DataLife Engine > Muxtelif - Разное > Muhammed Alini candan sevenler

Muhammed Alini candan sevenler


31 января 2007. Разместил: Ismail

Şah İsmail Xətai – Muhəmməd Əlini candan sevənlər

 Muhəmməd Əlini candan sevənlər
Yorulub yollarda qalmaz İnşallah
İmam Həsənin üzün görənlər
Hüseyindən məhrum olmaz İnşallah

İmam Zeynəldən bir dolu içdim
İmam Baqirdə qaynayıb coşdum
İmam Cəfərə vardım yetişdim
Bundan özgə yola sapmaz İnşallah

İmam Musadan gələn ərənlər
Can baş fəda edib cəmlər görənlər
İmam Rızaya Zəhər Verənlər
Divanda şəfaət bulmaz İnşallah

Bir gün olar oxudarlar dəftəri
Şah oğlunun belindədir təbəri
Oyanırsa Təqi Nəqi Əskəri
Açılan gülümüz solmaz İnşallah

Xətai dər bu iş bizi bitirə
Özünü qata gör ulu qatara
Mehdi şövqü bu cahanı tutar a
Şah oğluna sitəm olmaz İnşallah