DataLife Engine > Islam > Seqaleyn hadisi

Seqaleyn hadisi


24 ôåâðàëÿ 2007. Ðàçìåñòèë: Ismail

ƏHLİ-BEYT (Ә) PEYĞӘMBӘRIN (S) SÜNNӘSINDӘ

Hər kim əziz peyğəmbərimiz həzrət Məhəmmədin (s) sünnəsində və keçdiyi həyat yolunda tədqiqat aparıb mütaliə etsə və o Həzrətin (s) Әhli-beytə (ə) qarşı olan məhəbbət və əhəmiyyətini görsə başa düşər ki, bu müqəddəs ailənin islam ümmətinin tarixi məziyyətlərində nə qədər böyük, əsaslı rolu və tə᾽siri vardır. Peyğəmbər (s) müxtəlif tarixi şəraitlərdə bu məsələni xalqa bəyan edərək, Allahın əmri ilə ümmətdə belə bir məsələni qəbul etməyə zəmin yaradırdı. Peyğəmbər (s) bu işi mərhələ-mərhələ həyata keçirirdi. İlkin mərhələdə Allahın əmri ilə qızı Fatiməni (ə) həzrət Әliyə (ə) ərə verdi və bununla da mübarək Әhli-beyt (ə) ağacının gövdəsini əkdi ki, tarix boyu bu ağacın budaqları islam ümmətinin bütün üfüqlərinə ucalsın. Peyğəmbər (s) bu mübarək vücudların nikah mərasimində həzrət Әliyə (ə) müraciət edərək belə buyurdu:

(Ey Әli!) əgər razı olarsansa, Allah-taala dörd yüz misqal gümüş müqabilində Fatimənin sənə nikah olunmasını mənə əmr etmişdir.»

Әli (ə) dedi:

«Ey Allahın Peyğəmbəri! Mən də buna razıyam.»

Әnəs ibni Malik deyir: Peyğəmbər (s) bu sözdən sonra buyurdu:

«Allah sizi bir-birinizə mehriban və bağlı etsin. Sizə böyük və pak bir nəsil verməklə xoşbəxt və səadətli etsin.»

Әnəs deyir: «Allaha and olsun ki, Allah onların vücudundan pak və böyük bir nəsil yaratdı».[43]

Həmçinin rəvayətə görə Peyğəmbər (s) onların kəbinini kəsdikdən sonra Fatimənin (ə) yanına gedib onu çağırdı. Ümmi Eymən bir qabda su gətirdi. Peyğəmbər (s) o sudan bir qədər ağzına alıb yenidən qaba tökdü. Sonra onu həzrət Fatimənin (ə) üstünə səpib belə dua etdi:

«Ey Allah! Mən onu və nəslini Şeytanın şərindən sənə sığındırıram.(Onları şeytanın şərindən qoru.)»

Sonra həzrət Әlidən (ə) su gətirməyi xahiş etdi. Su gətirildikdən sonra onu alıb həzrət Әlinin (ə) başına və çiyinlərinin arasına səpdi və belə dua etdi:

«Ey Allah! Mən onu və nəslini şeytanın şərindən sənə sığındırıram.»

Bir ayrı rəvayətdə belə nəql edilmişdir: «Peyğəmbər (s) bir qədər su istəyib onunla dəstəmaz aldı və qalan suyu Әli və Fatimənin üstünə səpib belə dua etdi:

«Ey Allah, Sən onların nəslinə bərəkət ver.»[44]

Әvvəllər hər kim xanım Fatimənin elçiliyinə gəlirdisə, həzrət Peyğəmbər (s) üzr istəyib buyurardı:

«Hələlik (Allah tərəfindən) bu məsələ barəsində mənə bir əmr gəlməmişdir.»[45]

Bəli, bu Әli və Fatimənin (ə) ailə qurmasına Allahın və Peyğəmbərin (s) mərhəmət və diqqəti idi. Bu ailə qurma yalnız Allahın əmri ilə icra olundu. Ona görə ki, gərək aşkara Әhli-beytin (ə) məqamı və Peyğəmbərin (s) özündən sonrakı zamanlar üçün nəzərdə tutduğu məqsəd və hədəflər bəyan olsun. Elə məqam ki, Qur᾽ani-kərim onu müxtəlif ayələrdə izah etmiş və həmçinin Peyğəmbər (s) onu öz hədislərində bəyan etmişdir. Bu rəvayət və hədislər həddindən artıq çoxdur. Biz bunların yalnız, bir neçəsini zikr edəcəyik. Әgər oxucular onları diqqətlə mütaliə etsə, Allahın və Peyğəmbərin (s) Әhli-beytə (ə) olan dərin məhəbbət və ehtiramını, bu münasibətlərin əsil hədəfini başa düşər. Bu hədəfin əsas prinsipləri, milləti heyrət və təəccübdə qaldıqları zaman hidayət etmələri, problem və çətinliklərdən xilas etmələri, parçalanıb dağıldıqları zaman xalqın birləşməsində mərkəzə çevrilmələridir. Bu dediklərimizin hamısı hədislərdə aydın şəkildə öz əksini tapmışdır. Bə᾽zi hədislərdə Peyğəmbər (s) Әli (ə) və Fatimənin (ə) övladlarını, nəslini öz övladları və öz nəsli kimi təqdim etmişdir. Həmçinin, Peyğəmbərdən (s) əvvəl Qur᾽an da bu həqiqətə işarə edərək buyurmuşdur:

