İSLAMDA NÜMUNƏVİ QADIN
ZEYNƏB (S.Ə.)
MÜƏLLİF: MƏHƏMMƏDİ İŞTİHARDİ
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
Öz ilahi vəzifələrini səbr və mərdliklə yerinə yetirməkdə böyük
kərbəla xanımına iqtida edən, bütün Allah yolu fədailərinə təqdim olunur.
Gözəllikdən başqa bir şey görmədim.
Həzrət
Zeynəb (s)
MÜQƏDDİMƏ
ÜLGÜ
VƏ NÜMUNƏLƏR
Cavan
həyatı müstəqil fikir və başqalarını yamsılama ilə keçir, bə`zi məsələlərdə öz
ağlına müraciət edib, onun nurundan bəhrələnir, çox vaxt isə, başqalarının yol
və üsulundan istifadə edir. Özü də bu istifadənin xeyir və şərinə varmayıb,
onların rəftarlarının doğruluğunu ağıl me`yarı ilə ölçmədən. Ehtimal olunur ki,
fikir və təqlidin bu qarışığı və çəkişməsi, insan həyatının cavanlıq dövrünün
labud xüsusiyyətidir və şəxsiyyətin hələ tamamlanmadığını, müxtəlif cazibələrin,
onun vücud əqrəbini ağıl və hissiyyat arasında sərgərdan qoyduğunu göstərir.
İnsanın başqalarına təqlidi dediklərimiz yalnız cavanlara aid deyildir. Başqa
kəslər hətta ömrün yuxarı yaşlarında da (əlbəttə az miqdarda) bə`zən başqalarına
təqlid edir və onların cəlbedici cazibə mərkəzlərinə mə`ruz qalırlar. Bu həqiqət
tələb edir ki, biz pak və dəyərli şəxsiyyətləri cəmiyyətə xüsusilə də, cavanlara
tanıtdıraq və onlar həmin şəxsiyyətlərin həyatından özləri üçün ali ülgü və
nümunələr götürüb, onların yol və üsulunu öyrənsinlər.
Qur`an
əziz Peyğəmbəri “Üsvətün-həsənə” adı ilə tanıtdırır ki, biz onu yaxşı və gözəl
nümunə adlandırırıq. Elə ki, buyurur:
(Ləqəd
kanə ləkum fiyrəsulillahi usvətun həsənətun limən kanə yərcullahə vəlyəvməl
axirə və zəkərəllahu kəsirən)
«Allahın
Rəsulu (s), haqqın rəhmətinə ümidi və qiyamət gününə imanı olanlar və Allahı çox
yad edənlər üçün yaxşı nümunədir.»
Bu gün
bizim cavan nəslin nümunə görməyə başqalarından daha çox ehtiyacı vardır ki,
ictimai və əxlaqi məsələlərdə onların söz və rəftarlarından ilham alsınlar. Amma,
bü ülgülər kamal və nümunə cəhətindən bir deyillər, bəlkə vəhy xanədanına nə
qədər yaxın olsalar, o qədər kamil olarlar.
Peyğəmbər (s) övladları arasında, vilayət bağının ilk qızı Zeynəbi-Kubra (s),
iman və təqva, elm və mə`rifət, səbr və dözüm və başqa insani fəzilətlər sarıdan
tamamlanmış, kamil bir insanın bariz nümunəsidir. O, bütün dünya qadınları
arasında nümunədir və hər yerdə səbr və isar adı gəlsə, bu böyük xanımın adı
parlayır.
Bu
kitab, Kərbəla qəhramanının həyatının qısa araşdırmasıdır. Onun həyatının bir
hissəsi gözəl nümunə sorağında olan imanlı bacılara yaxşı bir örnək ola bilər.
