4-CÜ
FƏSİL
TƏBLİĞAT KARVANINDA
Təbliğat karvanında
Kufəyə doğru
Kufə və kufəlilər
Minbər üzərində
İbni Ziyadın sarayında
Zeynəb məktəbindən dərslər
İmamın əzəməti
Gözəl baxış
İmamı xilas etmək
Şama doğru
Yezidin qarşısında
Əbədiyyat danışığı
Qorxmazlıq zirvəsində
Zeynəbin sözlərinə bir neçə işarə
Qar qovluq və murdarlığın kökləri
Allah və şeytan dəstələri
Hicab və iffətin qiyməti
Düzgün fikir
Zeynəb-Kubra və başqa bir vəzifə
Bundan
sonra Kərbəla tarixi və Zeynəbin davranışında təzə bir səhifə açılır. İndi
Zeynəb, rəhbəri Seyyidüş-şühəda (ə) və himayəçiləri Əbbas, Əliəkbər, Bəni
Haşimin və imam Hüseyn (ə)-ın vəfalı səhabələri olan karvana başçıdır. Həmin
kişilər ki, karvandakı uşaqların, xanımların ümidi və sığınacaqları idilər,
onların vücudu Əhli-beytə təssəli idi. Bu himayələr sayəsində Seyyidüş-şühəda (ə)-ın
həyatının son anlarına qədər düşmən xeymələrə yaxınlaşmağa və Əhli-beytə bir şey
etəməyə cür`ət etmirdi. Əba Əbdillahın döyüş anındakı «La hovlə vəla qüvvətə
illa və billah» fəryadları onların ürəyinə sakitlik bəxş edir və onlara təsəlli
verirdi.
İndi,
əzizlərinin ən yaxşısı şəhid olduqdan, qarət olunduqdan, xeymələrə od
vurulduqdan, düşmənin amansız cəlladlığından çəkilən əzab-əziyyət, iztirab və
pərişanlıqlara dözdükdən sonra və şəhidlərin qana boyanmış parça-parça olmuş
cəsədlərinə tamaşa etdikdən sonra, bu qəlbi dağlılar bəşər tarixi boyunca uzanan
bir hərəkət və əbədiyyət ucalığı qədər fəryad karvanına bənzəyirdi. Bunlar ən
böyük, ən ilahi bir qiyamın müjdəçiləridirlər. Onun dəyəri Allahın ən yaxşı
məxluq və vəfalı dostlarının qanı ilə verilibdir. Bu karvanın rəhbəri imam
Səccad (ə)-dan sonra, Peyğəmbərin xanədanından olan böyük bir qadındır ki,
dağlar onun möhkəmliyi qarşısında heyrətə gəlir. O, Əlinin rəşid qızı və
Fatimənin elmli övladıdır ki, Bəni Üməyyənin zülm və cinayət saraylarını bir-birinə
vurub alt-üst edir. O, Zeynəbdir ki, öz imamının fərmanı ilə Fatimənin
əzizlərindən ibarət karvana böyüklük edir və ən böyük müsibətlərə dözdükdən
sonra, imam Hüseyn (ə) və onun fədakar dostlarının qanlı xəbərini insanların
qulağına yetirir.
İndi
bu karvan, əziyyət çəkmiş, öz əzizlərini əldən vermiş qadın və uşaqlarla,
Zeynəbin rəhbərliyi ilə öz əzəmətli və tarixi hərəkatını başlayır.
KUFƏYƏ DOĞRU
Hicrətin 61-ci ili, Məhərrəm ayının on birinci günü, Əhli-beyt əsirləri
karvanını Kərbəladan Kufəyə yolladılar. Əhli-beyt barəsində qərara gəlmək imam
Səccad (ə)-ın öhdəsinə idi. çünki, o, imamdır və ona itaət etmək hamıya vacibdir.
Karvanın icraçı rəhbəri Zeynəbi-Kubradır. O, imam Səccada ən yaxın adam və Aşura
qadınlarının ən böyüyüdür.
Aydındır ki, Aşura günü hər cür çətinlik, dərd-bəlaya dözmüş və çox ürək ağrıdan
səhnələri gözləri ilə görmüş, əzizlərinin qəm yükünü öz ürəyinə almışdı. İndi
isə çılpaq miniklərlə düşmənin amansız mühasirəsində, kafir əsirləri kimi
aparılan cəmiyyəti idarə etmək asan bir iş deyildi.
