Sefine, Kesa, Aman ve Meveddet hadisleri » Islam Èñëàì :: Xeberler Íîâîñòè :: Video Âèäåî :: Futbol :: Zarafatlar Øóòêè :: Resmler Êàðòèíêè :: Oyunlar Èãðû :: Intellektual Èíòåëëåêòóàëüíûé :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Ïðîãðàììû :: Flash :: Derslikler Ó÷åáíèêè :: Muxtelif Ðàçíîå

 

Menyu
Mahnılar
Samanyolu TV (birbaşa izlə)
Radio
Axtarış / Поиск:
Kalendar
Reklam

 

 

 

                       


Islam / Sefine, Kesa, Aman ve Meveddet hadisleri


SƏFİNƏ HƏDİSİ

«Səqələyn» hədisi bizə Әhli-beyti (ə), Qur᾽anın mə᾽na və həqiqətlərini, hikmət və sirlərini bəyan edən şəxslər kimi tanıtdırdı. «Səfinə» hədisi isə onların müsəlmanlar üçün nicat gəmisi və qurtuluş yolu olduqlarını müəyyən edir. Bu hədisdə izah olunur ki, hər kim bu gəmidən istifadə etməzsə və onunla birgə hərəkət etməzsə, şübhə yoxdur ki, günah dənizində bataraq məhv olacaqdır. Eyni zamanda Әhli-beytin (ə) nicat gəmisinə minməyən şəxs insanları hidayət və mənəviyyat sahilləinə aparan ilahi rəhbərləri rədd edir və bununla da özünün əbədi bədbəxtçilik dənizində boğulmasına razı olur.

Şəbravi Şafeyi, Әbuzər Ğəffarinin xidmətçisindən belə rəvayət edir: «Bir gün Әbuzər Kə᾽bənin astanasına çıxdı və qapının halqasını tutub özünə tərəf çəkdi və belə dedi: Ay camaat! Hər kim məni tanıyırsa tanıyıb, tanımayanlar bilsinlər ki, mən Әbuzərəm! Mən Peyğəmbərdən (s) eşitdim ki, O, buyurudu:

«Mənim əhli-beytim Nuhun gəmisi kimidir. Hər kim ondan uzaq düşsə cəhənnəm oduna düşər.»

Yenə də Peyğəmbərdən eşitdim:

«Mənim əhli-beytimi bir bədəndə baş və yaxud bir başda gözün yerində fərz edin. Şübhəsiz bədən başsız və baş da gözsüz heç bir zaman bir iş görməyə qadir deyildir.»[52]

Әbu Nəsim öz sənədi ilə Səid ibni Cübeyr və ibni Abbasdan belə rəvayət edir: Peyğəmbər (s) buyurdu:

«Mənim əhli-beytim sizin aranızda Nuhun gəmisi kimidir. Hər kim ona minsə nicat tapar və hər kim ondan üz döndərsə məhv olar.»[53]

Bu hədisi Hakim öz «Müstədrək»ində (2-ci cild, səh. 343) nəql etdikdən sonra demişdir: «Bu hədis «Səhihi Müslim» nöqteyi nəzərindən də düzgün bir hədisdir.» Bu hədis Әnəs ibni Malikdən də bu şəkildə rəvayət edilmişdi: Həzrət Peyğəmbər (s) buyurmuşdur:

«Mən və mənim Әhli-beytim Nuhun gəmisi kimiyik, hər kim ona minsə nicat tapar və hər kim ondan üz döndərsə həlak olar.»

Süyuti də bu hədisi «Dürrül-mənsur» kitabında aşağıdakı ayənin təfsirində nəql etmişdir:

«Biz (Bəni Israilə) bu qəsəbəyə girin dediyimiz zaman, onlara söylədik ki, oradan arzuladığınız şeyləri yeyin. Qəsəbənin qapısından girən zaman səcdə edin və «Ilahi, bizi bağışla» söyləyin və biz də sizi bağışlayaq.» (Bəqərə surəsi, 58-ci ayə)

Süyuti bu ayənin izahında ibni Әbi-Şeybədən, o da həzrət Әlidən (ə) belə izah edir:

«Həqiqətən biz (Әhli-beyt) bu ümmətin içərisində Nuhun nicat gəmisi və Bəni Israilin «məğfirət qapısı» (bağışlanma qapısı) misalındayıq.»[54]

Bu hədisi Müttəqi də «Kənzul-ümmal» kitabında (6-cı cild, səh. 216) bu şəkildə nəql etmişdir:

«Mənim əhli-beytim sizin aranızda Nuhun gəmisi kimidir. Kim ona minsə xilas olar və hər kim ondan üz döndərsə həlak olar. Həmçinin, ((Әhli-beytim) Bəni-Israilin «məğfirət» qapısına bənzəyər.»

