İKİNCİ
FƏSİL
ŞƏHADƏT KARVANINDA
Şəhadət karvanında
Yezid hökumətinin başlanması
İmamın Yezidin qarşısında mövqeyi
Hicrət
Məkkədən Mədinəyə hicrət
Gecə karvanı
Hüseynlə yanaşı
Karvanda məs`uliyyət
Məkkəyə giriş
Müslim ibni Əqilə tapşırıq
Hərəkat qəsdi
Müslümün qiyamı və İmamın hərəkatı
Ümumi də`vət
Əbdullah ibni Cə`fərin məktubu
Acı xəbər
Zeynəb nə eşitdi?
Kərbəla və əbədiyyət
Kərbəlaya giriş
Zərurətin sübutu
Yezidlə bey`ət heç zaman!
Düşmən qarşısında müqavimət
Tasua günü
Aşura gecəsində Zeynəb şəfqəti
Zeynəb Bəni-haşim müdriki
Zeynəbi üzən xəbər
Seyyidüş-şühəda müsibətinin əzəməti
İmamın Zeynəbə tövsiyələri
Zeynəbdən öyrəniləsi dərs
Gecənin qaranlığında
Zeynəbin İmamla söhbəti
Sübh açılır
Eşq namazı
İmamın sözü
Həzrət
Zeynəb həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (ə) dövrünə, eşq və
şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Həzrət Zeynəbin
təvəllüddən imam Hüseynin (ə) hərəkatına qədərki həyatının tarixdə qeyd
olunmasına baxmayaraq, bu dövrə aid olan bə`zi nöqtələr qaranlıq qalmışdır.
Lakin onun həyatının son illəri, yə`ni imam Hüseynlə (ə) birgə mübarizədən
sonrakı dövr aydın surətdə qeyd olunmuş, özünə məxsus əzəmət və cəlalı ilə
nəzərə çarpmışdır. Sanki, imam Hüseynin (ə) qiyamını Zeynəbsiz və Zeynəbi
qiyamsız təsəvvür etmək mümkün deyil. çünki, imam Hüseyn (ə) qiyamının hər
tərəfli təhlili üçün Zeynəbi öyrənmək lazımdır və əgər belə demək mümkünsə,
Zeynəb Seyyidüş-şühəda hərəkatının canlı tarixi, ölməz natiqidir.
Zeynəb
Kərbəla tarixi ilə hərəkətdədir və bu tarixin bütün hadisələrinin Zeynəblə sıx
əlaqəsi vardır. Bu səbəbdən Zeynəbin həyat tarixini Kərbəlasız təsəvvür etmək
mümkün deyil.
Zeynəb
imam Hüseyn (ə) hərəkatının bütün səhnələrində nəzərə çarpır. Bu əsasla demək
olar ki, Kərbəla hadisəsi imam Hüseyn (ə) həyatının böyük bir hissəsini təşkil
etdiyi kimi, həzrət Zeynəb həyatının da izzət və əzəmətli dövrünə təsadüf edir.
Həzrət
Zeynəbin tarixinin Kərbəla tarixi ilə sıx bağlılığını nəzərə alaraq imam Hüseyn
(ə)-ın əzəmətli və əbədi hərəkatının xülasəsini bəyan edir, Zeynəbin böyük
vəzifəsi, habelə şücaət və fədakarlığı ilə daha yaxşı tanış oluruq:
YEZİD HÖKUMƏTİNİN BAŞLANMASI
Müaviyənin ölümü ilə onun 20 illik alçaq və rəzil hökuməti dövrü sona çatdı. O,
bu 20 il ərzində xalqın ürəyinə elə qorxu və vəlvələ salmışdı ki, heç kim
Peyğəmbər Əhli-beytindən danışmır, onları müdafiə edə bilmirdi.
Onun
hökuməti illərində şiələrin vəziyyəti olduqca ağır idi. Müaviyə ya onları
öldürür, ya həbs edir və ya vətənlərindən didərgin salırdı. Həzrət Əli (ə) və
Əhli-beytin fəzilətləri barəsində hədis deyənlərin tə`qib olunacağını isə rəsmi
surətdə e`lan olunmuşdu.