«...Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı...» (Ali-Imran surəsi, ayə 61.)

Bu «Mübahilə» ayəsindəki «əbnaəna və əbnaəkum» yə᾽ni, «övladlarımızı və övladlarınızı çağıraq» cümləsində Peyğəmbərin (s) övladları deyəndə, Həsən və Hüseyn (ə) nəzərdə tutulurdu. Bu barədə artıq, təfsirçilərin izahlarını nəzərinizə çatdırmışıq. Әziz Peyğəmbərimiz (s) bu mə᾽nanı ümmət üçün dəfələrlə zikr etmişdi. Məsələn, buyurmuşdur:

«Həqiqətən Allah hər bir peyğəmbərin nəslini onun öz sülbündən qərar vermişdir və mənim də nəslimi bu Әlinin sülbündən qərar vermişdir»[46]

Yenə o Həzrət, imam Həsən və Hüseyni (ə) qucağına alıb buyurdu:

«Çünki, onların babası mənəm, deməli onlar mənim sülaləmdir.»[47]

Peyğəmbər (s) bütün münasib şəraitlərdə Әhli-beytin (ə) məqam və rütbələrini bəyan edirdi ki, ümmət onlara diqqət yetirərək məhəbbətlərini ürəklərində bəsləsinlər və onların yolunda hərəkət etsinlər.

Hədis və tarix kitablarında Peyğəmbərin (s) söylədiyi və bu mə᾽naları özündə əks etdirən «Səqəleyn» hədisi geniş yayılmışdır. Bu şərəfli hədisi müxtəlif fiqhi və siyasi məzhəblərə bağlı olan müsəlmanların hamısı öz kitablarında müxtəlif sözlərlə nəql etmişlər. Biz burada o müqəddəs hədisi həmin kitablarda yazılan şəkildə, yə᾽ni müxtəlif ifadələrlə sizə təqdim edirik.

SƏQƏLEYN HƏDİSİ

Həzrət Peyğəmbər (s) buyurmuşdur:

«Həqiqətən mən (Allah tərəfindən) də᾽vət olunmuşam və yaxın vaxtlarda (o də᾽vəti) icabət edəcəyəm, (Yə᾽ni, dünyadan köçəcəyəm) bir halda ki, sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram. Onlardan biri Allah-taalanın kitabı (Qur᾽an), digəri isə mənim itrətimdir. Allahın kitabı göydən yerə endirilən ipi xatırladır və itrətim isə mənim Әhli-beytimdir (ə). Mehriban olan Allah mənə xəbər vermişdir ki, bu iki şey Cənnət hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmayacaqlar. Diqqətli olun və görün məndən sonra bu iki şeylə necə rəftar edəcəksiniz.»[48]

Şəbravi Şafeyi «Әl-ithafu bihubbil-əşrəf» kitabında yazır: «Müslim, Termezi və Hakim öz kitablarında Zeyd ibni Әrqəmdən rəvayət ediblər ki, (bir gün) Peyğəmbər (s) bizim aramızdan qalxıb xütbə oxudu və Allaha həmd-səna etdikdən sonra belə buyurdu:

«Ey insanlar! Mən də bir bəşərəm və yaxın vaxtlarda Rəbbimin elçisi (ölüm mələyi) mənim yanıma (canımı almağa) gələr və mən də ona cavab verərəm (dünyadan köçərəm.) Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyuram. Onlardan birincisi içərisində nur və hidayət olan Allahın kitabı (Qur᾽an)dır. Bəs Allahın kitabını tutun və ona sarılın.» Sonra buyurdu: «Digəri isə mənim Әhli-beytimdir (ə). Sizdən istəyirəm ki, onlar barəsində düşünərkən və rəftar edərkən Allahı yaddan çıxarmayasanız».[49]

Şəbravi yenə yazır: Ayrı bir rəvayətdə belə deyilmişdir:

«Mən sizin aranızda iki şey qoyub gedirəm. Әgər onlara tabe olsanız, heç bir zaman yoldan çıxıb azmazsınız. O iki şey Allahın kitabı və mənim Әhli-beytimdir.»

