DataLife Engine > Islam > Zeyneb 2
Zeyneb 26 ôåâðàëÿ 2007. Ðàçìåñòèë: Ismail |
İKİNCİ FƏSİLŞƏHADƏT KARVANINDAŞəhadət karvanında Yezid hökumətinin başlanması İmamın Yezidin qarşısında mövqeyi Hicrət Məkkədən Mədinəyə hicrət Gecə karvanı Hüseynlə yanaşı Karvanda məs`uliyyət Məkkəyə giriş Müslim ibni Əqilə tapşırıq Hərəkat qəsdi Müslümün qiyamı və İmamın hərəkatı Ümumi də`vət Əbdullah ibni Cə`fərin məktubu Acı xəbər Zeynəb nə eşitdi? Kərbəla və əbədiyyət Kərbəlaya giriş Zərurətin sübutu Yezidlə bey`ət heç zaman! Düşmən qarşısında müqavimət Tasua günü Aşura gecəsində Zeynəb şəfqəti Zeynəb Bəni-haşim müdriki Zeynəbi üzən xəbər Seyyidüş-şühəda müsibətinin əzəməti İmamın Zeynəbə tövsiyələri Zeynəbdən öyrəniləsi dərs Gecənin qaranlığında Zeynəbin İmamla söhbəti Sübh açılır Eşq namazı İmamın sözü Həzrət Zeynəb həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (ə) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Həzrət Zeynəbin təvəllüddən imam Hüseynin (ə) hərəkatına qədərki həyatının tarixdə qeyd olunmasına baxmayaraq, bu dövrə aid olan bə`zi nöqtələr qaranlıq qalmışdır. Lakin onun həyatının son illəri, yə`ni imam Hüseynlə (ə) birgə mübarizədən sonrakı dövr aydın surətdə qeyd olunmuş, özünə məxsus əzəmət və cəlalı ilə nəzərə çarpmışdır. Sanki, imam Hüseynin (ə) qiyamını Zeynəbsiz və Zeynəbi qiyamsız təsəvvür etmək mümkün deyil. çünki, imam Hüseyn (ə) qiyamının hər tərəfli təhlili üçün Zeynəbi öyrənmək lazımdır və əgər belə demək mümkünsə, Zeynəb Seyyidüş-şühəda hərəkatının canlı tarixi, ölməz natiqidir. Zeynəb Kərbəla tarixi ilə hərəkətdədir və bu tarixin bütün hadisələrinin Zeynəblə sıx əlaqəsi vardır. Bu səbəbdən Zeynəbin həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil. Zeynəb imam Hüseyn (ə) hərəkatının bütün səhnələrində nəzərə çarpır. Bu əsasla demək olar ki, Kərbəla hadisəsi imam Hüseyn (ə) həyatının böyük bir hissəsini təşkil etdiyi kimi, həzrət Zeynəb həyatının da izzət və əzəmətli dövrünə təsadüf edir. Həzrət Zeynəbin tarixinin Kərbəla tarixi ilə sıx bağlılığını nəzərə alaraq imam Hüseyn (ə)-ın əzəmətli və əbədi hərəkatının xülasəsini bəyan edir, Zeynəbin böyük vəzifəsi, habelə şücaət və fədakarlığı ilə daha yaxşı tanış oluruq: YEZİD HÖKUMƏTİNİN BAŞLANMASIMüaviyənin ölümü ilə onun 20 illik alçaq və rəzil hökuməti dövrü sona çatdı. O, bu 20 il ərzində xalqın ürəyinə elə qorxu və vəlvələ salmışdı ki, heç kim Peyğəmbər Əhli-beytindən danışmır, onları müdafiə edə bilmirdi. Onun hökuməti illərində şiələrin vəziyyəti olduqca ağır idi. Müaviyə ya onları öldürür, ya həbs edir və ya vətənlərindən didərgin salırdı. Həzrət Əli (ə) və Əhli-beytin fəzilətləri barəsində hədis deyənlərin tə`qib olunacağını isə rəsmi surətdə e`lan