Bəli,
qadınların, uşaqların istək və arzularına, hisslərinə cavab vermək, eyni halda
imam Səccad (ə)-ın canını qorumaq Zeynəbin karvanda olan ən böyük məs`uliyyəti
olub onun risalət yükünü ağırlaşdırırdı. Amma Zeynəbin böyük ruhu, çətinliklərin
amansız dalğaları və müsibətlərin qorxunc tufanı qarşısında geriyə oturacaq
qədər müqavimətsiz deyildi. O, çiynində olan yükün öhdəsindən yaxşı gəldi və
böyük karvanı tədbir, mehribanlıq və amansız mücahidliklə idarə edib mənzil
başına yetirdi.
KUFƏ
VƏ KUFƏLİLƏR
Əhli-beyt
əzizlərinin başıuca və iftixarlı karvanı Kufəyə yetişdi. Karvanın yolu, tamaşaya
gələn camaatla dolu idi. Kufə, Əmirəl-mö`minin və imam Müctəba (ə)-ın xilafəti
dövrünün mərkəzi, şiə cəmiyyətinin mühüm məntəqələrindən olduğu üçün tamamilə
İbni Ziyadın qoşunlarının mühasirəsində idi.
Kufə
camaatı vəfasızlıqda məhşur idi. Bu ruhiyyə Əmirəl-mö`minin və imam Mücətbanın
dövründə, Allah Rəsulunun övladlarının qarşısında sıraya düzülüb, Kərbəla
faciəsini törətməklərində, yaxşıca sınaqdan keçdi.
Kufə
camaatı həmin camaatdır ki, Fərəzdəq, imam Hüseyn (ə)-ın Kufə camaatının
vəziyyəti barədə verdiyi suala belə cavab verdi: «Kufə camaatının ürəkləri
sizinlə, qılıncları isə sizin əleyhinizədir.»
Bə`zi
tədqiqatçıların dediyinə görə, Kufə camaatı tez sakitləşərdilər. Bir söz eşitcək
qəzəblənər və bir hadisə görcək yumşalırdılar.
Onlar
Hüseyn ibni Əlinin nümayəndəsini elə həvəslə qarşıladılar və belə namərdliklə də
onu İbni Ziyadın əlinə verdilər. Elə qeyrətsizcəsinə evlərinin qapısını bağlayıb
sakit oturdular ki, İbni Sə`d və onun qoşunları imam Hüseyn (ə) və onun
dostlarını öldürdülər. İndi də onun qadın və uşaqlarını şəhərlərə əsir aparırlar.
Bəli,
Kufə camaatı o vaxt ayılıb öz işlərinin çirkinliklərini görürlər ki, Hüseyn (ə)-ın
qadın və qızlarını, Əli övladlarını və Peyğəmbər nəvələrini kafir əsir kimi bu
şəhərə gətirdilər. Peyğəmbərin xəlifəsi və müsəlmanların əmiri olan Əli (ə)-ın
bu şəhərdə beş illik hakimiyyətindən iyirmi ildən çox keçməzdi. Yaşı otuzu
keçməyən qadınlar həzrət Zeynəbi belə günlərdə görmüş və Əli (ə)-ın gözündə isə
onun həya əzəmətini müşahidə etmişdilər. Bu mənzərəni görmək keçmiş xatirələri
diriltdi. Küçələr, məhəllələr, tinlər, bazar şivənlə doldu. Qadınların şivəni
uşaqları ağlatdı və uşaqların ağlamağı qocaların bərk ürəyini yumşaltdı. Bir
dəfəyə hər tərəfdən fəryad və fəqan qalxdı. Bu cəmiyyətin içində öz sözləri ilə
həyacanı zirvələrə yetirə biləcək şəxs Əlinin qızı Zeynəb idi.
MİNBƏR ÜZƏRİNDƏ
İmam
Zeynəlabidin (ə) o günlərdə bərk xəstələndiyindən taqətsiz idi. Camaatın şivən
qoparıb ağladığını gördükdə yavaşca belə buyurdu: Bunlar bizə ağlayırlar?! Bəs
bizi kim öldürdü?