Ayrı bir yerdə bu hədisin axırı bu şəkildə nəql edilmişdir:

«O iki şey Cənnət hovuzunda mənə qovuşana qədər bir-birlərindən ayrılmazlar. Baxın görün məndən sonra onlarla necə rəftar edəcəksiniz.»

Yenə də Şəbravi ibni Həcərin «Səvaiq» kitabından belə nəql edir: «Peyğəmbər (s) Qur᾽an və Әhli-beytə «Səqələyn» adını verdi. Çünki, «Səql» minnət ilə verilən dəyərli və ağır şeyə deyilir.

Qur᾽an və Әhli-beyt də bu xüsusiyyətə malikdirlər. Məhz buna görə də Peyğəmbər (s) öz ümmətini onlara tabe olaraq yolları ilə getməyə təşviq edir. Bə᾽ziləri isə deyirlər: «Onların hüquqlarının qorunması və riayət edilməsi vacib olduğu üçün onlara «Səqələyn» adı verilib. Onlar Allahın kitabını hamıdan artıq bildikləri üçün və Cənnət hovuzunda Peyğəmbərə (s) qovuşana qədər Qur᾽andan ayrılmayacaqlarına görə əziz tutulmalı və onların hüquqlarına riayət olunmalıdır.[50]

Mərhum əllamə şeyx Məhəmməd-Cavad Bəlaği «Alaur-rəhman fi təfsiril-Qur᾽an» kitabında belə yazır: «Səqələyn hədisi hamı tərəfindən qəbul edilən hədisdir. Onu sünni qardaşlarımız da öz kitablarında yazmış və bu hədisi Peyğəmbərin (s) özündən eşidən səhabələrdən belə rəvayət etmişlər:

Səqələyn hədisini həzrət Peyğəmbərdən (s) eşidib nəql edənlər:

1. Әmirəl-mö᾽minin Әli ibni Әbi-Talib (ə).

2. Abbdullah ibni Abbas.

3. Әbuzər Ğəffari.

4. Cabir Әnsari.

5. Abdullah ibni Ömər.

6. Hüzəyfə ibni Әsad.

7. Zeyd ibni Әrqəm.

8. Әbdürrəhman ibni Of.

9. Zəmirə Әsləmi.

10. Amir ibni Leyla.

11. Әbu Rafe.

12. Әbu Hüreyrə.

13. Abdullah ibni Həntəb.

14. Zeyd ibni Sabit.

15. Ümmü Sələmə.

16. Ümmü Hani (Әlinin (ə) bacısı).

17. Xəzimə ibni Sabit.

18. Səhl ibni Səd.

19. Әdi ibni Hatəm.

20. Әqəbə ibni Amir.

21. Әbu Әyyub Әnsari.

22. Әbu Səid Xidri.

23. Әbu Şureyh Xəzai.

24. Әbu Qədamə Әnsari.

25. Әbu Leyla.

26. Әbu Heysəm ibni Әttihan.

Ümmü Hanidən sonra adları çəkilən səhabələrin hər biri bu hədisi həm ayrılıqda zikr etmişlər və həm də bir gün Qureyşdən yeddi nəfər ilə birlikdə Kufə meydanında yığışaraq bu hədisi həzrət Peyğəmbərdən (s) eşitdiklərini elan etmişlər.

Deməli, bu yeddi nəfər hesaba alınmaqla səhabədən otuz üç nəfəri bu hədisi Peyğəmbərdən (s) nəql etmiş olurlar.

Bu hədisi Әbu Nəim Isfahani «Mənqəbətul mütəhhərin» kitabında müxtəlif sənədlərlə Cübeyr ibni Mütəm, Әnəs ibni Malik və Bərra ibni Azibdən, Müvəffəq ibni Әhməd də Ömər ibni Asdan nəql etmişlər. Sünni qardaşlarımızın tək-tək hədis kitabları olar ki, bu hədis orada nəql edilməmiş olsun. Hədis kitabları yazılmağa başlayan vaxtdan bu günə qədər bu hədis neçə-neçə səhabələr tərəfindən rəvayət olunmuşdur. Hətta, bəzi kitablarda iyirmiyə yaxın səhabənin adı çəkilərək bu hədis nəql olunmuşdur. Və yaxud, bəzi kitablarda sənədsiz və qısa şəkildə nəql edilmişdir (məsələn, «Әssəvaiqul-məhrəqə» kitabı). Həmçinin, sənədli və geniş şəkildə də nəql olunmuşdur (məsələn, Səxavi, Süyuti, Səmhudi və sairələrin kitablarında).

