
Stallone qaçalmalçılıqda günahlandırılır.
Avstraliya məhkəməsi Hollivud aktyoru
Sylvester Stalloneyə gömrük qanunvericiliyinin pozulması və qadağan olunmuş
anabolik steroidlərin qanunsuz daşınmasına dair rəsmi ittiham irəli sürüb.
İTAR-TASS agentliyinin verdiyi xəbərə görə
bu dərman əzələlərin şişirdilməsində istifadə olunur. Fevralın 16-da Sidney
beynəlxalq aeroportunun gömrükçüləri Stallonenin baqajında bu hormonal
preparatların xeyli miqdarını aşkar ediblər.
Aktyor qaçalmalçılıqda şübhəli bilinərək
saxlanılmışdı. Ancaq sonra hadisə ilə bağlı aydınlaşdırımadan sonra aktyor
sərbəst buraxılıb. İdarə əməkdaşları steroidlərə əl qoyublar. Lakin qalmaqal
bununla bitməyib.
Üç gün sonra Avstraliya hakimiyyətinin
nümayəndələri Stallonenin mehmanxanadakı nömrəsində axtarış aparıblar və buradan
da qadağan olunmuş preparatlar tapılıb.
Bütün bunlara baxmayaraq Stalloneyə “Rocky
Balboa” filminin prezentasiyasını davam etdirməyə imkan veriblər. Lakin sonra
o, Avstraliyanı tərk etməliydi, sterodlərin daşınması ilə əlaqədar iş isə Sidney
şəhər məhkəməsinə verilib.
Məlumat Rusiyanın “НТВ” telekanalının
saytından götürülüb.