Bu hədisi Təbərani də Әbuzər Ğəffaridən nəql etmişdir.

AMAN HƏDİSİ

Bu şərəfli hədis də öz növbəsində həzrət Peyğəmbərin (s) əhli-beytinin müsəlmanlar arasında siyasi-e᾽tiqadi mahiyyətini izah edir. Hər hansı bir millətin ən təhlükəli və xətərli məsələsi, onun siyasi-e᾽tiqadi məsələlərdə ixtilaf və təfriqələrlə üzləşməsidir. Həzrət Peyğəmbər (s) də öz ümmətinin gələcəkdə belə vəziyyətlərə düçar olmaması üçün və yaxud bu kimi şəraitlərdən çıxış yolu tapmaları üçün xüsusi bir layihə hazırlamışdır. O layihə Allahın əmri ilə ümməti Әhli-beytə (ə) tərəf sövq etdirmək və onların ətrafında birləşdirməkdən ibarət idi. Әvvəldə söylədiyimiz hədislərdə Әhli-beyt (ə) «nicat gəmisi» və «bağışlanma qapısı» kimi təqdim edildi. Indi söyləyəcəyimiz hədis isə Әhli-beyti (ə) ümmətin vəhdət mərkəzi və onları ixtilaf və azğınlıqdan qoruma vasitəsi kimi müəyyən edir. Әgər ümmət onların yolu ilə getsələr daimi olaraq ixtilaf və təfriqələrdən amanda qalarlar. Məhz, buna görə də bu hədisin adına «Aman hədisi» deyilmişdir.

Təbərani ibni Abbasdan rəvayət edir ki, Peyğəmbər (s) buyurmuşdur:

«Ulduzlar yer sakinlərini (gecələr dənizlərə gedərkən yolu tapmaqda) qərq və həlak olmaqdan amanda saxlayarlar, mənim isə əhli-beytim yer üzünün sakinlərini ixtilafdan amanda saxlayır.»[55]

Təbəri də Әlidən (ə) rəvayət etmişdir ki, Peyğəmbər (s) belə buyurdu:

«Ulduzlar asiman sakinlərinin əmin-amanlıq vasitələridir, onlar yox olub getsələr, sakinləri də aradan gedər. Mənim Әhli-beytim (ə) də yer əhlinin əmniyyət vasitəsidir, onlar aradan getsə, yer üzünün sakinləri də aradan gedər.»

Sonra artırır ki, Hənbəl də öz «Müsnəd»ində (mənaqib fəslində) bu hədisi nəql etmişdir.[56]

KӘSA HӘDISI

«Kəsa» sözü əba mə᾽nasındadır. Bu hədisin «Kəsa» adlandırılmasının səbəbi budur ki, Peyğəmbər (s) öz Әhli-beytini toplayıb əbasını onların üzərinə çəkdi və bu hədisi buyurdu.

Həzrət Peyğəmbər (s) bu hədisi «Təthir» ayəsi nazil olan zaman Әhli-beyt (ə) (Әli, Fatimə, Həsən və Hüseyn) haqqında buyurmuşdur. Biz əvvəldə «Qur᾽anda Әhli-beyt» fəslini yazarkən, Təthir ayəsinin izahında bə᾽zi təfsirçilərin sözlərini və bu barədə olan hədisləri söyləyərək bu mövzunu bəyan etdik. Burada isə bu mətləbi daha aydın işıqlandırmaq və Peyğəmbərin (s) bu mövzuya föqəl᾽adə əhəmiyyət verdiyi üçün bu hədisi izah edən digər rəvayətləri də siz əziz oxuculara təqdim edirik.