Bu
xanımın həyatını neçə hissədə xülasə etmək olar:
1.Allah Peyğəmbərinin və anası Fatimənin qucağında keçirdiyi çox qısa dövr;
2.Anasının
vəfatından sonra, əziz atası Əli (ə)-ın yanındakı həyatı;
3.Həzrət
Əli (ə)-ın şəhadətindən Həsən ibni Əlinin şəhadətinə qədərki dövr;
4.İmam
Həsən (ə)-ın şəhadətindən, qardaşının aşurasına qədərki dövr;
5.Onun
son dərəcə nəzərə çarpan və ibrətamiz olan həyatının sonu;
Aşuradan sonra Hüseyn hərəkatının rəhbərliyindən 62-ci Hicri ilində bir dünya
iftixarla Allah görüşünə nail olana qədərki dövr. Və xoşbəxtlikdən bunun hamısı
bu kitabda araşdırılmışdır.
Biz,
bu kitabı mütaliə etməyi bütün cavanlara, xüsusilə də əziz bacılara tövsiyə
edirik. Ümidvarıq ki, belə kitablar əxlaqsevərlərin rəğbətini qazansın. Çünki,
bu cür əsərlər qərbin bizə sarı yönəlmiş mədəniyyət hücumu qarşısında müsbət
addım və güclü manedir.
Qum.
İmam Sadiq müəssisəsi.
Ustad
Cə`fər Sübhani 8\6\74.
ÖN
SÖZ
Müasir
dövrümüzün elm zərurətlərindən biri də dini elmlərin aydın və zəngin dəyərlərini
daha dərin və geniş bəyan etməkdir. Heç şübhəsiz bu elmlərdən biri də Allah
övliyalarının nəzəri və əməli davranışlarının nəhayətsiz üfüqlərinə bələd
olmaqdır.
Din
övliyaları və mə`rifət sahiblərinin müqəddəs həyatlarında diqqətli fikir və
dərin araşdırmalar, həqiqət aşiqlərinin yoluna bir çıraq ola bilər ki, öz
canlarını o əzəmətli nümunələrin həyatının axar çeşməsi ilə paklayıb. Həyat
yollarına o pak ruhların ilahi feyzi ilə təravət bəxş etsinlər.
Əlinizdəki bu kitabda, nübüvvət və Vilayət ailəsində tərbiyə olunanlardan biri,
Siddiqey-Tahirə Həzrət Zeynəb (s)-ın şərəfli həyatının mütaliə və araşdırmasına
sə`y göstərilmişdir. Heç şübhəsiz, o yer mələyinin bütövlükdə bəndəçilik, mə`nəviyyat,
səbr və dözümdən ibarət olan səmavi həyatı barədə düşünmək, hamının, xüsusilə də
qadınların və Allah yolu fədakarlarının təkamülünə, ilahi məqama yaxınlaşmasına
kömək olacaqdır.
Bu
kitab, tarixə istinadlı araşdırma, mö`təbər mənbə`lərdən istifadə və rəvan
nəsrlə yazılmış, o həzrətin şəxsiyyəti və həyatının qəribə xüsusiyyətləri və
dərslərinin vəsflərindən bəhs etmişdir.
Möhtərəm oxucuların nəzər və tövsiyələrini böyük mə`muniyyətlə qarşılayır və
böyük Allahdan mə`rifət və itaət üçün tofiq diləyirik.
BİRİNCİ FƏSİL
VİLAYƏT ÇİÇƏYİ
Təvəllüd
Atanın
zinəti
Səmavi ad
Peyğəmbər
(s) ilə birlikdə
Dərdli yuxu
Birinci
hadisə
Anası
Fatimə ilə görüş
Haqqın
müdafiəsi
Sonuncu
görüş
Anasından
sonra
Şərikli
həyat
Zeynəbin
həyat yoldaşı
Ev
mühitində
Ata məktəbində
Səbr və
dözüm
Ədalət
Zülmlə
mübarizə
Ata müsibəti
İmam Həsən
(ə)-ın imamət dövrü
Varlıq dünyası bəşəriyyətə mə`na bağışlayan bir ailəyə borculudr.
O ailə ki, bütün kainat onların qarşısında baş əyib tə`zim edir, mələklər onlara
səcdə etməkdən çəkinmir və Cəbrəil Əlinin məclislərinə girmək üçün izn istəyir.
O ailə ki, ilahi ne`mətlər təcəssümü, Allahın cəlal və cəmal sifətlərinin
aynasıdır.