Bu
vaxt Zeynəb (s) əli ilə işarə edib hamını sakitləşdirdi. Bütün səslər kəsildi.
Dəvələrin zınqırovları işdən düşdü. Belə ki, yalnız nəfəslər eşidilirdi.
Zeynəb
(s) xütbə oxuyub kufəlilərin yatmış vicdanını oyatdı. Kufəlilər hələ indi
gözlərini açıb, Əhli-beytin haqqında çox böyük cinayət işlətdiklərini və heç bir
yolla aradan getməyəcək böyük bir rüsvayçılıq törətdiklərini gördülər.
Zeynəb
(s) elə bəlağətlə danışırdı ki, elə bil Əli (ə) nitq söyləyirdi.
Ravi
belə deyir: Mən heç vaxt belə şücaət və əzəmətlə danışan iffətli və həyalı qadın
görməmişdim.
Ustad
Şəhid Mütəhhəri demişkən: Əli şücaəti, qadınlıq həyası ilə qarışmışdı.
Zeynəb
(s) iffət və həya ilə öz sözlərini Allaha həmd və səna etdikdən, Peyğəmbərə,
onun pak, seçilmiş xanədanına salamdan sonra belə buyurdu:
Ey
Kufə camaatı! Ey hiyləgər və xəyanətkar camaat! Heç bir zaman gözlərinizin yaşı
qurumasın. Siz o qadına bənzəyirsiniz ki, öz əyirdiyi ipləri bir dəfəyə zay edir.
nə sizin peymanınızın dəyəri var, nə də sizin andınızın e`tibarı. Faydasız
sözdən, özünə pərəstişdən və üzdə yaltaq kənizlər kimi yaltaqlanıb, arxada
düşmənlə saziş etməkdən başqa nə varınızdır. Siz peyinlikdə bitən yaşıl və təzə
bitkiyə oxşayırsınız. Siz bəzənmiş qəbrin divarlarının suvağına oxşayırsınız. O
dünya üçün pis azuqə hazırlamısınız! Allah qəzəbi, Cəhənnəm əzabı! Ağlayırsınız?
Bəli, ağlayın, and olsun Allaha ki, ağlamağa layiqsiniz. çox ağlayın və az gülün.
Qazandığınız çirkinliklərə niyə ağlamayasınız? Heç bir su ilə yuyulmayan
çirkinlik! Peyğəmbər balasını və behişt cavanlarının ağasını öldürməkdən pis nə
çirkinlik ola bilər?! Sizin yolunuzun çırağı və qara gününüzün dostu olan bir
insanı! ölün və xəcalətli başınızı aşağı salın. Bir anda öz keçmişinizi bərbad
etdiniz və gələcəyiniz üçün heç bir şey əldə etmədiniz.
Bundan
sonra siz gərək xar və məğlub yaşayasınız, çünki siz özünüzə Allah qəzəbi
qazandınız. Elə bir iş gördünüz ki, az qalıb göy yerə düşə və yer parçalana,
dağlar bir-birinə dəyə. Bilirsiniz ki, necə bir qan axıdıbsız? Bilirsiz,
hicabsız halda küçə və bazarlara gətirilmiş qadın və qızlar kimlərdir? Bilirsiz
ki, Peyğəmbər ciyərini parçalamısınız? Nə qədər çirkin və ağılsız iş görmüsünüz.
Elə bir iş ki, onun çirkinliyi dünyanı başdan-başa doldurub. Göydən qan
damlalarının yağmasına təəccüb edirsiniz?! Amma bilin ki, axirətin əzab və
xarlığı çətin olacaq. Əgər etdiyiniz işə Allahın qəzəbi tutmursa rahatlanmayın.
Allah günahın cavabını dərhal vermir, amma məzlumların qanını da yerdə qoymur.
Allah hər şeyin hesabını edir.
Zeynəbin dağlı qəlbindən və imanlı ürəyindən gələn təkanverici və bəlağətli
sözlər Kufə camaatına od vurdu. Ravi belə nəql edir: And olsun Allaha, o gün
camaatı çox heyran və pərişan gördüm. narahatlıqdan əllərini ağızlarına qoyub
təəssüf edir və ağlayırdılar. öz yanımda bir kişini gördüm ki, ağlamaqdan üzünün
tükləri göz yaşı ilə islanmışdı və Əhli-beytə xitab edərək belə deyirdi:
Anam-atam sizə qurban olsun, sizin yaşlılarınız yaşlıların ən yaxşısıdır,
cavanlarınız, cavanların ən yaxşısıdır, qadınlarınız, qadınların ən yaxşısıdır
və nəsliniz, nəsillərin ən yaxşısıdır. Onlar hamıdan üstün və ucadırlar.