Bu hədis, təfsir və hədis kitablarında müxtəlif şəkildə nəql edilmişdir. Biz onlardan yalnız bir neçəsinə işarə edəcəyik:

Әhməd ibni Hənbəl öz «Müsnəd» ində Ümmü-Sələmədən belə rəvayət etmişdir: «Bir gün Peyğəmbər (s) mənim evimdə olarkən, xidmətçi gəlib ona dedi ki, Әli və Fatimə (ə) qapıda gözləyirlər. O həzrət mənə buyurdu: «Qalx ayağa və mənim Әhli-beytimdən (ə) kənarda dur. Mən də qalxdım və evin yaxın bir guşəsinə çəkildim. Sonra Әli və Fatimə və hələ də xırda uşaqlar olan Həsən və Hüseyn (ə) otağa daxil oldular. Peyğəmbər (s) Həsən və Hüseyni (ə) qucağında oturdub öpdü, sonra bir qolunu Әlinin, digər qolunu isə Fatimənin boynuna saldı və üstlərini qara bir əba ilə örtüb belə dua etdi:

«Ilahi, mən və Әhli-beytim sənə sarı üz tutmuşuq, cəhənnəmə sarı yox!

Ümmü Sələmə dedi: «Mən də, ey Allahın Peyğəmbəri!» Peyğəmbər (s) buyurdu:

«Sən də.»

Vahid də «Әsbabün-nüzul» kitabında Ümmü Sələmədən bu şəkildə rəvayət etmişdir:

Bir gün Peyğəmbər (s) mənim evimdə idi. Bu zaman Fatimə (ə) bir qab dolusu yeməklə Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər (s) buyurdu:

«Get ərini və övladlarını da çağır.»

O da Әli (ə) və övladları Həsən və Hüseyni çağırdı. Onlar birlikdə əyləşib yeməyə başladılar. Peyğəmbər (s) yerdə əyləşmişdi və altında bir xeybər əbası var idi. Ümmü Sələmə deyir ki, mən də otaqda idim. Gördüm ki, o həzrət əbanı götürüb onların üstünə örtdü və belə dua etdi:

«Ey Allah! Bunlar mənim Әhli-beytim və seçilmişlərimdir. Onları bütün pislik və çirkinliklərdən uzaqlaşdır və pak-pakizə et.»

Ümmü Sələmə deyir: «Mən də başımı örtüyün altına daxil etdim və dedim: Ey Allahın Peyğəmbəri! Mən də sizinlə birlikdəyəm?» Peyğəmbər (s) buyurdu:

«Sən də xoşbəxt və səadətlisən (Amma Әhli-beytdən deyilsən.)»

Bu vaxt Allah-taala tərəfindən «Təthir» ayəsi nazil oldu.[57]

MƏVƏDDƏT HƏDİSİ

Biz əvvəlki söhbətlərimizdə Quranın Məvəddət ayəsi barəsində danışarkən Məvəddət hədisi barəsində olan rəvayət və sənədləri təqdim etdik. Burada isə yenidən o hədisi və Peyğəmbərdən (s) Әhli-beyt (ə) barəsində nəql olunan digər hədisləri də gətirməyi lazım bilirik:

Әhməd, Təbərani və Hakim ibni Abbasdan rəvayət etmişlər ki, Məvəddət ayəsi Peyğəmbərə (s) nazil olan zaman müsəlmanlar dedilər: «Ey Allahın Peyğəmbəri! Әqrəbalarından bizlər üçün dostluq və məhəbbətləri vacib olanlar kimlərdir? O həzrət cavab verdi:

«Onlar Әli, Fatimə və oğlanlarından ibarətdir»

Bəzzaz və Təbərani nəql edirlər: «İmam Həsən ibni Әli (ə) bir gün xütbə oxuyaraq belə buyurdu:

«Məni tanıyanlar tanıyır, tanımayanlar da bilsinlər ki, mən Məhəmməd (Peyğəmbər (s)) oğlu Həsənəm. Bilin ki, mən sizləri (Cənnətlə) mükafatlandıran və (Cəhənnəmlə) qorxudan şəxsin balasıyam. Mən o Әhli-beytin övladıyam ki, Allah onları sevməyi bütün müsəlmanlara vacib etmişdir. (Ey Peyğəmbər müsəlmanlara) söylə ki, mən sizlərdən (çəkdiyim zəhmətlərin müqabilində) əqrabalarımı sevməkdən başqa bir şey istəmirəm. Hər kim yaxşı əməl etsə, biz də o əməlin yaxşılığını artırarıq. Ayədə işarə olunan yaxşı əməldən məqsəd biz Әhli-beytin məhəbbət və dostluğudur.»[58]

