SONUNCU FƏSL
İNSANLIĞIN ƏZƏMƏTİ
İnsanlığın əzəməti
İbadət və bəndəlik
Təfəkkür və tədbir
İsar və fədakarlıq
Səbr və dözüm
Kitabın sonunda münasibdir ki, Zeynəb (s)-ın saysız-hesabsız fəzilətlərinin bə`zi
cəhətlərinə nəzər salıb, onun simasını insana aid olan uca ləyaqətlər güzgüsündə
görək və kamillik yoluna o böyük xanımdan ilham almaqla qədəm götürək.
İBADƏT VƏ BƏNDƏLİK
Allaha
bəndəlik və ibadət bəşərin ən böyük fitri ehtiyacının tə`minatçısıdır və insanın
inkişafı, kamilliyi bu bəndəliklərin sayəsində müyəssər olur. İnsan bu
bəndəliklə kamala əl tapır və mələklərdən önə keçərək yer üzündə Allahın
canişini və mələklərin səcdəgahı olur.
Bəndəlik bütün vücudu ilə öz ağa və mə`budunun qulluğunda olmaq, onun
fərmanından başqasına qulaq asamamaq, ondan başqası üçün iş görməmək və onun
razılığından başqa bir şey düşünməmək deməkdir. Bəndəlik və ixlasın mə`nası
budur. İnsanın bəndəliyinin qədəri onun Allaha olan mə`rifətinə bağlıdır. Buna
əsasən Allahı yaxşı tanıyıb varlığı yaradanın əzəmətini dərk edənlər özlərinin
Allaha olan möhkəm asılılıq və ehtiyaclarını anlayır və ona ibadət üçün baş
əyirlər.
Peyğəmbər və imamlar mə`rifətin uca zirvəsində, ibadət və bəndəliyin
nəhayətindədirlər. Bu xanədanın əzəmətli ağacının bir qönçəsi olan Zeynəb
onların məktəbində tərbiyə almış, bəndəlik və ibadət dərsini yaxşı öyrənmişdir.
Belə ki, onun bəndəliyinin əzəmətini həyatının bütün mərhələlərində görürük.
Böyük və əzəmətli Allaha əlaqəsini, ibadət və namazlarını həyatının ən çətin
mərhələlərində müşahidə edirik. Həyatın eniş-yoxuşları nəinki onu Allahın ibadət
və bəndəliyindən qafil etməyib, hətta onun bəndəlik və ibadət cilvələri
çətinliklərdə daha çox özünü büruzə verir. O, gecə yatmamaq və mə`budu ilə
razi-niyaz etməyin aşiqi, gecə oyaqlıqlarının və gecə yarısı ahlarının
tərbiyələndirdiyidir. İmam Hüseyn (ə) Zeynəbin uca məqamına hamıdan yaxşı
bələddir. Ona görə də Aşura gününün sonuncu vidasında bacısına buyurdu:
«Ya
uxtah, la tənsini fi nafilətil-ləyl».
“Bacıcan, gecə namazında məni unutma”. Həmçinin imam Hüseyn (ə)-ın qızı
Fatimədən belə nəql olunurdu ki, bibim Zeynəb Aşura gecəsi bütün gecəni ibadət
mehrabında dayanıb, öz Allahı ilə münacat edərək onun dərgahından kömək
diləyirdi: nə bizim göz yaşımız bir anlığa dayandı və nə naləmiz kəsildi. Bu
cəhətdəndir ki, imam Səccad (ə) buyurur: Bibim Zeynəb Kərbəladan Şama qədər olan
əziyyət və çətinliklərə baxmayaraq gecə nafilələrini qılır və bütün
çətinliklərlə belə öz ibadətlərini unutmurdu. Zeynəbin qorxmazlığı, şücaəti,
ürək qüvvəti və aramlığı həmin Allaha təvəkkülündən qaynaqlanırdı. Yezidin
sarayındakı kəskin sözləri və o zəhərli fəzada “nəhy əz munkər” etməsi səfərin
bütün mərhələlərində ismət və həyasını qoruyub saxlaması, hər yerdə öz
vəzifəsinə əməl etməsi, hamısı bütünlüklə Zeynəb bəndəliyinin cilvələridir.
TƏFƏKKÜR VƏ TƏDBİR
Zeynəbin mühüm xüsusiyyətlərindən biri onun elmi və savadıdır ki, bunun
dərinliklərini onun çıxış və nitqlərində görmək olur. necə ki, imam Səccad (ə)
Kufə bazarında Zeynəbin bu xüsusiyyəti ilə iftixar etdi və buyurdu:
«Ənti
bihəmdillahi alimətun ğeyru muəllimətun və fəhimətun ğeyru mufəhhəmətun».
“Allaha şükr olsun ki, sən tə`lim olunmamış alim və öyrədilməmiş müdriksən”.