Onlar Peyğəbmər və onun Əhli-beytidirlər ki, Allah məxluqatın
yaranma səbəbini onların varlığı ilə izah edib, buyurur: «Əzəmətli səma və geniş
yerləri, işıqlı günəş, ay və ulduzları, axar dəniz və dəryaları siz Əhli-beyt
üçün və sizin məhəbbətinizdən ötrü yaratmışam.»
Onlar hər növ eyb və nöqsandan uzaq olan beş müqədds nurlar, vəhy
xanədanı və vilayət ailəsidirlər – Peyğəmbər, Əli, Fatimə, Həsən, və Hüseyn (s).
Belə bir ailədə bir qız uşağı dünyaya gəldi. Əzəmətli vilayət
bağçasına mənsub olan bu çiçək, sonralar özünün Allah yolunda sədaqət və vəfası,
şücaət və fədakarlığı, iman və təqvası, iffət və səbri, dözüm və mübarizəsi ilə
bütün Allah yolçuları və xüsusilə, özünün Əhli-beyt davamçısı hesab edən
qadınlar üçün ülgü və nümunə olacaqdı.
TƏVƏLLÜD
Həzrət Əli (ə) və Fatimeyi-Zəhra (s)-ın Həsən, Hüseyn, Zeynəb,
Ümmi Gülsüm və Möhsin adlı beş övladı olmuşdur. İmam Sadiq (ə)-dan rəvayət
olunmuş hədisə əsasən həzrət Zəhranın son övladı olan Möhsin, İmamın
düşmənlərinin o həzrətin evinə olan təcavüzü nəticəsində anasının bətnində
öldürüldü, xanım özü isə ağır yaralanaraq şəhadətə yetişdi!
Bu xanədanın üçüncü övladı Zeynəb Hicrətin 6-cı ilində Mədinə
şəhərində dünyaya göz açdı.
ATANIN ZİNƏTİ
Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu
qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur
ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir.
Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:
SƏMAVİ AD
Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə
olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu:
Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.
Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı
olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi.
Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar
barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.
Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur:
Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu
eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət
etsin. çünki, o, Xədiceyi-Kubra kimidir.
Yə`ni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah
yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi
əhəmiyyətə malikdir.
PEYĞƏMBƏR İLƏ BİRLİKDƏ
Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda yaşamışdır.
Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da
bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.
Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin mübarək
vücudundan səbr və dözüm hədisini yazsın. çünki, o, Zeynəbin həyat yolunun bütün
müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh,
dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət,
çətinlik Zeynəbin taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan
cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.
DƏRDLİ YUXU
Zeynəb, onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb
babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri tə`bir
edir ki, Əlinin yetişdirməsi və Zəhranın qucağında böyümüş olan bu qız özünü
həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:
Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına
gəlib uşaqlara məxsus şirin dillə dedi:
«Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək
əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə
düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da
yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam
gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da
sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da
sındı və mən yuxudan ayıldım.»
Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu:
«Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan
gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər.
Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların
müsibətində dünya zülmətə qərq olacaqdır.»
BİRİNCİ HADİSƏ
Çox keçmədi ki, Zeynəbin yuxusunun bir hissəsi çin çıxdı və
istəkli babasının vəfatı ilə o, ilk pənahını əldən verdi. Bu, onun lətif və
riqqətli qəlbini incidən ilk müsibət və sanki bir başlanğıc idi. Hələ bilmirdi
ki, qarşıda hansı müsibət və bəlalar onu gözləyir. Amma bəşər tarixinin bu
yenilməz siması heç vaxt həyatın ağrıları qarşısında baş əyməyəcək, mətanətlə
islamın qorunması üçün öz vəzifəsini yerinə yetirəcəkdir.
ANASI FATİMƏ İLƏ GÖRÜŞ
Həzrəti Fatimə (s) atasından bir müddət sonra dünyasını dəyişdi.
Buna əsasən, Zeynəb Zəhra kimi bir ananın məhəbbətindən yalnız bir neçə il
bəhrələndi.
Bir neçə illik bu qısa müddət Zeynəbi Allah yolunda müsibət və
çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb
Peyğəmbərin vəfatından sonra anası Fatiməni gülən və hətta təbəssüm edən halda
da görmədi. Fatimə atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin
Adəm, Yə`qub, Yusif və imam Səccad (ə) kimi ən çox ağlayanların sırasında qeyd
etmişlər.