Әbulhəsən Bəğəvi öz təfsirində ibni Abbasdan belə rəvayət edir: Allah-taala Məvəddət ayəsini nazil etdiyi zaman (müsəlmanlar) dedilər: «Ey Allahın Peyğəmbəri! Bu ayədə Allah tərəfindən bizlər üçün dostluq və məhəbbətləri vacib olan şəxslər kimlərdir?! Buyurdu:

«Onlar Әli, Fatimə və iki oğlanlarıdır.»

Sədi, ibni Malikdən o da ibni Abbasdan nəql edərək deyir:

«Hər kim bir yaxşı əməl edərsə, biz də onun o əməlinin yaxşılığını artırarıq» ayəsindəki «yaxşı əməl»dən məqsəd Məhəmmədin (s) övladlarını, Әhli-beyti (ə) sevməkdir.[59]

Әhli-beyti (ə) sevmək, onlara itaət etmək və yollarından çıxmamaq haqqında nəql olunan hədislərin hamısını bu kitabda yazmaq mümkün deyildir. Biz onların bəzilərini seçib siz əziz oxuculara təqdim etdik. Әlbəttə, onu da qeyd edək ki, yazdığımız hədislərin tarix və hədis kitablarında özünəməxsus yeri vardır.

Oxucuların bu barədə məlumatlarının artırılması və Әhli-beytə (ə) qarşı olan məhəbbətlərinin dərinləşməsi, həmçinin onların yolunda hərəkət etməyə təşviq olunmaları və şəfaətlərinə ümüdlərinin artırılaması üçün o müqəddəslərin haqqında söylənən hədis və rəvayətlərdən bir neçəsini nəql etmək istəyirik.

Təbərani «Möcəmul-ovsət» kitabında ibni Həcərdən nəql etmişdir: «Peyğəmbər (s) ömrünün axır anlarında söylədiyi sözlər bunlar idi:

«Məndən sonra Әhli-beytimi (hüquqlarını) riayət edin.»[60]

Təbərani «Möcəmul-ovsət» kitabında Cabir ibni Abdullah Әnsaridən, o da Peyğəmbərdən (s) belə nəql edir:

«Ey insanlar! Hər kim biz Әhli-beytlə düşmən ola, Allah-taala qiyamət günü onu yəhudi şəklində məhşur edər.»[61]

Müslim, Termezi və Nisai, Zeyd ibni Әrqəmdən Peyğəmbərin (s) belə buyurduğunu rəvayət etmişlər:

«(Ey müsəlmanlar!) Әhli-beytimin haqqında (düşünərkən) Allahı yaddan çıxarmayın.»[62]

Xətib Bəğdadi öz tarixində həzrət Әli (ə) vastəsilə Peyğəmbərdən (s) belə rəvayət etmişdir:

«Mənim şəfaətim ümmətimdən o şəxslərə yetişəcək ki, Әhli-beytimi seviblər.»[63]

Qeyd etdiyimiz hədislər Әhli-beytin (ə) dostluğu və onları sevərək yollarında hərəkət etməyin vacib olmasını izah edən bə᾽zi nümunələr idi.

[52] «Әl-ithafu bihubbil əşraf (Şərbavi Şafeyi) Müəllifin öz sözü, səh.26.

[53] Bu hədisin nəql olunduğu kitabların bə᾽ziləri aşağıdakılardan ibarətdir: «Hilyətul-övliya» (4-cü cild, səh.306), «Zəvaidu müsnədil-Bəzar» (Әhli-beyt vəl-ərvah) fəsli, (səh.277), «Məcməüz-zəvaid» (9-cu cild, səh.163), «Möcəmül-kəbir» Təbərani (1-ci cild səh.125) «Müsnədi əlimam Әlhəsən (ə)», «Zəxairul-uqba (səh.20), «Müstədrək», Hakim (2-ci cild, səh.343) «Kənzul-ümmal» (6-cı cild, səh.216)

[54] «Fəzailul xəmsəti fissihahi-ssittə» (2-ci cild səh.64)

[55] Bu hədisi Şəbravi Şafeyi «Әlithafu bihubbil-əşraf» kitabında (səh.20) nəql edərək səhih olduğunu qeyd etmişdir. Həmçinin, Hakim «Müstədrəküs-səhihəyn» kitabında, Müttəqi «Kənzul-ümmal» kitabınd (6-cı cild, səh.217) və ibni Həcər «Səvaiqul-məhrəqə»də (səh.140) rəvayət etmişdir.