Zeynəb
bütün mərhələlərdə öz vəzifəsi ilə tanış idi. Sükut edilməli yerdə sükut, fəryad
edilməli yerdə fəryad və canfəşanlıq edilməli yerdə canfəşanlıq edirdi. Əhli-beyt
karvanını idarə etməkdə isə tədbiri çox heyrətamiz idi. Qadının şəfqət və
hissiyatlarla dolu olmasına baxmayaraq, heç vaxt bu hissiyat Zeynəbin düşüncə və
tədbirinə qalib olmadı, onu öz ilahi vəzifəsindən qafil etmədi. O, ən qorxulu
səhnələrdə düşüncə ilə davrandı və buna görə də “Əqileye bəni haşim” yə`ni, bu
xanədanın bilikli qadını adı ilə tanındı.
İSAR
VƏ FƏDAKARLIQ
Zeynəb,
Əli və Zəhranın qızıdır, o ailə ki, “Həl əta” surəsi onların şə`nində nazil olub,
onları xaliscəsinə etdikləri isara görə tə`rif etdi. özündən keçmək və
başqalarını özündən qabağa salmaq Peyğəmbər xanədanın xüsusiyyətlərindəndir. Bu
xanədandan olan və tovhid məktəbindən dərs alan Zeynəb, öz yaşayışının hamısında,
xüsusi ilə Seyyidüş-şühəda hərəkatında öz rahatlıq və asayişinə göz yumdu. Və
fədakarcasına özünü və əzizlərini Allah yolunda fəda etdi. Bütün çətinlikləri
canına alıb dözdü. Onun böyük Kərbəla hərəkatındakı fədakarlıqları tarixin
dillər əzbəridir. O, çətinliklərdə özündə keçdi və fədakarcasına davrandı.
çətinlikləri qarşılamaqda qabaqcıl idi və onların qarşısında nəhayət dərəcədə
müqavimət göstərirdi. Səfər boyunca uşaqları və karvan əhlini himayə edir və
hətta öz yemək payını da başqalarına verirdi. İmam Səccad (ə) buyurur:
Bibim
Zeynəb Kufədən Şama qədər bütün müstəhəb və vacib namazlarını yerinə yetirdi. O,
mənzillrdən birində zəiflik və aclığın şiddətindən oturaq halda namaz qıldı,
çünki üç gün idi öz yemək payını kiçik yaşlı uşaqlara verirdi.
Zeynəbin bütün bu fədakarlıqları öz məqsəd və yoluna imanı olduğu üçün idi və o
yolda heç cür canfəşanlıqdan sıxılmırdı. Bəlkə də əziz Peyğəmbərin Zeynəbin
təvəllüdü vaxtında buyurduğu «hamının bu qıza hörmət etməyini vəsiyyət edirəm,
çünki, o Xədicəyə oxşayır» kəlamı onun Allah yolunda fədakarlıq və özündən keçmə
ruhiyyəsində olduğu üçün idi. Axı Xədicə də belə idi. Peyğəmbərin tək olduğu
vaxtda Xədicə bütün var-dövlətini və öz mevqeyini fədakarcasına islamın inkişafı
yolunda sərf etdi. Zeynəb də imam Hüseyn (ə)-ın kənarında və onunla birgə
Allahın dinini qorumaq yolunda hər şeydən keçdi.
SƏBR
VƏ DÖZÜM
Həqiqi
səbri yalnız imanın yanında axtarmaq lazımdır. Həqiqi səbr edən düzgün mö`mindir.
İman və səbrin əlaqəsi o qədər səmimi və bir-birinə bağlıdır ki, rəvayətlərdə
onların ikisinin baş və bədən ifadəsi ilə adları çəkilibdir.
«Əssəbru
minəl imani bi mənzələtir–rə`si minəl cəsəd».
“Səbrin imana nisbətən mövqeyi, başın bədənə nisbətən olan mövqeyidir”. Bu tə`bir
imanın həyatı və mö`mininin inkişaf və tərəqqisinin, onun səbrinin sayəsində
olduğunu, səbirsiz mö`minin imanının get-gedə aradan getməsini bəyan edir.
İmanla yaşamaq və öz vəzifə və borcunu yerinə yetirmək səbirsiz mümkün deyil. Bu
səbəbdən səbr barəsində olan rəvayətləri üç hissəyə – itaət bərabərində olan
səbr, günah bərabərində olan səbr və müsibət üz verən zaman səbr etməyə
bölmüşlər. Allaha bəndəlik, Şeytan qarşısında dözüm – hamısının qarşısında səbrə
ehtiyac var.