O,
Əhli-beyt əleyhinə hər növ fitnə və fəsaddan istifadə edirdi. Onlara qarşı
təbliğat və şayiələr elə bir həddə idi ki, Şam əhli həzrət Əli (ə)-ın namaz
mehrabında şəhid olmasını eşidəndə təəccüblə soruşurdular: Məgər Əli namaz
qılardı?
Müaviyə bu mühiti oğlu Yezidin hakimiyyətə gəlməsi üçün hazırlamışdı. Heç kəsin
onun qarşısında e`tiraz etmək iqtidarında olmadığını oğluna söyləmiş, yalnız
imam Hüseyn (ə) tərəfindən təhlükə gözlədiyini ona xatırlatmışdı.
Yezid
belə bir vəziyyətdə hökumətə çatdı və ilk növbədə atasının hökumət nümayəndəsinə
məktub yazıb imam Hüseyndən onun üçün bey`ət almasını əmr etdi.
İMAMIN YEZİD QARŞISINDA MÖVQEYİ
İmam
Hüseyn (ə) bilirdi ki, xalqın Əhli-beytə meyli var və onun Yezidlə bey`əti bütün
müsəlmanların onunla bey`əti deməkdir.
İmam
(ə) Yezid hökumətini qeyri-şər`i və fasiq bilirdi. Bunun üçün də Mədinə hakiminə
cavabında buyurdu: Biz kəramət Əhli-beyti və risalət xəzinəsiyik... Mən babam
Rəsulullahdan eşitdim ki, buyurdu: «Əbu Süfyan övladlarına xilafət haramdır,»
belə olan halda mən bu sülalə ilə necə bey`ət edə bilərəm.
Bu
hadisədən sonra Mədinə hakimi Yezidə cavabında yazdı: Hüseyn ibni Əli səni
xilafətə layiq bilmir və səninlə bey`ət etmək fikri də yoxdur. Əmrin nədir?
Yezid
cavab yazdı ki, məktubu alan kimi dərhal mənim müvafiq və müxaliflərimi müəyyən
edib, Hüseyn ibni Əlinin başı ilə birgə mənə göndər.
HİCRƏT
Hicrət
kəlməsi gözəl bir ifadə olub, Qur`anda “iman” və “cihad” kəlməsi ilə yanaşı
işlənilmişdir.
Əgər
İslamın tərəqqi amillərindən biri də həmin hicrət olub desək yanılmarıq.
Peyğəmbərin təklifi ilə bə`zi müsəlmanların Məkkədən Həbəşəyə və Peyğəmbər və
müsəlmanların Məkkədən Mədinəyə ümumi hicrəti çoxlu əsər və bərəkətlərin mənşəyi
olmuşdur.
Peyğəmbərin hicrəti islam və müsəlmanlar üçün ciddi dəyişiklik yaradıb, onun
ilkin islam hökumətinin bərqərar etməsinə zəminə yaratdı. Sonra isə
müsəlmanların mübarizə və fədakarlığı ilə islamın izzət və əzəməti gün-gündən
artdı və beləliklə, hicrət müsəlmanların tarix başlanğıcı hesab olundu. Bu elə
bir hicrət idi ki, islam hökumətinin möhkəm sütunlarını bərpa etdi və onun
vasitəsi ilə islam ayaq tutub yeriməyə başladı.
MƏKKƏDƏN MƏDİNƏYƏ HİCRƏT
Lakin,
islam tarixində bir hicrətlə də rastlaşırıq ki, Mədinədən Məkkəyə olmuşdur.
Böyük bir hicrət ki, onun əsası islam dini və Peyğəmbərin ali məqsədlərini
qorumaq idi. Qanlı-qadalı bir hicrət ki, imam Hüseyn (ə) öz Əhli-beyti və
yoldaşları ilə dini heysiyyət və Peyğəmbərin zəhmətinin nəticələrini qorumaq
üçün başladı.
Həzrət
Mədinədən çıxarkən qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsində öz
hicrətinin məqsədini belə bəyan edir.
«Mən
istirahət və rahatlıq, zülm və ədalətsizlik, təkəbbür və ya fəsad xatirinə
Mədinədən çıxmıram. Mənim məqsədim cəddim Peyğəmbər ümmətini islah etməkdir. Mən
istəyirəm yaxşılıqa də`vət edib pislikdən çəkindirəm, babam Peyğəmbər və atam
Əli ibni Əbi Talibin yolu ilə gedəm.»