Zeynəbin sözü qurtarmağa az qalmış imam Səccad (ə) buyurdu: Bibican! Sakit ol,
gərək qalanlar keçmişlərindən ibrət alsınlar. Həmd olsun Allaha ki, sən tə`lim
görməmiş alim və öyrədilməmiş müdriksən. Ağlamaq və nalə çəkmək gedənləri
qaytarmaz.
İmamın
bu sözləri Zeynəbin vəhy çeşməsindən içmiş və bəşər elmindən yuxarı səviyyəli
bir elmdən bəhrələnmiş əzəmət və cəlalını aşkar edirdi. O, vilayət məktəbində
dərs oxumuş və ürəyi elm, mə`rifət nuru ilə işıqlanmışdı.
Zeynəbin, Əli sözlərinə oxşar sözlərində bə`zi məqamlar var ki, onun bilikli və
ziyalı olmasına sübutdur. Onlardan bə`zisinə toxunuruq:
1.Onun
əhatəli kəlamı və bəyanının bədiiliyi o qədər idi ki, bə`ziləri danışanın Əli (ə)
olduğunu zənn etdilər.
2.Kufə
camaatını tanıtdırması, onların şəxsiyyətlərini bəyan etməsi, cəmiyyət, ruhiyyə
və geriyə oturmalarının amillərinə olan dərin elmini göstərir. Bu fərasət
cəmiyyət və camaatı tanımaqda atasından yetişən mirasdır. Ərəb ədiblərindən biri
olan Cahizin dediyi kimi ki, Əli (ə) hər bir tayfanın ruhiyyə və xislətini yaxşı
tanıyır və onlara uyğun danışırdı.
Zeynəb
(s) elə danışdı ki, hamıda dəyişiklik yaratdı və onlar öz əməllərindən peşiman
oldular.
3.Düşmənin
Kərbəlada Peyğəmbər xanədanına rəva qıldığı cinayətlərin əsərini bəyan etməsi və
həmçinin o cinayətin böyüklüyünü izah etməsi camaatı bu cinayətin dərinlikləri
ilə daha çox agah edib onların ayılmasına səbəb oldu və onları düşmənlə
mübarizəyə qaldırdı. Elə qiyamlar baş verdi ki, Bəni Üməyyə səltənətini alt-üst
edib, Kərbəla canilərindən qanlı qisas aldı.
Bu
həzrət Zeynəbin aşura təbliğatının bir nümunəsi idi.
Bə`zi
tarix kitablarında belə nəql olunub ki, Zeynəbdən sonra kiçik Fatimə və Ümmü
Gülsüm də xütbə oxuyaraq, Kufə camaatını məzəmmət edib danladılar və həmçinin bə`zi
başqa kitablarda həzrət Səccad (ə)-dan da xütbə nəql olunub.
İBNİ
ZİYADIN SARAYINDA
Qürur
badəsi ilə məst olan İbni Ziyad özünü həmişəkindən qüdrətli görürdü. öz
qüdrətini göstərib Kufə camaatını qorxutmaq üçün onların hamısına öz sarayında
keçirdiyi məclisdə iştirak etməyə icazə verdi. O, hər şeyin tamamlandığını güman
edib Yezidin qoşununun qələbəsini bu məclisin keçirilməsi ilə bayram etmək
istəyirdi. Ona görə də Seyyidüş-şühəda (ə)-ın mübarək başının gətirilməsinə
fərman verdi. İmamın başını onun qarşısına qoydular. İbni Ziyad gülür və əsası
ilə o Həzrətin dişlərinə vururdu. O, öz xam xəyalı ilə böyük qələbə əldə etmişdi.
Əsirlərin karvanını İbni Ziyadın məclisinə gətirdilər. Zeynəb (s) köhnə paltarda
tanınmaz şəkildə bir guşəyə çəkildi və orada əyləşdi. Əhli-beytin başqa
qadınları da onun ətrafına yığışdılar.
