Qüsl
Namazdan qabaq boynunda cənabət, məssi-meyyit, heyz (aybaşı), istihazə və nifas
qüslü olan şəxslərə qüsl etmək vacibdir və onlar namaz qılmaq üçün əlavə olaraq
dəstəmaz da almalıdırlar. Cənabət qüslü isə dəstəmazı əvəz edir və onunla namaz
qılmaq olar.
Qüsl
etməyin qaydası:
1-Niyyət:
«Qüsl edirəm qürbətən iləllah» sözlərini qəlbdən keçirmək;
2-Bədənin
baş və boyun hissəsini yumaq;
3-Çiyindən
ayağa qədər bədənin sağ tərəfini yumaq;
4-Çiyindən
ayağa qədər bədənin sol tərəfini yumaq;
Yaxud,
əvvəl baş və boyun hissəsini və sonra sağ və daha sonra isə sol tərəflərin suda
batırmaqla da qüsl etmək olar.
Hər
iki qaydada edilən qüsl, şəriət baxımından düzgün sayılır.
Qeyd
etmək lazımdır ki, islam şəriətində vacib və müstəhəb qüsulların hamısı bu qayda
ilə həyata keçirilir.