GECƏ
KARVANI
Hicrətin 60-cı ili, Şə`ban ayının üçüdür. Qaranlıq öz kölgəsini Peyğəmbər şəhəri
Mədinəyə salmışdır. Gecə qaranlığı, zülm və istibdad qaranlığı, cəhalət və
nadanlıq qaranlığı. İmam qaranlıqları sevməz. Bu gecə imam Hüseyn (ə) onları
nura çevirmək niyyətindədir.
Mədinə
daha Hüseynin (ə) yeri deyil. Mədinədə qalmaq məhv olmaq, islam düşüncəsinin,
Peyğəmbər və Əli zəhmətlərinin əldən çıxması deməkdir. İmam isə din
keşikçisidir. Bu səbəbdən buradan getmək, hicrət etməkdən başqa çıxış yolu
görmür. Gecənin qaranlığında düşmənlərin gözündən uzaq, camaatın xəbəri olmadan.
O, elə
bir şəhərlə vidalaşmalı idi ki, yaxın keçmişində əziz babasının şanlı hökumət
mərkəzi, vəhy əmanətçisi Cəbrəilin və Qur`anın nazil olduğu yer olmuşdur. O
Mədinə ki, 56 il qabaq, yə`ni Hicrətin 4-cü ilində orada dünyaya gəlmiş və
mələklər onun bələyindən təbərrük etmişdilər. O Mədinə ki, illərlə orada ona
xüsusi əzəmət və gözəllik bəxş etmişdi.
O
dövrdən çox keçirdi. Xalq Əhli-beytin əzəmətini Peyğəmbərin onlarla rəftarında
müşahidə etmişdi. Peyğəmbərin öz qızı Fatimənin əlini necə öpdüyünü, balaca
Hüseyni qucağına alıb öpərək öz çiyinlərinə çıxardığını hələ unutmamışdılar. Elə
həmən bu Mədinədə Təthir ayəsi nazil oldu:
«İnnəma yuridullahu liyuzhibə ənkumur-ricsə əhləl bəyti və yutəhhirəkum
təthirən».
Həmən
Mədinədə ki, Əhli-beytin əzəmət və isarı «Həl-əta» surəsi nazil oldu. Həmin
Mədinədə idi ki, Peyğəmbər dəfələrlə Əhli-beyt barəsində xalqa tövsiyə etmiş,
onların itaət və yoldaşlığını vacib buyurmuşdu. Elə həmin Mədinədə Peyğəmbər
buyurdu:
«Əl
Həsənu vəl Huseynu seyyida şəbabi əhlil cənnəti».
Həsən
və Hüseyn behişt cavanlarının ağalarıdır. Həmin Mədinədə Peyğəmbər buyurdu:
«Əhəbəllahu mən əhəbbə Huseynən».
“Hüseyni sevəni Allah sevər.”
Bu gün
isə Hüseynin Mədinədə qalmağa yeri yoxdur. Mədinənin qapı-pəncərələri, küçə və
dalanları, yeri, göyü və hətta daşları da ağlayaraq onun karvanını yola salırdı.
Onların hamısı onun babası, atası, anası, qardaşı, özü və ailəsindən yalnız lütf
və mərhəmət görüblər.
İmam
Hüseyn (ə) Allah kəlamını züm-zümə edərək, Musa peyğəmbər, Fir`onun zülmündən
qurtarmaq üçün Məkkəyə tərəf hərəkət edərkən oxuduğu sözlərdən ibarət olan ayəni
oxuya-oxuya babası Peyğəmbər (s) və anası Fatimənin (ə) məqbərəsi ilə vidalaşıb
öz hicrətinə başladı.
HÜSEYNLƏ YANAŞI
Tarix
Seyyidüş-şühədanın Mədinədən Məkkəyə hərəkatı barəsində bizə müxtəlif
mə`lumatlar çatdırmışdır. Tarix müxtəlif insanların ürəkyananlığı, o həzrəti
Mədinədən çıxmaq fikrindən daşındırmaq cəhdələri, əmin-amanlı yerlərə sığınmaq
təklifləri və nəhayət qohumların, xüsusilə imamla ailə və qohumluq əlaqəsi olan
ağlama, nalə və şivələrini gözəl surətdə bəyan etmişdir.
