara, yoxsullara, miskinlərə, borclulara, yetimlərə mehriban və vəfalı olmaqla, sözü doğru olan, Qur`an tilavət etməklə camaat barəsində yalnız xeyirli sözlər danışmaqla tanınarlar və bütün işlərdə öz qohum-əqrəbasının əmanətdarlarıdır.

Kafi /2/74.

 
***
 

77–Süleyman ibni Mehran deyir:  İmam Sadiq əleyhissalamın yanına getdik. Onun hüzurunda bir dəstə şiə var idi. Həzrət buyurdu:  Ey şiələr, bizim üçün zinət olun, rüsvayçılıq səbəbi olmayın. Camaatla yaxşı davranın, dilinizi qoruyun, onu yersiz danışmaqdan və nalayiq sözlərdən saxlayın.

Əmali /400.

 
***
 

78–Əbdüllah ibni Bükeyr İmam Sadiq əleyhis-salamdan belə nəql edir:  Həqiqətən biz (Əhli-beyt) ağıllı, düşüncəli, fəqih, həlim, tədbirli, səbirli, sədaqətli və vəfalı şəxsləri sevirik. Həqiqətən Allah-taala peyğəmbərlərə bəyənilmiş əxlaq, gözəl xislətlər bəxş etmişdir. Hər kəsdə o xüsusiyyətlər olsa, gərək bu ne`mət üçün Allaha şükür etsin və hər kimsə bu xüsusiyyətlərə malik olmasa, Allahın hüzurunda yalvarıb onları istəsin. (Bükeyr deyir) Soruşdum ki, sənə fəda olum, onlar hansılardır? Buyurdu:  Onlar vər`ə (təqvanın ən yüksək mərhələsi), qənaət, səbir, şükür, helm, həya, səxavət, şücaət, qeyrət, yaxşılıq, düz danışmaq və əmanəti (sahibinə) qaytarmaqdır.

Kafi /2/56.

 
***
 

79–İmam Baqir əleyhissalam buyurur:  Hər kəs Allaha itaət etsə (müti olsa), bizim dostumuzdur. Hər kəs Allaha asi (üsyankar, günah edən) olsa, bizim düşmənimizdir.

Kafi /2/75.

 

 

GÜNAH VƏ ONUN GƏTİRDİYİ BƏDBƏXTLİKLƏR

80–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Xəta və günahın kiçikliyinə deyil, kimin qarşısında günah etdiyinə bax!

Müstədrəkul-vəsail /11/330. Biharul-ənvar /77/79.

 
***
 

81–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Sizlərdən hər kəs Allah yanında hansı məqamda olduğunu bilmək istəsə baxıb görsün:  Günah edərkən Allahın məqamı onun nəzərində necədirsə, onun da məqamı Allah yanında elədir.

Biharul-ənvar /70/17.

 
***
 

82–İmam Sadiq əleyhissalam buyurur:  Məgər bilmirsiniz ki, sizin əməl dəftərləriniz Ona (Rəsuli-əkrəmə) göstərilir? Həzrət onda günah əməl görərsə, narahat olur. Belə isə, Rəsuli-əkrəmi narahat etməyin, onu (gözəl əməllərlə) sevindirin, şad edin.

Kafi /1/219.

 
***
 

83–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Əfv edib bağışlamağın az olması ən qəbahətli eyb, intiqam almağa tələsmək isə günahların ən böyüyüdür.

Ğürərul-hikəm /235.

 
***
 

84-İsbəğ ibni Nəbatə deyir:  Əli əleyhissalam buyurdu:  Rəsuli-əkrəm (s.ə.v.v.) belə buyurmuşdur:  Allah-taala bir ümmətə qəzəblənərkən hələ əzab nazil etmədiyi zaman o ümmət içərisində bahalıq yaranar, ömürləri qısalar, tacirləri qazanc əldə etməz, meyvələri təmiz və bol olmaz, suları artmaz, quraqlıq yaranar, şər və pis adamlar onlara hakim kəsilər. (Hədisin xülasəsi budur ki, ağır əzab o ümmətə nazil olmasa, günah səbəbi ilə yeddi bəlaya düçar olarlar).

Xisal /2/360.

 
***
 

85-İmam Baqir əleyhissalam buyurur:  Əli əleyhissalamın kitabında yazılmışdır ki, Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Zina əməli çoxalan zaman qəfil ölümlər artar, tərəzidə əskik çəkilərsə, Allah onları qəhətlik və bahaçılığa düçar edər. Əgər camaat zəkat verməkdən imtina etsələr yer öz bərəkətini, əkin, meyvə və mə`dənlərini çəkər. İlahi hökmlərdə ədalətsizlik etsələr zülmə və düşmənçiliyə kömək etmiş olarlar. Əgər əhd-peymanlarını pozsalar, Allah onlara öz düşmənlərini hakim edər. Qohumluq əlaqələrini kəssələr, mal-dövlətləri şər adamlara qismət olar. Yaxşılığa əmr edib pisliklərdən çəkindirməsələr və mənim Əhli-beytimdən olan şərəfli insanlara (imamlara) tabe olmasalar, Allah onlara ən pis adamı hakim edər. Belə bir zamanda o ümmətin yaxşı insanlarının duası da qəbul olmaz.

Səfinətul-bihar /2/630.

 
***
 

86–İmam Əli əleyhissalam buyurur:  Göz yaşının quruması yalnız qəlbin qəsavət bağlaması səbəbi ilədir. Qəlblər də yalnız günahın çoxluğu ilə bərkiyər, qəsavət bağlayar.

Biharul-ənvar /70/55.

 
***
 

87–Allah-taala Davud əleyhissalama buyurur:  Ey Davud, günahkarlara sonsuz rəhmətimin hər şeyi əhatə etdiyini müjdə ver ki, Mənim mərhəmətimdən mə`yus olmasınlar. Yaxşı əməl sahiblərini də qəzəbimlə qorxut ki, öz itaətlərilə qürur hissi keçirməsinlər. Çünki qürur, ücbə (özündən razı olmağa) səbəb olur ki, ücb və özündən razı olmaq da ən ağır günahdır.

İsna əşəriyyə /59.