DataLife Engine > Xeberler - Íîâîñòè > Stallone qaçaqmalçılıqda günahlandırılır

Stallone qaçaqmalçılıqda günahlandırılır


14 ìàðòà 2007. Ðàçìåñòèë: Ismail

Stallone qaçalmalçılıqda günahlandırılır.

 

Avstraliya məhkəməsi Hollivud aktyoru Sylvester Stalloneyə gömrük qanunvericiliyinin pozulması və qadağan olunmuş anabolik steroidlərin qanunsuz daşınmasına dair rəsmi ittiham irəli sürüb.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə bu dərman əzələlərin şişirdilməsində istifadə olunur. Fevralın 16-da Sidney beynəlxalq aeroportunun gömrükçüləri Stallonenin baqajında bu hormonal preparatların xeyli miqdarını aşkar ediblər.

Aktyor qaçalmalçılıqda şübhəli bilinərək saxlanılmışdı. Ancaq sonra hadisə ilə bağlı aydınlaşdırımadan sonra aktyor sərbəst buraxılıb. İdarə əməkdaşları steroidlərə əl qoyublar. Lakin qalmaqal bununla bitməyib.

Üç gün sonra Avstraliya hakimiyyətinin nümayəndələri Stallonenin mehmanxanadakı nömrəsində axtarış aparıblar və buradan da qadağan olunmuş preparatlar tapılıb.

Bütün bunlara baxmayaraq Stalloneyə “Rocky Balboa”  filminin prezentasiyasını davam etdirməyə imkan veriblər. Lakin sonra o, Avstraliyanı tərk etməliydi, sterodlərin daşınması ilə əlaqədar iş isə Sidney şəhər məhkəməsinə verilib.

Məlumat Rusiyanın “НТВ” telekanalının saytından götürülüb.