olunmuşdu. O, Əhli-beyt əleyhinə hər növ fitnə və fəsaddan istifadə edirdi. Onlara qarşı təbliğat və şayiələr elə bir həddə idi ki, Şam əhli həzrət Əli (ə)-ın namaz mehrabında şəhid olmasını eşidəndə təəccüblə soruşurdular: Məgər Əli namaz qılardı? Müaviyə bu mühiti oğlu Yezidin hakimiyyətə gəlməsi üçün hazırlamışdı. Heç kəsin onun qarşısında e`tiraz etmək iqtidarında olmadığını oğluna söyləmiş, yalnız imam Hüseyn (ə) tərəfindən təhlükə gözlədiyini ona xatırlatmışdı. Yezid belə bir vəziyyətdə hökumətə çatdı və ilk növbədə atasının hökumət nümayəndəsinə məktub yazıb imam Hüseyndən onun üçün bey`ət almasını əmr etdi. İMAMIN YEZİD QARŞISINDA MÖVQEYİİmam Hüseyn (ə) bilirdi ki, xalqın Əhli-beytə meyli var və onun Yezidlə bey`əti bütün müsəlmanların onunla bey`əti deməkdir. İmam (ə) Yezid hökumətini qeyri-şər`i və fasiq bilirdi. Bunun üçün də Mədinə hakiminə cavabında buyurdu: Biz kəramət Əhli-beyti və risalət xəzinəsiyik... Mən babam Rəsulullahdan eşitdim ki, buyurdu: «Əbu Süfyan övladlarına xilafət haramdır,» belə olan halda mən bu sülalə ilə necə bey`ət edə bilərəm. Bu hadisədən sonra Mədinə hakimi Yezidə cavabında yazdı: Hüseyn ibni Əli səni xilafətə layiq bilmir və səninlə bey`ət etmək fikri də yoxdur. Əmrin nədir? Yezid cavab yazdı ki, məktubu alan kimi dərhal mənim müvafiq və müxaliflərimi müəyyən edib, Hüseyn ibni Əlinin başı ilə birgə mənə göndər. HİCRƏTHicrət kəlməsi gözəl bir ifadə olub, Qur`anda “iman” və “cihad” kəlməsi ilə yanaşı işlənilmişdir. Əgər İslamın tərəqqi amillərindən biri də həmin hicrət olub desək yanılmarıq. Peyğəmbərin təklifi ilə bə`zi müsəlmanların Məkkədən Həbəşəyə və Peyğəmbər və müsəlmanların Məkkədən Mədinəyə ümumi hicrəti çoxlu əsər və bərəkətlərin mənşəyi olmuşdur. Peyğəmbərin hicrəti islam və müsəlmanlar üçün ciddi dəyişiklik yaradıb, onun ilkin islam hökumətinin bərqərar etməsinə zəminə yaratdı. Sonra isə müsəlmanların mübarizə və fədakarlığı ilə islamın izzət və əzəməti gün-gündən artdı və beləliklə, hicrət müsəlmanların tarix başlanğıcı hesab olundu. Bu elə bir hicrət idi ki, islam hökumətinin möhkəm sütunlarını bərpa etdi və onun vasitəsi ilə islam ayaq tutub yeriməyə başladı. MƏKKƏDƏN MƏDİNƏYƏ HİCRƏTLakin, islam tarixində bir hicrətlə də rastlaşırıq ki, Mədinədən Məkkəyə olmuşdur. Böyük bir hicrət ki, onun əsası islam dini və Peyğəmbərin ali məqsədlərini qorumaq idi. Qanlı-qadalı bir hicrət ki, imam Hüseyn (ə) öz Əhli-beyti və yoldaşları ilə dini heysiyyət və Peyğəmbərin zəhmətinin nəticələrini qorumaq üçün başladı. Həzrət Mədinədən çıxarkən qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsində öz hicrətinin məqsədini belə bəyan edir. «Mən istirahət və rahatlıq, zülm və ədalətsizlik, təkəbbür və ya fəsad