Sonra mərhum Bəlaği öz sözlərinə əlavə edərək belə yazır: «Şiə alimləri də bu hədisi müxtəlif sənədlərlə imam Baqir (ə), imam Sadiq (ə), imam Kazim (ə) və imam Riza (ə) və onlar da öz babalarından və nəhayət həzrət Peyğəmbərdən (s) rəvayət etmişlər. Digər sənədlərlə də Әmirəlmöminin (ə), Ömər, Übəyy, Cabir, Әbu Səid, Zeyd ibni Әrqəm, Zeyd ibni Sabit, Hüzəyfə ibni Әsid, Әbu Hureyrə və sairələri Peyğəmbərdən (s) rəvayət etmişlər.[51]

Әllamə Firuzabadi nəql etmişdir ki, «Səqələyn» hədisini Müslim öz «Səhih»ində, Әhməd ibni Hənbəl «Müsnəd»ində (4-cü cild, səh. 366), Beyhəqi «Sünən»ində (2-ci cild, səh. 431), Müttəqi «Kənzul-ümmal»da (1-ci cild, səh. 45 və 7-ci cild, səh. 102), Təhavi «Muşkilul-asar» da (4-cü cild, səh. 308), ibni Әsir «Üsdül-ğabə»də (2-ci cild, səh. 12), Süyuti «Dürrül-mənsur» da «Şura» surəsində «Məvəddət» ayəsinin təfsirində və «Müstədrəküs-səhihəyn»də (3-cü cild, səh. 109), Nisai «Xəsais» də (səh. 21) və «Müstədrəküs-səhihəyn»də (3-cü cild, səh. 148), Hənbəl «müsnəd»də Әbu-Səid Xidridən və o da Peyğəmbərdən (s) rəvayət etmişlər:

Bu hədis zahiri cəhətdən Qur᾽an və Әhli-beyti (ə) bir-birində birləşdirdiyi kimi, mə᾽nəvi cəhətdən də bunların arasında vəhdət oluğunu izah edir. Çünki, Qur᾽andan sonra, müsəlmanların müraciət edəcəkləri mənbə Әhli-beytdir (ə). Eyni zamanda Qur᾽anı onlardan artıq başa düşən bir kimsə yoxdur.

[43] «Zəxairül-üqba fi mənaqibi zəvil-qurba», muhibbəd-dini təbəri, (səh.30)

[44] «Әl᾽ithafu bihubbil-işraf. «Şəbravi Şafei». (səh.21) Misir, «Әdəbiyyat» mətbəəsinin çapı.

[45] «Zəxairül-üqba», Təbəri (səh.30) Әlyazma nüsxəsi.

[46] Zəxairul-üqba», Təbəri, səh.67

[47] «Mənaqib», Әhməd ibni Hənbəl. Bu hədisi cüz᾽i fərqlə Təbərani «Məcməul-kəbir» kitabında (1-ci cild, səh.24 əlyazma). Müttəqi «Kənzül-ümmal» (6-cı cild, səh.22) və Təbəri, «Zəxairul-üqba» kitabında nəql etmişdir. Süyuti də öz «Ehyaül-məyyit» kitabında belə nəql edir: “ Təbərani Ömərdən nəql edir ki, Peyğəmbər (s) buyurdu: «Hər qadın uşaqlarının əsli-kökü babalarıdır. (Yə᾽ni, babalarının sülaləsi sayılır.) Fatimənin uşaqlarından başqa. Çünki, onların əsli-kökü və babaları mənəm»

[48] Bu hədisi Tərmezi öz «Səhihində» (2-ci cild səh.380, «Әhli-beytin mənaqibində» fəsli) öz sənədi ilə Zeyd ibni Әrqəmdən nəql etmişdir və axırda artırmışdır: «Bu hədis gözəl və qəribə bir hədisdir». Bu hədisi Hakim öz «Müstədrək»ində (3-cü cild, səh.109) Zeyd ibni Әrqəmdən nəql etmişdir. Әhməd ibni Hənbəl də öz «Müsnəd»ində (3-ci cild, səh.17) Әbi Səid Xidridən nəql etmişdir. Həmin rəvayəti Təbərani «Mö᾽cəmül-kəbir» (1-ci cild, səh.129. Әlyazma) və Təbəri «Zəxairul-üqba»da (səh.16) Әhməddən rəvayət etmişdir.

[49] «Әlithafu bihubbil-əşraf», Şəbravi Şafeyi (səh.22)

[50] «Әlithafu bihubbil-əşraf», Şəbravi Şafeyi (səh.22)

[51] «Alaurrəhman», mərhum Bəlaği, (səh.43. Ikinci çap)