Mö`min
insanın yaşayışında qarşılaşdığı çətinliklərin müxtəlif əsərləri var. Allah
yolunun çətinlikləri və müsibətlərinin qiymətli əsərlərindən biri insanın
inkişaf və kamilliyidir. Yə`ni, Alah yolunun çətinlikləri, həmişə insanın
inkişaf səviyyəsini formalaşdırır. Necə ki, Əli (ə) buyurur: İnsan imanın
həqiqətini bu üç xüsusiyyətə malik olmasa dərk edə bilməz: Dindən xəbərdar olmaq,
çətinliklərin qarşısında səbrli olmaq və yaşayışını idarə etməkdə yaxşı tədbirli
olmaq. Görün ki, həyat çətinlikləri qarşısında insanın səbr etməsi imanın
həqiqətini dərk etməyə zəminə yaradır.
Allah
yolunda çəkilən çətinliklər və müsibətlərin başqa bir tə`siri axirətdə insana
nəsib olan səvab və ne`mətlərdir. İmam Sadiq (ə) belə buyurur: Allah insana
həyatın çətinlikləri, xəstəliklər, qohumların müsibəti, iqtisadi problemlər və
dünya bəlaları ilə öz nəzər diqqətində yer verir ki, ona səbr və əcr əta etsin.
Bə`zən isə kamillik və behişt ne`mətlərinə yetişmək, yalnız həyatın çətinlik və
müsibətlərindən keçməklə müyəssər olar. Bu barədə bir rəvayətə diqqət edin.
İmam
Sadiq (ə) buyurur: Bə`zən bəndənin Allah yanında dərəcə və məqamı olur. Lakin
bəndə bunu öz əməlinin vasitəsi ilə əldə etmir. Buna görə də Allah onu xəstəliyə,
fəqirliyə və ya övlad müsibətinə mübtəla edir. Əgər bu bəlaların qarşısında səbr
edərsə Allah ona o dərəcə və məqamı verir. Bu imam Hüseyn (ə)-ın sözləridir ki,
öz yol yoldaşlarına buyurur:
«Fə`ləmu
ənnəllahə innəma yəhəbul mənaziluş-şərifətə li ibadihi bi ihtimalil məkarihi».
«Bilin
ki, Allah çətinliklərə dözməklə bəndələrinə dəyərli məqam və dərəcə verir».
Yaşayışın gətirdiyi çətinlik və müsibətlər üçün deyilən qiymətlərə nəzər
salmaqla belə nəticə almaq olar ki, imanlı insanlara üz verən müsibət və
çətinliklərin iki cəhəti vardır: Biri xoşa gəlməz və pis olan zahiri cəhəti,
digəri isə çox gözəl olan həqiqi cəhəti. Bu cəhətdən də rəvayətlər, müsibətləri
mö`minlər üçün ilahi hədiyyə və töhfə kimi tanıtdırır.
«Əl
məsaibu minhun minəllah».
«Çətinliklər
Allah tərəfindən hədiyyədir».
Odur
ki, görürük Allah peyğəmbərləri və övliyaları, müsibətlərin gözəl üzünü görürlər
və onun qarşısında təslim və razı olurlar. Yə`ni, müsibətin baş verməsi ilə
bağlı heç bir şikayət və giley-güzar olmadığından əlavə razı və şaddırlar.
Həqiqəti görən Zeynəb, müsibətlərin və çətinliklərin gözəl və həqiqi üzünü
gördükdə, onlara yaxşı gözlə baxır və onların qarşısında səbr edir. Zeynəbin
həyatı həmişə – uşaqlığından bəri, böyük müsibətlərlə yoldaş olub, babası
Peyğəmbəri əldən vermək müsibəti, anası Fatimənin müsibətləri, atası həzrət Əli
(ə)-ın şəhadət müsibəti, qardaşı imam Həsən (ə)-ın şəhadət müsibəti və
Kərbəlanın saysız-hesabsız üzücü müsibətləri ki, dünyanın ən böyük müsibəti
sayılır. Zeynəb bu müsibətlərlə səbr və düşüncə ilə qarşılaşdığından onun adı
səbrlə qoşa çəkilir. Zeynəbin səbrini övladları, qardaşı, qardaşı balaları və
başqa qohumlarının şəhadətində müşahidə etmək olar. Xanımın səbrini südəmər
uşağın atası Hüseyn (ə)-ın qucağında şəhid olarkən tamaşa etmək olar. Onun
səbrini imam Hüseyn (ə)-ın və başqa şəhidlərin cəsədləri yanında imam Səccad (ə)-a
ürək-dirək və təsəlli verərkən görmək olar. Və nəhayət həzrət Zeynəb səbrinin
əzəmətini, onun İbni Ziyad qarşısında, bütün bu müsibətlərə gözəl mövqeyini
bəyan edəndə görmək olar.
«Ma
rəəytu illa cəmilən».
«Gözəllikdən
başqa bir şey görmədim».
Allahın salamı olsun Zeynəbi-Kubraya və Allah yolunun bütün fədakarlarına ki,
Zeynəbdən dərs alaraq səbr etməyi öz həyat dəftərlərinin sərlövhəsinə yazıblar.