xatirinə Mədinədən çıxmıram. Mənim məqsədim cəddim Peyğəmbər ümmətini islah etməkdir. Mən istəyirəm yaxşılıqa də`vət edib pislikdən çəkindirəm, babam Peyğəmbər və atam Əli ibni Əbi Talibin yolu ilə gedəm.» GECƏ KARVANIHicrətin 60-cı ili, Şə`ban ayının üçüdür. Qaranlıq öz kölgəsini Peyğəmbər şəhəri Mədinəyə salmışdır. Gecə qaranlığı, zülm və istibdad qaranlığı, cəhalət və nadanlıq qaranlığı. İmam qaranlıqları sevməz. Bu gecə imam Hüseyn (ə) onları nura çevirmək niyyətindədir. Mədinə daha Hüseynin (ə) yeri deyil. Mədinədə qalmaq məhv olmaq, islam düşüncəsinin, Peyğəmbər və Əli zəhmətlərinin əldən çıxması deməkdir. İmam isə din keşikçisidir. Bu səbəbdən buradan getmək, hicrət etməkdən başqa çıxış yolu görmür. Gecənin qaranlığında düşmənlərin gözündən uzaq, camaatın xəbəri olmadan. O, elə bir şəhərlə vidalaşmalı idi ki, yaxın keçmişində əziz babasının şanlı hökumət mərkəzi, vəhy əmanətçisi Cəbrəilin və Qur`anın nazil olduğu yer olmuşdur. O Mədinə ki, 56 il qabaq, yə`ni Hicrətin 4-cü ilində orada dünyaya gəlmiş və mələklər onun bələyindən təbərrük etmişdilər. O Mədinə ki, illərlə orada ona xüsusi əzəmət və gözəllik bəxş etmişdi. O dövrdən çox keçirdi. Xalq Əhli-beytin əzəmətini Peyğəmbərin onlarla rəftarında müşahidə etmişdi. Peyğəmbərin öz qızı Fatimənin əlini necə öpdüyünü, balaca Hüseyni qucağına alıb öpərək öz çiyinlərinə çıxardığını hələ unutmamışdılar. Elə həmən bu Mədinədə Təthir ayəsi nazil oldu: «İnnəma yuridullahu liyuzhibə ənkumur-ricsə əhləl bəyti və yutəhhirəkum təthirən». Həmən Mədinədə ki, Əhli-beytin əzəmət və isarı «Həl-əta» surəsi nazil oldu. Həmin Mədinədə idi ki, Peyğəmbər dəfələrlə Əhli-beyt barəsində xalqa tövsiyə etmiş, onların itaət və yoldaşlığını vacib buyurmuşdu. Elə həmin Mədinədə Peyğəmbər buyurdu: «Əl Həsənu vəl Huseynu seyyida şəbabi əhlil cənnəti». Həsən və Hüseyn behişt cavanlarının ağalarıdır. Həmin Mədinədə Peyğəmbər buyurdu: «Əhəbəllahu mən əhəbbə Huseynən». “Hüseyni sevəni Allah sevər.” Bu gün isə Hüseynin Mədinədə qalmağa yeri yoxdur. Mədinənin qapı-pəncərələri, küçə və dalanları, yeri, göyü və hətta daşları da ağlayaraq onun karvanını yola salırdı. Onların hamısı onun babası, atası, anası, qardaşı, özü və ailəsindən yalnız lütf və mərhəmət görüblər. İmam Hüseyn (ə) Allah kəlamını züm-zümə edərək, Musa peyğəmbər, Fir`onun zülmündən qurtarmaq üçün Məkkəyə tərəf hərəkət edərkən oxuduğu sözlərdən ibarət olan ayəni oxuya-oxuya babası Peyğəmbər (s) və anası Fatimənin (ə) məqbərəsi ilə vidalaşıb öz hicrətinə başladı. HÜSEYNLƏ YANAŞITarix Seyyidüş-şühədanın Mədinədən Məkkəyə hərəkatı barəsində bizə müxtəlif mə`lumatlar çatdırmışdır. Tarix müxtəlif insanların ürəkyananlığı, o həzrəti Mədinədən çıxmaq fikrindən daşındırmaq