Zeynəb bütün bu vaxt ərzində anasının yanında olmuşdur. O,
babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin
Əhli-beyt haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik
qəlbini incidir, o isə səbr edib dözür və sanki daha böyük müsibətlərə
hazırlaşırdı.
HAQQIN MÜDAFİƏSİ
Zeynəb anası Fatimənin Peyğəmbər məscidində Fədək və Əhli-beytin
müdafiə mövzusunda etdiyi çıxışda iştirak edirdi. O, anasının xütbəsini
dinləməklə yanaşı, zülm qarşısında necə mövqe tutmaq yolunu da öyrənirdi.
O, anasından öyrəndi ki, düşmənlə necə mübarizə etmək və onu
rüsvay etmək olar. O, hazırlaşırdı ki, Kufə bazarında, İbn Ziyad və Yezidin
saraylarında öz sözləri ilə onların cinayətlərini ifşa edib İslam və Əhli-beyt
vilayətini müdafiə etsin.
SONUNCU GÖRÜŞ
Nəhayət, ana ilə son görüş və vidalaşma zamanı çatmışdır.
Zəhranın pak ruhu mələkut aləminə pərvaz edib, cismi isə qüsl olunub
kəfənlənmişdir. Atanın göstərişi ilə Zəhranın balaları ana ilə vidalaşır, son
dəfə onu qucaqlayıb ayrılırlar. Həzrət Əli (ə) bu qəmli səhnələri belə təsvir
edir:
«Zəhranın kəfənini düyünləyərək Ümmü Gülsüm, Zeynəb, Həsən və
Hüseynə dedim: Gəlin son dəfə ananızla görüşün ki, bu ayrılığın başlanğıcıdır.
növbəti görüş isə behiştdə olacaqdır. Həsən və Hüseyn anaları tərəfə gələ-gələ
bu sözləri deyirdilər: Babamız Peyğəmbər (s) anamız Fatimənin (ə) ölmündə olan
qəm və həsrət yanğısı heç vaxt sönməyəcək. Ana can! Bizim salamamızı babamız
Məhəmməd Mustəfaya (s) çatdır və de ki, səndən sonra biz dünyada yetim qaldıq».
Əli (ə) buyurur: «O zaman göydən bir səs eşitdim ki, deyirdi: Ey
Əbul-Həsən, onları anasının qucağından götür. Bu iki uşaq göyün mələklərini
ağlamağa məcbur etdilər.»
Beləliklə, Zeynəb körpə yaşlarında mehriban ana və səmimi dostunu
itirdi.
ANASINDAN SONRA
Artıq Əli evi Fatimə vücudunun şamı ilə nurlanmırdı. Buna görə də
uşaqları öhdəsinə götürən bir qadına ehtiyac var idi. Fatimə (ə) bu əhəmiyyətli
işi ömrünün son günlərində duymuş, uşaqları üçün mehriban ana və Əli üçün vəfalı
yoldaş tapıb onunla evlənməyi Əli (ə)-a tövsiyə etmişdi. Bu şərəf həzrət
Zəhranın ögey bacısı «Əmaməyə» mənsub idi.
Zeynəb anasından sonra Əli kimi atanın tərbiyəsi sayəsində, Həsən
və Hüseyn kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir və elə uşaqlıqdan çoxlu
çətinlik və ruhi sıxıntılara dözüb tərcrübə toplayır.
Zeynəb Həsən və Hüseyndən kiçik olamasına baxmayaraq, Fatimə qızı
və onun yetişdirməsi olduğu üçün qardaşları ilə onun arasında vəsfəgəlməz
məhəbbət və bağlılıq olmuşdur. Bu məhəbbətin nəticəsində də o, bir an da
qardaşlarından ayrılmır və onların qüssələrinə dözə bilmirdi. necə ki, görəcəyik
o, ömürünün sonuna qədər mehriban ana kimi onları sevir və qəmlərinə şərik
olurdu.