İbni
Ziyad dedi: O qadın kim idi ki, öz kənizləri ilə kənarda oturdu? Zeynəb (s)
cavab vermədi. İbni Ziyad ikinci və üçüncü dəfə də həmin sualı təkrar etdi.
Qadınlardan biri dedi: Bu Peyğəmbər balası Fatimənin qızı Zeynəbdir. İbni Ziyad
üzünü Zeynəbə tutub dedi: «Şükr olsun o Allaha ki, sizi rüsvay etdi, öldürdü və
göstərdi ki, sizin dedikləriniz yalandan başqa bir şey deyildir.»
«Zülmdən
başqa dayağı olmayan bir zülümkar üçün, onun qüdrətini saymamazlıqla məsxərə
etməkdən dərdli danışıqları üçün məzəmmət olunmazlar.»
İbni
Ziyad özünü Zeynəbin sözünün qarşısında aciz görüb dedi:
Sənin
qohumlarının və nəslinin böyük itaətsizliyi ürəyimdə bir dərd idi. Allah o dərdə
şəfa verdi. Bu sözlə Zeynəbin qəlbi sındı və ağlayaraq dedi: Mənim sərvərimi
öldürdün, xanədanımı məhv etdin, bizim kök və budağımızı vurdun: Əgər sənin
şəfan bundadırsa, şəfa tapdın.
İbni
Ziyad dedi: Bu qadın gözəl danışır. Atası da mahir idi, gözəl üslub və ahənglə
danışırdı.
Zeynəb
(s) buyurdu: Qadınların ahənglə nə işləri? İndi mənim şe`r söyləmək vaxtımdırmı?
Ürək yanğısından başqa dilimə bir şey gəlmir.
Bununla Əlinin şücaətli qızı Zeynəb (s) ürəyində qorxuya yol vermədi, tə`sirli
və kəsərli sözləri ilə, İbni Ziyadı öz qüdrətini göstərmək üçün məclisə yığdığı
camaatın gözləri qarşısında rüsvay etdi, Peyğəmbər xanədanına rəva qıldığı
cinayətlərini ifşa etdi. Əli qızı dilləndi. Dilləndi amma elə bil indiyəcən heç
nə baş verməmişdir. Nə onun bir adamını öldürüblər, nə də özünü əsir tutublar.
Elə bil, cavabını vermək istədiyi bu kişi ən adi bir işarə ilə onu və bütün
yoldaşlarını öldürə bilməzdi.
-
Şükr olsun o Allaha ki, öz peyğəmbəri Məhəmməd (s) ilə bizə kəramət buyurub,
çirkinliklərdən pak etdi. Yalnız günahkar rüsvay olar və günahkar yalan danışar.
Şükr olsun o Allaha ki, o biz deyilik, başqasıdır.
İbni
Ziyad dedi: Allahın Əhli-beytlə davranışını necə gördün?
Zeynəb
cavab verdi: Onlar bir dəstə idilər ki, Allah, şəhadəti onlara müqəddər etmişdi.
Onlar öz qəbrlərinə tərəf tələsdilər və mən burada gözəllikdən başqa bir şey
görmədim. Allah səninlə onları bir araya gətirəcək və sən onlarla üzləşəcəksən.
İndi gör qalib və xoşbəxt kimdir. Ey Mərcanənin oğlu! Anan matəmində otursun.
Ravi
deyir: Bu sözlərdən sınan İbni Ziyad elə atıldı ki, guya Zeynəbi öldürəcəkdi.
İbni Ziyadın ətrafındakılardan biri dilləndi: Ey Əmir! Bu qadındır.
ZEYNƏB MƏKTƏBİNDƏN DƏRSLƏR
İMANIN ƏZƏMƏTİ
Zeynəb
(s) İbni Ziyadla rəftarında göstərdi ki, mö`min insan, əsir olmasına baxmayaraq
heç vaxt güclü və qüdrətli düşmənin qarşısında başını zillətlə aşağı salmayacaq.