cəhdələri, əmin-amanlı yerlərə sığınmaq təklifləri və nəhayət qohumların, xüsusilə imamla ailə və qohumluq əlaqəsi olan ağlama, nalə və şivələrini gözəl surətdə bəyan etmişdir. Zeynəb imamət məqamını tanıdığından yaxşı bilir ki, mə`sum imam öz şəxsi iradə və istəyinə uyğun deyil, ilahi vəzifəsinə əsasən iş görüb, hər hansı bir fikrə gəlir. Buna görə də tarixdə onun haqqında imam Hüseyn (ə)-ı ilahi işindən saxlamaq üçün heç bir təklif görülmür. O, bu işdə öz imamına müti və təsəllidir. Zeynəb Mədinədən Kərbəlaya qədər imam Hüseyn (ə)-ın yanında olmuşdur. O, bu səfəri öz izdivacından qabaq duymuş və öz nikahında imam Hüseyn (ə)-la birgə olmağı şərt etmişdi. İndi isə, bu şərtdən istifadə etməyin vaxtı çatmışdı. Yaşı 50-ni ötmüş, oğul-uşaq, ailə sahibi olmuş bir qadın üçün belə bir qəm karvanını müşayiət etmək, ruhi və cismi çətinliklər, ağır təhlükələrlə rastlaşmaq nə qədər çətin olsa da, zamanın imamına və Hüseyn kimi əziz qardaşına olan sonsuz eşq və dərin məhəbbət bütün bunları həzrəti Zeynəb (s)-a olduqca asan etmişdi. O, bilirdi ki, Hüseyn (ə) Allahın höccəti, Peyğəmbər canişini, onun və zamanın bütün insanlarının imamıdır. Onunla yoldaşlıq etmək həqiqətdə insani fəzilətlə yoldaşlıq etmək, əbədi səadətə çatmaq deməkdir. Zeynəb, elə bunun üçün də özünü hər növ müsibətə hazır edib, müqəddəs məqsəd üçün ev, ailə və ümumiyyətlə həyatdan imtina etməyə hazırlaşıb, Allah eşqi ilə dolu bir qəlb və polad iradə ilə insaniyyətin əzəmətini özü ilə aparan bir yola qədəm qoyur. KARVANDA MƏS`ULİYYƏTZeynəb karvan böyüklərindəndir və onun idarə olunmasında mühüm məs`uliyyəti var. O, bütün hərəkət və qəmli səhnələrdə özünəməxsus vüqar və əzəməti ilə iştirak edir. Zeynəb bütün çətinlik və müsibətlərdə özünü qardaşı Hüseynə şərik bilir. O, Zəhra yadigarıdır və elə bil, anasının əvəzinə Hüseyn və övladlarına gözlənilən müsibət və bəlalara hazır olur. Doğrudan da onu Seyyidüş-şühəda hərəkatının ən böyük himayəçisi hesab etmək olar. O, bu işini imamla birgə və çiyin-çiyinə başlayıb iradə və təmkinliklə yerinə yetirirdi. Tarixdə bə`zi hərəkat, yol və səhnələrdə adının qeyd olunmasına baxmayaraq, cür`ətlə demək olar ki, Zeynəb onların hamısında fəal surətdə iştirak etmişdir. Karvanı idarə etməkdə onun imamla yaxın əlaqəsi, onunla fikri, ruhi və mə`nəvi əlaqəsi və öhdəsinə qoyulmuş böyük məs`uliyyət bu həqiqətə əyani sübutdur. O, Əhli-beyt və imam dostlarının qadın və uşaqlarının böyüyü idi. Tasua günü və ondan qabaqkı günlər baş verən hadisələr, imam Hüseyn (ə)-ın Zeynəblə söhbəti, onun bacısına Əhli-beyti himayə barəsində olan tövsiyələri açıq-aşkar onun karvanda olan məs`uliyyətini göstərir. Zeynəb imam Hüseyn (ə) sirlərinin məhrəmi və əmanətdarı idi, gərək