Zeynəb
imamət məqamını tanıdığından yaxşı bilir ki, mə`sum imam öz şəxsi iradə və
istəyinə uyğun deyil, ilahi vəzifəsinə əsasən iş görüb, hər hansı bir fikrə
gəlir. Buna görə də tarixdə onun haqqında imam Hüseyn (ə)-ı ilahi işindən
saxlamaq üçün heç bir təklif görülmür. O, bu işdə öz imamına müti və təsəllidir.
Zeynəb
Mədinədən Kərbəlaya qədər imam Hüseyn (ə)-ın yanında olmuşdur. O, bu səfəri öz
izdivacından qabaq duymuş və öz nikahında imam Hüseyn (ə)-la birgə olmağı şərt
etmişdi. İndi isə, bu şərtdən istifadə etməyin vaxtı çatmışdı.
Yaşı
50-ni ötmüş, oğul-uşaq, ailə sahibi olmuş bir qadın üçün belə bir qəm karvanını
müşayiət etmək, ruhi və cismi çətinliklər, ağır təhlükələrlə rastlaşmaq nə qədər
çətin olsa da, zamanın imamına və Hüseyn kimi əziz qardaşına olan sonsuz eşq və
dərin məhəbbət bütün bunları həzrəti Zeynəb (s)-a olduqca asan etmişdi.
O,
bilirdi ki, Hüseyn (ə) Allahın höccəti, Peyğəmbər canişini, onun və zamanın
bütün insanlarının imamıdır.
Onunla
yoldaşlıq etmək həqiqətdə insani fəzilətlə yoldaşlıq etmək, əbədi səadətə çatmaq
deməkdir. Zeynəb, elə bunun üçün də özünü hər növ müsibətə hazır edib, müqəddəs
məqsəd üçün ev, ailə və ümumiyyətlə həyatdan imtina etməyə hazırlaşıb, Allah
eşqi ilə dolu bir qəlb və polad iradə ilə insaniyyətin əzəmətini özü ilə aparan
bir yola qədəm qoyur.
KARVANDA MƏS`ULİYYƏT
Zeynəb
karvan böyüklərindəndir və onun idarə olunmasında mühüm məs`uliyyəti var. O,
bütün hərəkət və qəmli səhnələrdə özünəməxsus vüqar və əzəməti ilə iştirak edir.
Zeynəb
bütün çətinlik və müsibətlərdə özünü qardaşı Hüseynə şərik bilir. O, Zəhra
yadigarıdır və elə bil, anasının əvəzinə Hüseyn və övladlarına gözlənilən
müsibət və bəlalara hazır olur.
Doğrudan da onu Seyyidüş-şühəda hərəkatının ən böyük himayəçisi hesab etmək
olar. O, bu işini imamla birgə və çiyin-çiyinə başlayıb iradə və təmkinliklə
yerinə yetirirdi.
Tarixdə bə`zi hərəkat, yol və səhnələrdə adının qeyd olunmasına baxmayaraq,
cür`ətlə demək olar ki, Zeynəb onların hamısında fəal surətdə iştirak etmişdir.
Karvanı idarə etməkdə onun imamla yaxın əlaqəsi, onunla fikri, ruhi və mə`nəvi
əlaqəsi və öhdəsinə qoyulmuş böyük məs`uliyyət bu həqiqətə əyani sübutdur.
O,
Əhli-beyt və imam dostlarının qadın və uşaqlarının böyüyü idi. Tasua günü və
ondan qabaqkı günlər baş verən hadisələr, imam Hüseyn (ə)-ın Zeynəblə söhbəti,
onun bacısına Əhli-beyti himayə barəsində olan tövsiyələri açıq-aşkar onun
karvanda olan məs`uliyyətini göstərir.
Zeynəb
imam Hüseyn (ə) sirlərinin məhrəmi və əmanətdarı idi, gərək qardaşının onun
boynuna qoyduğu əmanət yükünü məqsədə çatdıraydı.