[56] «Fəzailul xəmsə fi sihahis-sittə» (2-ci cild, səh.68)

[57] «Әlfüsulul-muhimmə». Ibni-Səbbağ Maliki (səh. 25-27)

[58] «Әl-ithafu bihubbil-əşraf» (Şəbravi Şafeyi, səh.17-18)

[59] «Әlfüsulul-muhimmə fi əhvalil əimmə» (Ibni Səbbağ Maliki, səh.29.

[60] Bu hədisi Süyuti «Ehyaul-məyyit» (səh.20), Təbərani «Әlovsət», Heysəmi «Məcməüz-zəvaid» (9-cu cild, səh.163), ibni Hacər «Səvaiqul-məhrəqə»də (səh.90) nəql etmişlər.

[61] Bu hədisi Süyuti «Ehyaül-məyyit» (səh.22), Heysəmi «Məcməüz-zəvaid»də (9-cu cild, səh.173) Təbəranidən nəql etmişlər.

[62] «Səhihi-Müslüm (4-cü cild, səh. 1873), «Fəzailüs-səhabə», (Әli (ə) fəzilətləri fəsli), Müsnədi Әhməd» (4-cü cild səh. 366), Ehyaul məyyit (səh. 11)

[63] Bu hədis Xətib Bəğdadinin tarixində (2-ci cild, səh. 146) bir qədər geniş şəkildə nəql edilmişdir. Eləcə də Kənzül-ümmal (6-cı cild, səh. 217, 3800-cü hədis) və «Ehyaül-məyyit» kitabında (səh. 37) rəvayət etmişlər.


 
Óâàæàåìûé ïîñåòèòåëü, Âû çàøëè íà ñàéò êàê íåçàðåãèñòðèðîâàííûé ïîëüçîâàòåëü. Ìû ðåêîìåíäóåì Âàì çàðåãèñòðèðîâàòüñÿ ëèáî çàéòè íà ñàéò ïîä ñâîèì èìåíåì.
Reklam
Reklam
Qaynar Xəbərlər
Dost saytlar
Maraqlı Mövzular
Sayta giriş/Вход на сайт
Loqin
Parol
 