qardaşının onun boynuna qoyduğu əmanət yükünü məqsədə çatdıraydı. MƏKKƏYƏ GİRİŞİKarvan Məkkəyə yetişdi və imam Hüseyn (ə)-ın neçə günlük səfəri Mədinədən Məkkəyə çatmaqla sona çatdı. Seyyidüş-şühəda şəhərə daxil olanda Qur`andan bir ayə oxudu: Bu ayə həzrət Musanın Mədinəyə daxil olarkən dediyi sözlər idi: «Vələmma təvəccəhə tilqaə mədyənə qalə əsa rəbbi ənyəhdiyəni səvaəs-səbil». Məkkə imam Hüseyn (ə) üçün münasib mövqeyə malik idi. İmam (ə) orada qaldığı müddətdə Məkkə xalqının müxtəlif təbəqələri, həmçinin ətrafdan gəlmiş hacılarla görüşə bildi. İmam Hüseyn (ə)-ın Məkkədə qalmasından qırx gündən artıq vaxt keçirdi. Bu müddət ərzində Kufə şiələrindən saysız məktublar çatırdı. Onlar öz məktublarında əməvi hökuməti ilə mübarizə aparacaqlarını e`lan edir və imam Hüseyn (ə)-ın hökumət və rəhbərliyini qəbul etdiklərini bildirirdilər. MÜSLÜM İBNİ ƏQİLƏ TAPŞIRIQİmam Hüseyn (ə) kufəlilər tərəfindən gələn və imamı himayə etmələrini bildirən məktublar selinə cavab olaraq bir məktub yazıb buyurdu: «Mən qardaşım, əmim oğlu və bizim xanədanın e`timad etdiyi Müslüm ibni Əqili göndərirəm. Əgər iddialarınızın doğruluğu barəsində xəbər göndərsə və sizin yazdığınız kimi olduğunuzu bildirsə yanınıza gələcəyəm.» İmamın rəsmi nümayəndəsi, Müslüm ibni Əqil mübarək Ramazan ayının ortası Məkkədən çıxıb Şəvvalın 5-də Kufəyə daxil oldu. Kufədə imam Hüseyn (ə)-ın nümayəndəsi misilsiz tərzdə qarşılandı və 18000 nəfər Müslümün vasitəsi ilə İmama bey`ət etdilər. Müslüm onların himayəsinə əmin olandan sonra İmama bir məktub yazıb, Həzrəti Kufəyə də`vət etdi. HƏRƏKAT QƏSDİMüslüm ibni Əqilin məktubu Məkkədə imam Hüseyn (ə)-a yetişdi. O həzrətin Məkkədə qalmasından 4 aydan artıq vaxt keçirdi. Həcc mərasimi günləri çatmışdı. Məktubun həcc mərasiminə təsadüf etməsi İmamın həcc əməllərindən sonra Kufəyə getməsinə səbəb oldu. Bu səbəbdən imam ehram libası geyinir və möhrim olur. Sonra bilirlər ki, Yezidin muzdur mə`murlarından bir qurupu həcc əməlini yerinə yetirmək adı altında Məkkəyə gəlirlər ki, İmamı tutub Yezidin yanına aparsınlar və ya öldürsünlər. Buna görə də Həzrət Allah evinin hörmətini qorumaq üçün həcci ümrəyə çevirib ehramdan xaric olur və elə həmin gün qərara gəlir ki, Məkkədən Kufəyə hərəkət etsin. MÜSLÜMÜN QİYAMI VƏ İMAMIN HƏRƏKATIİbni Ziyadın Kufədə yaratdığı qorxu və vəhşət və kufəlilərin vəfasızlığı səbəb oldu ki, Müslüm ibni Əqil ilə bey`ət edib İmamı himayə etmək istəyən Kufə əhli ani olaraq öz sözlərini geri götürüb, İmamın nümayəndəsini tək qoysunlar. Beləliklə, neçə gün bundan əvvəl 18000 çox adamı olan Müslüm tək-tənha qalıb İbni Ziyad əskərləri tərəfindən qətlə yetirildi. Kufə əhlinin vəfasızılığı və Müslümün qətli zamını, yə`ni 60-cı il Zilhiccə ayının