MƏKKƏYƏ GİRİŞİ
Karvan
Məkkəyə yetişdi və imam Hüseyn (ə)-ın neçə günlük səfəri Mədinədən Məkkəyə
çatmaqla sona çatdı. Seyyidüş-şühəda şəhərə daxil olanda Qur`andan bir ayə
oxudu: Bu ayə həzrət Musanın Mədinəyə daxil olarkən dediyi sözlər idi:
«Vələmma təvəccəhə tilqaə mədyənə qalə əsa rəbbi ənyəhdiyəni səvaəs-səbil».
Məkkə
imam Hüseyn (ə) üçün münasib mövqeyə malik idi. İmam (ə) orada qaldığı müddətdə
Məkkə xalqının müxtəlif təbəqələri, həmçinin ətrafdan gəlmiş hacılarla görüşə
bildi.
İmam
Hüseyn (ə)-ın Məkkədə qalmasından qırx gündən artıq vaxt keçirdi. Bu müddət
ərzində Kufə şiələrindən saysız məktublar çatırdı. Onlar öz məktublarında əməvi
hökuməti ilə mübarizə aparacaqlarını e`lan edir və imam Hüseyn (ə)-ın hökumət və
rəhbərliyini qəbul etdiklərini bildirirdilər.
MÜSLÜM İBNİ ƏQİLƏ TAPŞIRIQ
İmam
Hüseyn (ə) kufəlilər tərəfindən gələn və imamı himayə etmələrini bildirən
məktublar selinə cavab olaraq bir məktub yazıb buyurdu: «Mən qardaşım, əmim oğlu
və bizim xanədanın e`timad etdiyi Müslüm ibni Əqili göndərirəm. Əgər
iddialarınızın doğruluğu barəsində xəbər göndərsə və sizin yazdığınız kimi
olduğunuzu bildirsə yanınıza gələcəyəm.»
İmamın
rəsmi nümayəndəsi, Müslüm ibni Əqil mübarək Ramazan ayının ortası Məkkədən çıxıb
Şəvvalın 5-də Kufəyə daxil oldu. Kufədə imam Hüseyn (ə)-ın nümayəndəsi misilsiz
tərzdə qarşılandı və 18000 nəfər Müslümün vasitəsi ilə İmama bey`ət etdilər.
Müslüm onların himayəsinə əmin olandan sonra İmama bir məktub yazıb, Həzrəti
Kufəyə də`vət etdi.
HƏRƏKAT QƏSDİ
Müslüm
ibni Əqilin məktubu Məkkədə imam Hüseyn (ə)-a yetişdi. O həzrətin Məkkədə
qalmasından 4 aydan artıq vaxt keçirdi. Həcc mərasimi günləri çatmışdı. Məktubun
həcc mərasiminə təsadüf etməsi İmamın həcc əməllərindən sonra Kufəyə getməsinə
səbəb oldu. Bu səbəbdən imam ehram libası geyinir və möhrim olur. Sonra bilirlər
ki, Yezidin muzdur mə`murlarından bir qurupu həcc əməlini yerinə yetirmək adı
altında Məkkəyə gəlirlər ki, İmamı tutub Yezidin yanına aparsınlar və ya
öldürsünlər. Buna görə də Həzrət Allah evinin hörmətini qorumaq üçün həcci
ümrəyə çevirib ehramdan xaric olur və elə həmin gün qərara gəlir ki, Məkkədən
Kufəyə hərəkət etsin.
MÜSLÜMÜN QİYAMI VƏ İMAMIN HƏRƏKATI
İbni
Ziyadın Kufədə yaratdığı qorxu və vəhşət və kufəlilərin vəfasızlığı səbəb oldu
ki, Müslüm ibni Əqil ilə bey`ət edib İmamı himayə etmək istəyən Kufə əhli ani
olaraq öz sözlərini geri götürüb, İmamın nümayəndəsini tək qoysunlar.
Beləliklə, neçə gün bundan əvvəl 18000 çox adamı olan Müslüm tək-tənha qalıb
İbni Ziyad əskərləri tərəfindən qətlə yetirildi.