Zeynəbin İbni Ziyadın qüdrəti qarşısında yenilməzliyi, əzəməti və iftixarı, onun
Allaha olan imanından və xatircəmliyindən qaynaqlanırdı. O, imam Hüseyn (ə) kimi
xatircəm bir nəfsə malik idi. Bütün bu xatircəmlik və qorxmazlığı qəlbində ilahi
təfəkkürü diri saxlamaqla əldə etmişdi. Allahı düşünüb Onu yad edən insan heç
vaxt sərgərdan qalmaz və məğlub olmaz. necə ki, imam Hüseyn (ə) heç bir tərəddüd
etmədən Yezidlə bey`ət zillətini qəbul etmədi, qəlbləri ələ alıb qələbə çaldı,
mö`minlərin, Allah dostlarının ürəklərinə malik oldu və Aşura, imanlı qəlblər
üçün ən böyük cazibə oldu. İmam Hüseyn (ə) yolunu davam etdirən və onun
məktəbinin şagirdi olan Zeynəb (s), öz sözləri ilə qanlı Kərbəla hərəkatının
izzət və əzəmətini artırdı.
GÖZƏL BAXIŞ
Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini
gözəl görməsi, onun belə çətinliklərə ilahi baxışıdır.
Necə
ki, gördük, Zeynəb (s) İbni Ziyadın, «Allahın Əhli-beytinlə rəftarını necə
gördün» sualının cavabında buyurdu:
«Ma
rəəytu illa cəmila».
Allah
yolunda gördüyüm çətinliklər, müsibət və müşküllər, hamısı mənim üçün gözəl idi.
Doğrusu! Əliəkbərin, Qasimin, Əbbasın, südəmər uşağın şəhadəti və Seyyidüş-şühəda
(ə)-ın şəhadəti gözəl idimi?! Xeymələrin yandırılması və qarət olunması,
uşaqların pərişan və sərgərdan olmaları və Allah Rəsulunun övladlarına üz verən
müsibətlər gözəl idimi?! Peyğəmbər Əhli-beytinin əsir olub küçə və bazarlarda
naməhrəmlərin gözü qarşısında gəzdirilməsi gözəldirmi?!
Bu
gözəl baxış necə təfsir olub açıqlanacaq?
Həzrət
Zeynəb (s) özünü haqqın bəndəsi hesab edib ilahi vəzifəni yerinə yetirməyi özünə
şərəf bilir. Vəzifəyə əməl yolunda imam Hüseyn (ə) kimi kamil insanın və onun
səhabələri kimi fədakar dostların şəhadəti, Əhli-beytin əsarəti, əziyyəti və
müsibətləri hamısı xoşdur, şirin və gözəldir. Bu mö`min insanların dünya
görüşüdür ki, Allah tərəfindən onlara nə çatsa, hamısını xeyirli və gözəl
görərlər. Çünki, Allah, öz bəndələri üçün xeyirdən başqa bir şey istəmir. Bu
varlıq aləminin bütün mövcudlarına ilahi və gözəl baxışdır.
Mən
bütün şəhərdə öz eşqimlə məşhuram,
Mən
gözümü pis görməyə aludə etməmişəm.
Vəfa
yolunda əziyyət çəksək də şadıq.
Çünki,
bizim təriqətdə incimək kafirlikdir.
Bəli,
belə bir dünya görüşü və belə bir inam zillət və acizliyə yönəlməyərək düşməni
dizi üstə çökdürər Allahın, Onun Rəsulunun və mələklərin salam və rəhməti olsun
Zeynəbi-Kubraya ki, bizə Allah yolunun çətinliklərni necə görmək dərsini öyrətdi,
səbr və dözüm dərsində müəllimimiz oldu.
İMAMI XİLAS ETMƏK
İbni
Ziyad Zeynəbin şücaətli və tə`sirli cavablarına mat qaldıqdan sonra imam Səccad
(ə)-a baxıb dedi: Kimsən? İmam buyurdu: Əli ibni Hüseyn.
Bəs
Allah Əli ibni Hüseyni öldürmədi? – İmam sakit qaldı.
Niyə
danışmırsan?
Əli
deyilən bir qardaşım var idi, camaat onu öldürdü.
Yox,
onu Allah öldürdü.
İmam
cavabında bu ayəni oxudu:
«Əllahu
yətəvəffəl ənfusə hiynə movtiha».
«Allah
canları ölüm vaxtı bütünlüklə alır».
İbni
Ziyad əsəbləşdi və dedi: Hələ də mənimlə belə danışmağa cür`ətin var? Onu aparın
və boynunu vurun.
