DataLife Engine > Islam > Avstraliya mescidleri
Avstraliya mescidleri9 ìàðòà 2007. Ðàçìåñòèë: Ismail |
|
AVSTRALİYA MƏSCİDLƏRİ
İmam Əli ibn Əbi Talib (ə) məscidi İmam Əli ibn Əbi Talib (ə) məscidi, və yaxud digər adıyla Lakemba məscidi Avstraliyanın ən böyük məscidlərindən biridir. O, Lakembada, Yeni Cənubi Uels ştatında (Lakemba, Sydney, New South Wales) yerləşir. Məscidin təmiri 1977-ci ildə başa çatıb. Məscid Livan Müsəlmanları Assosiasiyası tərəfindən idarə olunur.
Fatimə Zəhra (s.ə.) məscidi Fatimə Zəhra (s.ə.) məscidi 1980-ci ildə Əl-Zəhra Müsəlmanlar Assosiasiyası tərəfindən inşa edilib. Məscid Arnklifdə (Arncliffe, Sydney, New South Wales) yerləşir.
Auburn məscidi Auburn Qallipoli məscidi 1979-cu ildə ibadətə açılıb. Layihə əsasən Avstraliya Türk Müsəlman İcması tərəfindən maliyyələşdirilib. Digər millətlərə mənsub müsəlmanlar da bi işdə yardımçı olublar. Hal-hazırda məscidə ibadətə gələnlərin təxminən yarısı türk, yarısı isə başqa millətə mənsub müsəlmanlardır. Məscid klassik Osmanlı üslubunda inşa edilib. Bu məscid də Yeni Cənubi Uels ştatının Sidney şəhərində yerləşir.
Kipr türkləri tərəfindən Viktoriya ştatının Melburn şəhərində inşa edilmiş məscid
Mount Druit məscidi Bu məscid Mount Druitdə (Mount Druit, Sydney, New South Wales) yerləşir. |