Kufə
əhlinin vəfasızılığı və Müslümün qətli zamını, yə`ni 60-cı il Zilhiccə ayının
səkkizi imam Hüseyn (ə)-da Məkkədən çıxdı. O vaxtacan Kufə əhlinin vəfasızlığı
barəsində İmama heç bir mə`lumat çatmamışdı. Odur ki, Həzrət kufəlilərin rəsmi
də`vətinə və Müslümün məktubuna əsasən İraqa tərəf yola düşdü.
ÜMUMİ DƏ`VƏT
İmam
(ə) Məkkədən çıxan zaman bir xütbə oxuyub orada bə`zi gələcək hadisələri
təkrarlayaraq özünün şəhadətə olan eşqini izhar etdi. Sonda isə, bir cümlə ilə
Əhli-beyt yolunda şəhadət aşiqləri və Allah görüşünə nail olmaq istəyənlərə öz
ümumi də`vətini bildirdi:
«Həmd
Allah üçündür. Allah istədiyi olacaqdır və onun iradəsindən başqa heç bir qüvvə
hökm edə bilməz. Allahın salamı olsun Onun Rəsuluna».
Boyunbağı qızlara yaraşdığı kimi, ölüm də insanlar üçün lazımdır. Yə`qubun
Yusifi görməyə eşqi nə qədər idisə, mənim də ata-babalarımı görməyə eşqim o
qədərdir. Mənim üçün bir qətligah tə`yin olunub və elə bil, öz gözlərimlə
görürəm ki, çölün vəhşiləri (Kufə ordusu) nəvavis və Kərbəla arasında mənim
bədən üzvlərimi tikə-tikə doğrayıb öz ac qarınlarını doyururlar. Qəza və qədər
qələmi ilə yazılan bir işdən çarə və çıxış yolu yoxdur. Allahın razı olduğu hər
bir şeyə biz də razıyıq. Bəla və imtahan qarşısında səbr edib dözərik. Allah
səbr edənlərə və`d etdiyi əcri bizə əta edəcəkdir. Peyğəmbərlə onun övladları
arasında heç vaxt ayrılıq düşməyəcək. Səfalı behiştdə onun yanında olacaqlar.
çünki, (dünyada) onun şadlığına səbəb olublar və onun vədəsi də (Allah
hökmətinin bərpası) onların vasitəsi ilə həyata keçəcəkdir.
Bilin
ki, mən sabah sübh hərəkət edəcəyəm – İnşəallah. Sizlərdən bizim yolumuzda öz
qanından keçməyə və canını Allah görüşü və şəhadət yolunda qurban verməyə hazır
olan hər bir kimsə bizimlə səfərə hazırlaşsın.
ƏBDULLAH İBNİ CƏ`FƏRİN MƏKTUBU
İmam
Hüseyn (ə)-ın Məkkədən Kufəyə getməsi xəbəri sür`ətlə hər yerə yayıldı. çünki,
Hüseyn müsəlmanlar üçün adi bir adam və hərəkət günü də – Zilhiccənin səkkizi -
adi bir gün deyildi ki, İmam Məkkədən çıxsın.
İmam
bu hərəkəti ilə hamını düşündürürdü ki, niyə peyğəmbər övladı həcc əməlini sona
çatdırmadan Məkkəni tərk etsin. Bu iş Məkkədə olan və İmamın hərəkətini eşidən
bütün müsəlmanların marağını artırdı. Bununla da Əməvi hökumət başçılarının
rüsvayçılığı və müsəlmanların imamı gözləyən təhlükələr sarıdan nigarançılığına
bais oldu.
İmamın
Məkkədən hicrət səbəbini eşitməklə bə`ziləri xeyirxahlıq və nəsihət məqsədi ilə
İmamı Kufəyə sarı başladığı hərəkətdən saxlamaq istədilər. Seyyidüş-şühədanın
getmək xəbərini eşitməklə, onu bu fikirdən daşındırmaq üçün məktub yazanlardan
biri də Əbdullah ibni Cə`fər, İmamın əmisi oğlu həzrət Zeynəbin əri idi. O, öz
məktubunda məhəbbət və canıyananlıqla İmamın gələcəyindən narahat olduğunu
bildirməklə yanaşı, xahiş etdi ki, həzrət bu fikirdən daşınsın. O, öz məktubunu
Oun və Məhəmməd adlı iki oğlu vasitəsilə imama təqdim etdi və sonda əlavə etdi
ki, məktubdan sonra özüm də sənə yetişəcəyəm.