ŞƏRİKLİ HƏYAT
Artıq Zeynəbin ailə qurmaq vaxtı yaxınlaşmışdır. O bilir ki,
izdivac hər bir insan üçün təbii və şər`i vəzifədir və bu sünnətdən imtina etmək
Peyğəmbərin (s) dinindən çıxmaq deməkdir.
Lakin Zeynəb izdivac etməklə boynunda olan böyük vəzifəni unutmur.
O bilir ki, hər an və bütün səhnələrdə qardaşının yanında olmalıdır. O bilir ki,
əzizlərinin qiyamının səmərəsi onun əsir düşməsi, səbr edib dözməsi, qiyamın
mahiyyət və səbəblərini bəşəriyyət tarixinə yetirməsindən asılıdır.
Bu səbəbdən Zeynəb izdivac ərəfəsində də vəzifəsini unutmur və
ailə qurmaq üçün imam Hüseynlə (ə) birgə olmağı şərt kəsir. Əli (ə) qızına elçi
göndərən və Əhli-beyt dostlarından olan Əbdüllah ibni Cə`fər sözsüz ki, bu şərti
qəbul edir və nəhayət Zeynəbi-Kübranın əri olmaq şərəfinə nail olur.
ZEYNƏBİN HƏYAT YOLDAŞI
Əbdüllah Cə`fərin övladlarındandır. Cə`fər isə Əbu Talibin oğlu,
Əlinin (ə) qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir.
Cə`fəri-Təyyar adı ilə məşhur olan bu insanın şəxsiyyətini Peyğəmbərin (s)
sözləri və ona bağlılığı ilə müəyyən etmək olar. Yəhudilərin Xeybər qalasının
fəthi və Cə`fərin Həbəşədən qayıtdığı zaman Peyğəmbər (s) onu qucaqladı və
alınını öpüb buyurdu: «Bilmirəm hansı iş üçün sevinim. Xeybərin alınması, ya
Cə`fərin gəlişi üçün?» Sonra Peyğəmbər (s) ona məscidin qonşuluğunda mənzil
verdi.
Mutə döyüşündə Cə`fərin iki qolu da kəsiləndən sonra bayrağı yerə
atmağa razı olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə
buyurmuşdur: «Allah Cə`fərin iki qolunun yerinə ona iki qanad verəcək ki,
behiştdə onlarla pərvaz etsin.»
Buna
görə də ona Cə`fəri-Təyyar (uçan) deyiblər.
Əbdüllah Həbəşədə doğuldu. Bu o zaman baş verdi ki. Cə`fər öz həyat yoldaşı və
bir dəstə müsəlmanla birgə düşmənlərin təzyiqi nəticəsində, Peyğəmbərin (s)
təklifi ilə həbəşəyə hicrət etmişdilər.
Əbdüllahın atası Cə`fərin şəhadətindən sonra Peyğəmbər (s) onun uşaqlarını
yanına gətirib bir ata məhəbbəti ilə qucağına alar, öpüb ağlayar, beləliklə
sanki Əbdüllaha və başqa balalara təsəlli verərdi.
Peyğəmbərdən sonra Əbdullah Həzrətin (ə) yanında rəşadət və fədakarlıqlar
göstərmiş, Süffeyn döyşündə isə döyüş səhnəsinin xüsusi qəhrəmanlarından hesab
olunmuşdur. O zamanlar o, səxavət və əliaçıqlıqda da məşhur idi.
EV
MÜHİTİNDƏ
Heç
şübhəsiz, insan tərbiyəsinin ən mühüm dövrü və şəxsiyyətin formalaşma zamanı
uşaqlıq çağıdır. Bu dövr də başqa dövrlərə nisbətən insanı əhatə edən təbii və
ictimai mühit daha tə`sirli olub, onun formalaşmasında mühüm rol oynayır. Ata-ananın
əməl, rəftar, münasibət və ümumiyyətlə bütün hərəkətləri, eləcə də onların bir-birləri
və digərləri ilə davranış tərzləri uşağın əxlaq, ruhiyyə və xasiyyətinə bir-başa
tə`sir göstərib, incə və həssas qəlbini öz tə`siri altına alır.
