AVSTRALİYA MƏSCİDLƏRİ


İmam Əli ibn Əbi Talib (ə) məscidi
İmam Əli ibn Əbi Talib (ə) məscidi, və yaxud digər adıyla Lakemba
məscidi Avstraliyanın ən böyük məscidlərindən biridir. O,
Lakembada,
Yeni
Cənubi Uels ştatında (Lakemba, Sydney, New
South Wales)
yerləşir. Məscidin təmiri 1977-ci ildə başa çatıb. Məscid Livan Müsəlmanları
Assosiasiyası tərəfindən idarə olunur.

Fatimə
Zəhra (s.ə.) məscidi
Fatimə Zəhra (s.ə.) məscidi 1980-ci ildə Əl-Zəhra Müsəlmanlar
Assosiasiyası tərəfindən
inşa edilib.
Məscid Arnklifdə (Arncliffe, Sydney, New South Wales) yerləşir.

Auburn məscidi
Auburn Qallipoli məscidi 1979-cu ildə ibadətə açılıb. Layihə
əsasən Avstraliya Türk Müsəlman İcması tərəfindən maliyyələşdirilib. Digər
millətlərə mənsub müsəlmanlar da bi işdə yardımçı olublar. Hal-hazırda məscidə
ibadətə gələnlərin təxminən yarısı türk, yarısı isə başqa millətə mənsub
müsəlmanlardır. Məscid klassik Osmanlı üslubunda inşa edilib.
Bu məscid
də Yeni Cənubi Uels ştatının
Sidney şəhərində yerləşir.
Kipr türkləri tərəfindən Viktoriya ştatının Melburn şəhərində inşa edilmiş
məscid


Mount Druit məscidi
Bu məscid Mount Druitdə (Mount Druit, Sydney, New
South Wales) yerləşir.