səkkizi imam Hüseyn (ə)-da Məkkədən çıxdı. O vaxtacan Kufə əhlinin vəfasızlığı barəsində İmama heç bir mə`lumat çatmamışdı. Odur ki, Həzrət kufəlilərin rəsmi də`vətinə və Müslümün məktubuna əsasən İraqa tərəf yola düşdü. ÜMUMİ DƏ`VƏTİmam (ə) Məkkədən çıxan zaman bir xütbə oxuyub orada bə`zi gələcək hadisələri təkrarlayaraq özünün şəhadətə olan eşqini izhar etdi. Sonda isə, bir cümlə ilə Əhli-beyt yolunda şəhadət aşiqləri və Allah görüşünə nail olmaq istəyənlərə öz ümumi də`vətini bildirdi: «Həmd Allah üçündür. Allah istədiyi olacaqdır və onun iradəsindən başqa heç bir qüvvə hökm edə bilməz. Allahın salamı olsun Onun Rəsuluna». Boyunbağı qızlara yaraşdığı kimi, ölüm də insanlar üçün lazımdır. Yə`qubun Yusifi görməyə eşqi nə qədər idisə, mənim də ata-babalarımı görməyə eşqim o qədərdir. Mənim üçün bir qətligah tə`yin olunub və elə bil, öz gözlərimlə görürəm ki, çölün vəhşiləri (Kufə ordusu) nəvavis və Kərbəla arasında mənim bədən üzvlərimi tikə-tikə doğrayıb öz ac qarınlarını doyururlar. Qəza və qədər qələmi ilə yazılan bir işdən çarə və çıxış yolu yoxdur. Allahın razı olduğu hər bir şeyə biz də razıyıq. Bəla və imtahan qarşısında səbr edib dözərik. Allah səbr edənlərə və`d etdiyi əcri bizə əta edəcəkdir. Peyğəmbərlə onun övladları arasında heç vaxt ayrılıq düşməyəcək. Səfalı behiştdə onun yanında olacaqlar. çünki, (dünyada) onun şadlığına səbəb olublar və onun vədəsi də (Allah hökmətinin bərpası) onların vasitəsi ilə həyata keçəcəkdir. Bilin ki, mən sabah sübh hərəkət edəcəyəm – İnşəallah. Sizlərdən bizim yolumuzda öz qanından keçməyə və canını Allah görüşü və şəhadət yolunda qurban verməyə hazır olan hər bir kimsə bizimlə səfərə hazırlaşsın. ƏBDULLAH İBNİ CƏ`FƏRİN MƏKTUBUİmam Hüseyn (ə)-ın Məkkədən Kufəyə getməsi xəbəri sür`ətlə hər yerə yayıldı. çünki, Hüseyn müsəlmanlar üçün adi bir adam və hərəkət günü də – Zilhiccənin səkkizi - adi bir gün deyildi ki, İmam Məkkədən çıxsın. İmam bu hərəkəti ilə hamını düşündürürdü ki, niyə peyğəmbər övladı həcc əməlini sona çatdırmadan Məkkəni tərk etsin. Bu iş Məkkədə olan və İmamın hərəkətini eşidən bütün müsəlmanların marağını artırdı. Bununla da Əməvi hökumət başçılarının rüsvayçılığı və müsəlmanların imamı gözləyən təhlükələr sarıdan nigarançılığına bais oldu. İmamın Məkkədən hicrət səbəbini eşitməklə bə`ziləri xeyirxahlıq və nəsihət məqsədi ilə İmamı Kufəyə sarı başladığı hərəkətdən saxlamaq istədilər. Seyyidüş-şühədanın getmək xəbərini eşitməklə, onu bu fikirdən daşındırmaq üçün məktub yazanlardan biri də Əbdullah ibni Cə`fər, İmamın əmisi oğlu həzrət Zeynəbin əri idi. O, öz məktubunda məhəbbət və canıyananlıqla İmamın gələcəyindən narahat olduğunu bildirməklə yanaşı, xahiş etdi ki, həzrət bu fikirdən