Ata və
ana böyütdükləri uşaq vasitəsi ilə öz hərəkət və rəftarlarının yaxşı və
pisliyini müəyyən edə bilərlər. Bu mə`nada uşaq onlar üçün güzgü rolunu oynayır
və uşağın xarakter və xüsusiyyətləri onların əxlaqının xülasəsi hesab olunur.
Uşaqlarda olan bu əks tə`sirə görə onların tərbiyəsi, eləcə də
fikri, əxlaqi və ideoloji inkişafı sahəsində çoxlu tövsiyələr olmuşdur. Bu
tərbiyələrin tə`siri o həddə qədərdir ki, Əli (ə) uşaq qəlbini istənilən toxumu
qəbul etməyə hazır olan boş və əkilməmiş torpağa bənzədir.
Buna görə də uşağın şəxsiyyət və gələcəyini ata və ananın əməli
tərbiyələrindən asılı hesab etmək olar.
Lakin Zeynəb elə bir nümunəvi ailədə böyüyüb boy atmışdır ki,
tarix belə böyük əzəmətli ailənin şahidi olmayıb və olmayacaq da. Zeynəbin
şəxsiyyəti elə bir evdə formalaşdı ki, onda iman nuru parlayırdı,
səfa-səmimiyyət, eşq və mə`nəviyyət dolu idi. Bir ev ki, Əli kimi atası, Fatimə
kimi anası vardı. Bu mə`sum ata və ananın nəfsani və şeytani istəkləri onlara
tabe idi və bütün duyğu və istəklər, iş və hərəkətlər yalnız ilahi vəzifəni
yerinə yetirməyə xidmət edərdi. Onlar Allahın razılığından başqa bir şey
düşünmür, islamın inkişafı və bəşəriyyətin nicatı üçün hərəkət edirdilər.
Zeynəb bu mühitdə və belə bir ata-anasının tə`siri altında
böyüyür, belə bir məktəbdə ilahi elmləri və islami qaydaları öyrənir, dini
tərbiyə və əxlaqi fəzilətlər əldə edib kamilləşirdi.
Beləliklə Həzrət Zeynəb ailə, evdarlıq, uşaq tərbiyəsi, məişət
idarəsi və ümumiyyətlə davranış qaydalarını anasından öyrənmişdi ki, gələcəkdə
ərinin evində anası kimi öz vəzifəsinin icra etsin.
O, anasının evdə sabitlik, mehribanlıq, səmimiyyət və mə`nəviyyət
yaratmaq üçün necə çalışdığını görürdü. O, atasının bu sözlərini eşitmişdi: «Həmişə
evə gəlib Zəhraya baxanda qəm-qüssələrim yaddan çıxırdı. O, heç vaxt məni
qəzəbləndirmədi».
Zeynəb yoldaşlıq və səmimiyyət nümunəsinin öz mehriban
ata-anasının timsalında görmüşdü. O, anasının evdarlıq zəhmətlərini və qabarlı
əllərini görmüş, ev işlərinin Allah yanındakı əcr və savabına vaqif olmuşdu.
O, evdə birlik və həmkarlığı ata-anasından öyrənmiş, atasının
çırpı və su gətirdiyini, anasının xəmir hazırlayıb çörək bişirdiyini görmüşdü. O
bilirdi ki, qadının cihadı ərinin qulluğunda durub yaxşı evdarlıq etməkdir.
Zeynəb anasının övladlarına olan məhəbbətini unutmur, bunu öz
həyatının ən şirin xatirələrindən hesab edirdi.
O, anasının Peyğəmbər məscidindəki çıxışından dindarlıq, şücaət
və islami dəyərləri qorumaq dərsi alıb bu yolda fəaliyyət və mübarizəni özünə
vacib bilirdi.
Beləliklə, Zeynəbi-Kubra vilayət evində böyüdü, onun şəxsiyyəti
bu tərbiyələr sayəsində formalaşdı. Onu, ata-anasından öyrəndiyi əxlaq, tərbiyə,
mə`rifət və insani fəzilətlər simvolu hesab etmək olar. O, indi ailə quraraq ər
evinə gedir, sonralar isə bu müqəddəs səngərdə nümunə olaraq öz vəzifəsini
yerinə yetirib, İslam üçün mübariz övladlar tərbiyə edəcəkdi.
