Mələklərin
seyr etdiyi bir namaz qılmaq istəyirsinizmi?
“Günəşin batmasından,
gecənin qaranlığına qədər,
lazimi vaxtlarda namaz qil. Ələlxüsus
da Sübh namazını.
Çünki Sübh namazında gecə
və gündüz mələklər
hazır olurlar (şahid
olurlar)."
İsra suresi: 78
Bir fikirləşin təkbir alırsız
mələklər
şahid, rukuya gedirsiz mələklər
şahid, səcdəyə
qapanırsız yenə
mələklər
şahid.
Bəs niyə Rəbbimiz
Sübh namazına bu qədər
önəm verir?!
Çünki, qəlbin
ülvi olan hər gözəlliyə
açıq olduğu ən
hüzünlü
vaxtdır bu vaxt. Çünki, başlanacaq
ən yorğun və
yeni bir günə hazırlanmanın
ən doğru və
bərəkətli
olduğu bir vaxtdır bu vaxt.
Bəzən insanlar etdikləri
şeyin sevdikləri tərəfindən
görülməsini
istəyir. Budur!
Uca Rəbbimiz nurdan mələklərini
ibadətimizə şahid
tutur.
Gəlin dostlar! Sübh
namazını əgər
qılırsınızsa
bu ayəni xatırlayaq.
Yox əgər qıla
bilmiriksə bu gündən
beynimizi və qəlbimizi “Sübh
namazına” ayıraq.
İnsan ömründə
nə qədər Sübh
namazı qıla bilər
ki? Bu bilinməz!
Amma tək bildiyimiz odur ki, bu vaxt Allah mələklərini
namaz qılan qulunun yanında hazır
saxlayır.
Allah Namazınızı
qəbul etsin! Amin!