daşınsın. O, öz məktubunu Oun və Məhəmməd adlı iki oğlu vasitəsilə imama təqdim etdi və sonda əlavə etdi ki, məktubdan sonra özüm də sənə yetişəcəyəm. ACI XƏBƏRHüseyn (ə) karvanı Məkkədən İraqa tərəf hərəkətdədir. Aram-aram Məkkədən uzaqlaşıb İraqa yaxınlaşır. Yol boyu müxtəlif hadisələr baş verir. İmam bə`zi dayanacaqlarda müsəlmanları onlara qoşulmağa çağırır. Züheyr ibni Qin kimi bə`ziləri vəfalı və mö`min həyat yoldaşının təşviqi ilə imamın də`vətinə ləbbeyk deyir. Bə`ziləri isə əsassız dəlillərlə əbədi səadətdən məhrum qalırdılar. Karvan əhli gecə vaxtı Sə`ləbiyyə adlı bir yerə çatdılar. Yoldan təzə yetişmiş və mühüm xəbərləri olan iki Əhli-beyt dostu İmamın görüşünə tələsirlər. Onlar: Bu xəbəri aşkar, hamının yanında deyək, ya məxfi və xüsusi? Həzrət o iki nəfərə və öz dostlarına baxıb buyurdu: Mən dostlarımdan bir şey gizlətmirəm. Bizim aramızda sirr yoxdur. Bizə doğru və mö`təbər bir xəbər çatıb ki, Müslüm və Hanini Kufədə qətlə yetirib, bədənlərini bazarda yerlə sürüyüblər. Həzərt bu xəbəri eşidən kimi neçə dəfə buyurdu: «İnna lilla və inna iləyhi raciun». «Allah onlara rəhmət etsin» Sonra ağlayıb özləri və işləri üçün dua etdi. Daha sonra isə buyurdu: “Hər kəs istəsə bizdən ayrılsın. Azaddır və heç bir məs`uliyyəti də yoxdur”. Bu sözdən sonra bir dəstə həzrətin dövrəsindən dağıldı və İmam Məkkədən onunla gələn bir dəstənin arasında qaldı. Bu imam Hüseyn (ə)-ın Kərbəlaya hərəkəti yolunda onun dostlarından alınan ilk imtahan idi ki, iman və sədaqətlə həzrətlə yoldaşlıq edənlər dünya tamahı, məqam və rəyasət istəyi ilə ona qoşulanlardan ayrıldılar. ZEYNƏB NƏ EŞİTDİ?İmam Hüseyn (ə)-ın İraqa tərəf hərəkəti yolunda tarixin Zeynəblə bağlı nəql etdiyi ilk macəra «Xüzeyriyyə» adlı bir mənzilə aiddir. İmam bir gecə və gündüz burada qaldı. Bir səhər Zeynəb imamın xidmətinə yetişib dedi: «Qardaşım, dünən eşitdiyim bir sözü sənə söyləyimmi?» İmam buyurdu: «nə söz?» Zeynəb dedi: Dünən gecə xeymədən çıxdım. Eşitdim ki, qeybdən səda gəlir və deyir: «Ey göz, sə`y et, çox ağla! Kimdir ki, gələcəkdə şəhidlərə, ölümün izlədiyi kəslərə, əhdinə vəfa edənlərə ağlasın?» İmam bu sözləri eşidib buyurdu: «Bacı, Allahın hökm verdiyi və öz qəzasında yazdığı olacaqdır.» Bu hadisə həzrət Zeynəbin öz qardaşı ilə sirdaş və həmdəm olduğunu göstərir. KƏRBƏLA VƏ ƏBƏDİYYƏT«Kərbəla» şiə lüğətnaməsində çox işlənən sözlərdəndir. Bir müsəlman tapmaq olmaz ki, Kərbəla adını eşitməmiş olsun. çünki, Kərbəla islam və Qur`anla, izzət və cihadla və bütün yaxşılıqlarla sıx bağlıdır. Axı Kərbəlaya biganə olan kəs, könlünü nəyə verəcəkdir? Müsəlmanlıq, Peyğəmbər və Əhli-beyt ilə dostluq iddiası edən bir insan Kərbəla səhnələri ilə tanış olmaya bilərmi? Əgər bu gün dünyada xalis