ACI
XƏBƏR
Hüseyn
(ə) karvanı Məkkədən İraqa tərəf hərəkətdədir. Aram-aram Məkkədən uzaqlaşıb
İraqa yaxınlaşır. Yol boyu müxtəlif hadisələr baş verir. İmam bə`zi
dayanacaqlarda müsəlmanları onlara qoşulmağa çağırır.
Züheyr
ibni Qin kimi bə`ziləri vəfalı və mö`min həyat yoldaşının təşviqi ilə imamın
də`vətinə ləbbeyk deyir. Bə`ziləri isə əsassız dəlillərlə əbədi səadətdən məhrum
qalırdılar.
Karvan
əhli gecə vaxtı Sə`ləbiyyə adlı bir yerə çatdılar. Yoldan təzə yetişmiş və mühüm
xəbərləri olan iki Əhli-beyt dostu İmamın görüşünə tələsirlər.
Onlar:
Bu xəbəri aşkar, hamının yanında deyək, ya məxfi və xüsusi?
Həzrət
o iki nəfərə və öz dostlarına baxıb buyurdu: Mən dostlarımdan bir şey
gizlətmirəm. Bizim aramızda sirr yoxdur.
Bizə
doğru və mö`təbər bir xəbər çatıb ki, Müslüm və Hanini Kufədə qətlə yetirib,
bədənlərini bazarda yerlə sürüyüblər.
Həzərt
bu xəbəri eşidən kimi neçə dəfə buyurdu:
«İnna lilla və inna iləyhi raciun».
«Allah onlara rəhmət etsin» Sonra ağlayıb özləri və işləri üçün
dua etdi. Daha sonra isə buyurdu: “Hər kəs istəsə bizdən ayrılsın. Azaddır və
heç bir məs`uliyyəti də yoxdur”. Bu sözdən sonra bir dəstə həzrətin dövrəsindən
dağıldı və İmam Məkkədən onunla gələn bir dəstənin arasında qaldı. Bu imam
Hüseyn (ə)-ın Kərbəlaya hərəkəti yolunda onun dostlarından alınan ilk imtahan
idi ki, iman və sədaqətlə həzrətlə yoldaşlıq edənlər dünya tamahı, məqam və
rəyasət istəyi ilə ona qoşulanlardan ayrıldılar.
ZEYNƏB NƏ EŞİTDİ?
İmam Hüseyn (ə)-ın İraqa tərəf hərəkəti yolunda tarixin Zeynəblə
bağlı nəql etdiyi ilk macəra «Xüzeyriyyə» adlı bir mənzilə aiddir. İmam bir gecə
və gündüz burada qaldı.
Bir səhər Zeynəb imamın xidmətinə yetişib dedi: «Qardaşım, dünən
eşitdiyim bir sözü sənə söyləyimmi?» İmam buyurdu: «nə söz?» Zeynəb dedi: Dünən
gecə xeymədən çıxdım. Eşitdim ki, qeybdən səda gəlir və deyir: «Ey göz, sə`y et,
çox ağla! Kimdir ki, gələcəkdə şəhidlərə, ölümün izlədiyi kəslərə, əhdinə vəfa
edənlərə ağlasın?»
İmam bu sözləri eşidib buyurdu: «Bacı, Allahın hökm verdiyi və öz
qəzasında yazdığı olacaqdır.»
Bu hadisə həzrət Zeynəbin öz qardaşı ilə sirdaş və həmdəm
olduğunu göstərir.
KƏRBƏLA VƏ ƏBƏDİYYƏT
«Kərbəla» şiə lüğətnaməsində çox işlənən sözlərdəndir. Bir
müsəlman tapmaq olmaz ki, Kərbəla adını eşitməmiş olsun. çünki, Kərbəla islam və
Qur`anla, izzət və cihadla və bütün yaxşılıqlarla sıx bağlıdır.
Axı Kərbəlaya biganə olan kəs, könlünü nəyə verəcəkdir?
Müsəlmanlıq, Peyğəmbər və Əhli-beyt ilə dostluq iddiası edən bir insan Kərbəla
səhnələri ilə tanış olmaya bilərmi?