ATA MƏKTƏBİNDƏ
Həzrət Əlinin (ə) şəhadətində Zeynəbin təqribən 35 yaşı var idi.
O, şübhəsiz atasının həyat tərzindən, əxlaqi və siyasi görüşlərindən
bəhrələnmişdi. Onun atası ilə bağlı çoxlu xatirələri var idi. Bu acı və şirin
xatirələr onun bir şəxsiyyət kimi formalaşmasında öz dərin tə`sirini buraxmışdı.
SƏBR VƏ DÖZÜM
O, atasının məzlumiyyət günlərinin şahidi idi. O, Peyğəmbərdən
(s) sonra atası ilə necə rəftar edildiyini, onun tə`yin olunduğu vilayətin necə
qəsb olunub haqqı tapdalandığını yaxşı xatırlayırdı. Zalımlar xilafət başında
oturub özlərini Peyğəmbərin (s) canişini adlandırdıqları halda, Əli (ə) İslamın
qorunması və müsəlmanların məsləhətindən başqa bir şey düşünmür, iyirmi beş il
səbr etməklə Allahın razılığını hər şeydən üstün tuturdu.
Bu dövrdə Zeynəb hadisələri diqqətlə izləyir, bir növ təcrübə
toplayırdı. çoxlarının mənsəbpərəstlik və həvəsbazlığını görüb, dostla düşməni
tanıyır, Əbu Süfyan və Müaviyələrin iyrənc əməllərini və siyasi
hoqqabazlıqlarını görür, zahirdə İslam libasına bürünüb, döşünə Allah nişanı
taxan, əslində isə İslam və Əhli-beyti məhv etmək üçün plan cızıb həqiqəti
əksinə göstərən mənfur sifətlərinin şahidi olurdu.
Zeynəb bütün bu haqsızlıqları görüb, atasının səbrinin
böyüklüyünü anlayırdı. Atası belə demişdi: «Mən gözündə çöp, boğazında sümük
qalmış bir adam kimi səbr edib dözdüm.»
Zeynəb onun səbrindən ilham alıb fədakarlıq dərsini öyrənirdi.
Öyrənirdi ki, necə Allah yolunda əzab və məhrumiyyətlərə dözüb şəxsi mənafeyini
ilahi və islami mənafelərə qurban verməlidir.
ƏDALƏT
İyirmi beş illik sükut və məzlumiyyət dövrü sona çatmışdır. Haqq
və ədalətdən savayı fikri olmayan Əli (ə) camaatın tə`kidi ilə xilafət kürsüsünə
əyləşib ümmətə rəhbərlik edirdi. Əlinin (ə) beş illik xilafəti Zeynəb üçün çox
mühüm və maraqlı olmuşdur. Ədalətin bərqərar olduğu o dövrdə Əliyə müraciət edən,
rəyasət və məqam eşqi ilə yanan dünyapərəstlərin çoxu onun qatı düşmənlərindən
oldular. Onlar həzrət Əlinin (ə) buyurduğu bu ədalətli kəlamı eşitməyə qadir
deyildilər: «And olsun Allaha! Osmanın haqsız olaraq müsəlmanların
beytül-malından bağışladığı bütün hədiyyələri geri alacağam, hətta bu vəsaitlə
izdivac etmiş və ya kəniz almış olsalar belə».
Onlar gördülər ki, Əli (ə) yoxsulluq ucbatından beytül-mala göz
dikən qardaşı Əqilin bədəninə isti dəmiri yaxınlaşdırdı və onun naləsi
qarşısında buyurdu: «Vay olsun sənə, Əqil! İnsanın qızdırdığı adi dəmirdən nalə
edirsən, amma məni qəhhar Allahın öz qəzəbi ilə odladığı atəşə çəkirsən. Sən
bundan nalə etdiyin halda, mən Cəhənnəm odundan qorxmayım?»
Həzrətin beytul-maldan bir boyunbağı əmanət almış qızına «Əgər bu
boyunbağını beytül-maldan əmanət şəklində almasaydın oğurluq üstündə əli kəsilən
ilk Haşimi qadın olacaqdın» - deyə buyurması onların xam-xəyalını alt-üst edirdi.