Bu
vaxt Zeynəb imamdan yapışıb buyurdu: Ey Ziyadın oğlu! Bu qədər qanımızı tökdün
bəsdir. O, İmamı qucaqlayıb dedi: Ondan ayrılmaram. Əgər onu öldürsən məni də
onunla öldür.
İbni
Ziyad bir neçə an onların ikisinə baxıb dedi: «Əcəbən lirrəhmi!» “Qohumluq
qəribə şeydir!” Allaha and olsun, bu qadın istəyir öz qardaşı oğlu ilə
öldürülsün. Onu buraxın. Zənnimcə bu xəstəlik onu ayaqdan salar. Bu yolla Zeynəb
başqa bir dəfə öz himayə və canfəşanlığı ilə imamını qoruyub, onu İbni Ziyadın
cəlladlarının əlindən xilas etdi, bununla da İmamət və Vilayəti qorumaq dərsini
hamıya öyrətdi.
ŞAMA
DOĞRU
Əsirlər karvanı İbni Ziyadın zindanında çətin günlər keçirdikdən sonra Şama
göndərildi.
«Şam
müsəlmanların əlinə keçən gündən Xalid ibni Vəlid və Müaviyə ibni Əbu Süfyan
kimi hakimlər görmüşdü. Bu diyarın camaatı nə Peyğəmbərin söhbətlərini
eşitmişdilər, nə də onun səhabələrinin iş üsulunu bilirdilər. Peyğəmbərin
səhabələrindən bu diyara köçüb burada yaşayanlar da pərakəndə olduqlarından
nüfuzları yox idi. nəticədə, Şam camaatı Müaviyənin və onun ətrafındakılarının
rəftarını müsəlmanlıq qaydaları bilirdilər».
Belə
bir şəhərin camaatı əsir karvanının gəlişi vaxtı bayram və şadlığa qərq
olmuşdular. Yezid öz sarayında bir məclis təşkil etmişdi. Hazırlanmış adamlar
məclisin ətrafında oturmuşdular ki, öz gümanları ilə Yezidin böyük qələbəsini
bayram etsinlər.
YEZİDİN QARŞISINDA
Seyyidüş-şühəda (ə)-ın başını Yezidin qarşısına qoydular. Bu vaxt Əhli-beyt
əsirlərini məclisə daxil etdilər. Seyyidüş-şühəda (ə)-ın qızının gözləri İmamın
kəsilmiş başına düşdü. O, ucadan elə nalə etdi ki, bütün məclisə vəlvələ düşdü.
Amma
Zeynəb qardaşının başını gördükdə həzin və dərdli bir səslə ürəkləri qəmləndirdi,
nohə oxumağa başladı:
«Ya
Huseyna, ya Həbibəllah, yəbnə Məkkətə və Mina, yəbnə Fatimətəz-zəhra səyyidəti
nisai, yəbnə bintəl Müstəfa».
“Ey
Hüseyn! Ey Allahın istəklisi! Ey Məkkə və Mina övladı, ey bütün qadınların
sərvəri olan Fatimeyi Zəhranın oğlu! Ey Peyğəmbər qızının oğlu.”
Ravi
deyir: Allaha and olsun, məclisdəkilərin hamısını ağlatdı. öz mənsəbpərəstliyi
ilə məst və məğrur olan şərabxor Yezid sakit oturub əlindəki əsa ilə imamın
müqəddəs dişinə vurur və deyirdi: Kaş mənim Bədr döyüşündə iştirak edən və
Xəzrəc qəbiləsinin, oxların vurduğu ziyandan əziyyət çəkdiyinin şahidi olan
böyüklərim bu gün məclisdə şadlıqlarından qışqırıb deyəydilər: Yorulmayasan, ey
Yezid! Onların böyüklərini, rəhbərlərini öldürdük və Bədr gününün əvəzini çıxdıq.
Haşim qəbiləsi səltənətlə oynadılar. Nə göydən bir xəbər gəlib, nə də vəhy nazil
olub. Əhmədin acığını balalarından çıxmasam, Xəndəf qəbiləsindən deyiləm.
Bu
evlərdə Peyğəmbərdən, din və Qur`andan heç bir xəbər yoxdur. Gördüklərimiz
cahillik dövrünün qisas xatirələrinin təzələnməsidir. Qanı qanla yuduq.