Əgər bu gün dünyada xalis tohid parlayır və Kə`bə, Allah və islam
eşqi ilə dolu qəlblərin təvaf yeridirsə, heç şübhəsiz ki, bunlar Peyğəmbərin
üzücü zəhmətləri hesabına başa gəlmişdir. Amma bu da şübhəsizdir ki, əgər Hüseyn
(ə)-ın qiyamı olmasaydı, bu gün o zəhmətlərdən heç bir əsər-əlamət qalmazdı.
Məgər bu qiyam Peyğəmbər dinini diriltmək və islami dəyərləri qorumaq üçün
deyildimi ki, Allah Rəsulunun yerində Müaviyə və Yezid kimi murdar iddiaçılar
oturmuşdular?
Kərbəla vaqiyəsi imamın həyatının yalnız son günlərini təşkil
etməsinə baxmayaraq, bu günlərin əzəmət və cəlalı bəşər tarixinin o dahi
simasının bütün həyatını üstələmiş və Hüseyn adını həmişə Kərbəla adı ilə yoldaş
etmişdir. Elə bil, imamın bütün həyatı bu dövrdə xülasə olmuşdur. Bu orada,
Zeynəbin adı da qardaşı Hüseynin adı kimi Kərbəla ilə yanaşı çəkilir.
Zeynəbin Kərbəlaya daxil olması ilə onun həyat tarixi də
əbədiyyətə qovuşdu. Harada Hüseyn var, Kərbəla var, orada Zeynəb də var. Kərbəla
tarixi həm də Zeynəb tarixi deməkdir.
Bu əzəmət və cəlal Zeynəbin Kərbəladakı və Aşuradkı sonrakı həyat
tarixinin onun həyatının başqa dövrlərindən daha aydın səbt olunmasına səbəb
olub.
KƏRBƏLAYA GİRİŞ
İmamın karvanı Mədinədən çıxandan 5 ay sonra – 61-ci ilin
Məhərrəm ayının ikisində Kərbəlaya daxil oldu.
İmam bu yerə girən kimi onun adını soruşdu. Cavab verib buranın
Kərbəla olduğunu söylədilər. İmam Kərbəla sözünü eşidib ağladı və dua etdi: «İlahi,
Sənə kərb (qəm) və bəladan pənah aparıram.» Sonra buyurdu: «Enin. Bura xeymə
mənzillərimizin yeridir. Bu xəbərləri babam Peyğəmbər mənə buyurub:»
Rahat olun mənziliniz kərbəla
Hər qarışı könlünüzə aşına.
Zeynəb Kərbəlaya daxil olur. O, bilir ki, bura onun qardaşı ilə
olacağı son mənzildir. Elə o səbəbdən də, imamın şəhadətinə qədər ondan bir an
da ayrılmır.
ZƏRURƏTİN SÜBUTU
İmam Mədinədən çıxarkən Bəni-haşimə yazdığı müxtəsər məktubdan
əlavə müxtəlif yerlərdə özünün və yoldaşlarının şəhadətindən rəsmi surətdə bir
başa xəbər vermişdi: Kim mənimlə olsa şəhadətə yetişəcək və mənə qoşulmasa
müvəffəq olmayacaqdır. Bu yerlərdən biri də Kərbəlaya daxil olan zaman idi.
Həzrət onunla çoxlu mərhələlər keçən, həyat eşqi və isar vadisinə
çatan yoldaşlarına zərurəti sübut etmək üçün öz yol və məqsədini bəyan edir.
Tarix göstərir ki, imamla birgə Kərbəlaya qədəm qoyan şəxslərdən heç biri imamı
tərk etməmişdir.
Bəli, Allah eşqi və Əhli-beyt vilayəti ilə gələnlər axıra qədər
qaldılar ki, özlərinin ən yaxşı varlarını əbədi və gözəl məqsədə qurban edib
adlarını tarixin qızıl hərflərlə qeyd etdiyi Hüseyn və Kərbəla adları ilə yanaşı
yazdırsınlar. özünü qardaşına və onun yoluna qurban demiş Zeynəbin çiynində bu
vəzifədən ağır bir yük vardır və onun nəticəyə çatmağına qədər o yolda olacaqdır.