tohid parlayır və Kə`bə, Allah və islam eşqi ilə dolu qəlblərin təvaf yeridirsə, heç şübhəsiz ki, bunlar Peyğəmbərin üzücü zəhmətləri hesabına başa gəlmişdir. Amma bu da şübhəsizdir ki, əgər Hüseyn (ə)-ın qiyamı olmasaydı, bu gün o zəhmətlərdən heç bir əsər-əlamət qalmazdı. Məgər bu qiyam Peyğəmbər dinini diriltmək və islami dəyərləri qorumaq üçün deyildimi ki, Allah Rəsulunun yerində Müaviyə və Yezid kimi murdar iddiaçılar oturmuşdular? Kərbəla vaqiyəsi imamın həyatının yalnız son günlərini təşkil etməsinə baxmayaraq, bu günlərin əzəmət və cəlalı bəşər tarixinin o dahi simasının bütün həyatını üstələmiş və Hüseyn adını həmişə Kərbəla adı ilə yoldaş etmişdir. Elə bil, imamın bütün həyatı bu dövrdə xülasə olmuşdur. Bu orada, Zeynəbin adı da qardaşı Hüseynin adı kimi Kərbəla ilə yanaşı çəkilir. Zeynəbin Kərbəlaya daxil olması ilə onun həyat tarixi də əbədiyyətə qovuşdu. Harada Hüseyn var, Kərbəla var, orada Zeynəb də var. Kərbəla tarixi həm də Zeynəb tarixi deməkdir. Bu əzəmət və cəlal Zeynəbin Kərbəladakı və Aşuradkı sonrakı həyat tarixinin onun həyatının başqa dövrlərindən daha aydın səbt olunmasına səbəb olub. KƏRBƏLAYA GİRİŞİmamın karvanı Mədinədən çıxandan 5 ay sonra – 61-ci ilin Məhərrəm ayının ikisində Kərbəlaya daxil oldu. İmam bu yerə girən kimi onun adını soruşdu. Cavab verib buranın Kərbəla olduğunu söylədilər. İmam Kərbəla sözünü eşidib ağladı və dua etdi: «İlahi, Sənə kərb (qəm) və bəladan pənah aparıram.» Sonra buyurdu: «Enin. Bura xeymə mənzillərimizin yeridir. Bu xəbərləri babam Peyğəmbər mənə buyurub:» Rahat olun mənziliniz kərbəla Hər qarışı könlünüzə aşına. Zeynəb Kərbəlaya daxil olur. O, bilir ki, bura onun qardaşı ilə olacağı son mənzildir. Elə o səbəbdən də, imamın şəhadətinə qədər ondan bir an da ayrılmır. ZƏRURƏTİN SÜBUTUİmam Mədinədən çıxarkən Bəni-haşimə yazdığı müxtəsər məktubdan əlavə müxtəlif yerlərdə özünün və yoldaşlarının şəhadətindən rəsmi surətdə bir başa xəbər vermişdi: Kim mənimlə olsa şəhadətə yetişəcək və mənə qoşulmasa müvəffəq olmayacaqdır. Bu yerlərdən biri də Kərbəlaya daxil olan zaman idi. Həzrət onunla çoxlu mərhələlər keçən, həyat eşqi və isar vadisinə çatan yoldaşlarına zərurəti sübut etmək üçün öz yol və məqsədini bəyan edir. Tarix göstərir ki, imamla birgə Kərbəlaya qədəm qoyan şəxslərdən heç biri imamı tərk etməmişdir. Bəli, Allah eşqi və Əhli-beyt vilayəti ilə gələnlər axıra qədər qaldılar ki, özlərinin ən yaxşı varlarını əbədi və gözəl məqsədə qurban edib adlarını tarixin qızıl hərflərlə qeyd etdiyi Hüseyn və Kərbəla adları ilə yanaşı yazdırsınlar. özünü qardaşına və onun yoluna qurban demiş Zeynəbin çiynində bu vəzifədən ağır bir yük vardır və onun nəticəyə çatmağına qədər o yolda olacaqdır. |