Ən çox oxunan
  • Bir dəstə gül. ...
  • Burada nece nefer var?Diqqetne ...
  • Çempionlar liqası 20 ...
  • Sevgi
  • Mezeli Smsler
  • Gulmek 100% likdir :)
  • Mirt Smsler
  • Ölkə çempionlar ...
  • Opera
  • Sevgi
  • Baxin Oyrenin bu yalniz Azerba ...
  • Vayyy BU nediya ? :( Kim qurb ...
  • Qemli sevgi
  • Avtosh
  • Mezeli smsler
  • Sevgi Teklif
  • Necede gozeldirler ele deyilmi ...
  • Somaliden . Ureyi zeyifler bax ...
  • Türkiye mescidleri
  • Karikatura
  • Metro
  • Morda :))))))))))))))))
  • Azrailin guzelligi
  • Diqqet ele diqqetnen bax 12 ne ...
  • Sevgi nedir?
  • Avtosh xariciler
  • Cox maraqli bir OYUN daha
  • Pishiye bax yamandir
  • Uşaqlar necede şirin ...
  • Kompyuter arxasinda oturanda b ...
  • Wap sayt yaratmaq ucun derslik
  • DUANIN GÜCÜ
  • Meşhed
  • MIrtilari :)))
  • Tank cooox maraqli oyundur men ...
  • Zengim Cell
  • Sevgi resimleri
  • 5 ferqi tapin arada olan ferql ...
  • Oldurucu mashin(ureyi zeyifler ...
  • Bu kimdi?Tanimirsan tesadufen? ...
  • Karkikaturalar 20 edet
  • Fazil Lənkərani a ...
  • Mezeli smsler :)
  • Ebedi sevgi...
  • Ne gundesen?
  • Maraqli sumkalar
  • Ad gunu tebrikleri
  • Bir birinden gozel avtomobille ...
  • Melek
  • Mane olmada
  • Ne gundesen ay piyan Bu piyani ...
  • Böyük tullanı&# ...
  • Pishiyi oldur :))) Qorxulu oyu ...
  • 116 edet Wap script
  • Sevgili Peyğəmbə ...
  • Namaz
  • 40 Yashindasin.
  • Dostluq mesajlari
  • Ayriliq
  • Resimllere diqqetnen baxin
  • PORTAĞAL, YOXSA MANDAR ...
  • Sevgi nədir?
  • Qizillari yig
  • Iluisiya resimler bunlar sadec ...
  • Pyramid bloxx
  • Avtomobil surmeyi oyren
  • Cox Gozel Yeni Doyush oyunu
  • Hədislər
  • Adobe Photoshop CS 8.0
  • Pishikler3
  • BALListic
  • Atlarin uzerine basin her bir ...
  • Tanninmish simlara tanimalz ha ...
  • Bu BMW ye ne olub bele?
  • Futbolkada ne duz deyil deye b ...
  • Konfederasiyalar Kuboku bu g&# ...
  • Sevgi smsleri
  • Samanyolu TV - canlı olar ...
  • Zarafatlar
  • Bir anlig Gulush :))
  • Artislerin ushaqliq resimler v ...
  • Mələklərin seyr ...
  • Ade besdirde:)))
  • Sizce burda ne duz deyil?:))
  • Super Mario World
  • ÇL 2008-2009: 1/8 final - ...
  • Allah
  • Tarakanları tap, öld ...
  • Photoshopun istesali :)
  • Burda 2 resim var siz 10 ferqi ...
  • Maraqli bir oyun
  • Gezel resimler 4
  • Sevir, sevmir?
  • Xeyellarin mashini
  • Super Mario
  • Super Mario 2&3
  • Code of the Samurai
  • Dostluq
  • Resme diqqetnen baxin
  • Baxin Hard diskden necede saat ...
  • Qush qripi :)Oyna qorun
  • Meqsed otagdan cixmaq
  • Indiana Cones Cox GOZEL bir oy ...
  • Xeste xana
  • Merhum Ayetullah Mirza Cavad T ...
  • Sizinde bele maraqli informasi ...
  • Qapinin zengini basmagi unutma ...
  • Metro kartınıza diqq ...
  • Sizce bunlar nece olur?
  • Superman
  • Sıkı tut ruhunu
  • Maraqli bir oyun daha bu adami ...
  • Yumor
  • FaceGen Modeller 3.1.2
  • ÇL 2008-2009: 1/4 final - ...
  • Həsən Şaş ...
  • Bayram SMS leri Bayraminiz mub ...
  • Sevgi sms leri
  • Bir Super oyun daha Oynamaq co ...
  • Namaz
  • Maraqli resimler.
  • Zarafatalar
  • Kompyuter
  • Maraqli resimler
  • Komik heyvan şəkill& ...
  • Gozlerini yoxla bax gor burdak ...
  • Avstraliya mescidleri
  • Yeqin bu resimlerden cox gormu ...
  • Bular bu qushu tutmaq isteyirl ...
  • 86400 Saniye...
  • Kurtlar Vadisi Pusu, 63-cü ...
  • Maraqli Bir oyun daha kec goru ...
  • Piroq arzusu
  • Namaz 4. Azan
  • Ralli Oyunu
  • Generator nece duzeltmek olar? ...
  • MEZAR SOHBETI.
  • Prikolni şəkillə ...
  • Bebe Niye aglayir sondurmek ol ...
  • KElle getdi
  • Cəngəllik kitabı ...
  • Ses verin
  • Pishikler
  • Hero Machine v2.0
  • Bu shirin bala neye baxir ele? ...
  • Creativ Resimler.
  • Snoubord
  • Kurtlar Vadisi Pusu, 62-ci b&# ...
  • Escape Quickly
  • Diqqet Diqqet Diqqet Diqqet ...

  • Səsvermə

    wap.gilavar.org