Namazin vacibati
Namazın vacib əməlləri 11-dir:
1-Niyyət,
2-Təkbirətul-ehram, (yə’ni namazın əvvəlində “Allahu əkbər”
demək),
3-Qiyam (yə’ni ayaq üstə durmaq),
4-Qiraət,
5-Rüku,
6-Səcdə,
7-Zikr,
8-Təşəhhüd,
9-Salam,
10-Tərtib,
11-Muvalat (yə’ni namazın hissələrini dalbadal, fasiləsiz
demək).
Niyyət
Insan namazın əvvəlindən axırına qədər nə etdiyini bilməli və onu
Allah-Taalanın əmrini yerinə yetirmək niyyəti ilə qılmalıdır.
Təkbirətul-ehram
Namaz “Allahu Əkbər” deməklə başlayır və buna
təkbirətul-ehram deyilir. Çünki, bu təkbiri deməklə namazdan qabaq halal
olan bir çox işlər (yemək, içmək, gülmək, ağlamaq və s.) namaz qılana haram olur.
Təkbirətül-ehramı, habelə namaz əsnasındakı sair təkbirləri deyəndə əlləri
qulaqların müqabilinə qədər qaldırmaq müstəhəbdir.
Qiyam
Qiyam–yə’ni ayaq üstə durmaq. Namaz qılan
təkbirətül-ehramı və qiraəti qiyam halında, bədənin aram olduğu halda yerinə
yetirməlidir.
“Həmd”("Fatihə")
surəsi
“Bismilləhir-rahmənir-rahim”
“Əlhəmdu lilləhi
Rabbil-aləmin”
“Ər-rahmənir-rahim”
“Maliki
yəvmiddin”
“İyyəkə
nə’budu və iyyəkə
nəstəin”
“İhdinəs-siratal
mustəqim”
“Siratal-ləzinə
ən’əmtə ələyhim”
“Ğəyril-məğzubi ələyhim vələzzallin”
“Tovhid”("İxlas")
surəsi
“Bismilləhir-rahmanir-rahim”
“Qul huvəllahu əhəd”
“Allahus-saməd”
“Ləm yəlid və ləm yuləd”
“Və ləm yəkul
ləhu kufuvən əhəd”
Təsbihati-ərbəə
Namazın üçüncü və dördüncü rəkətlərində, ya təkcə Həmd, ya da üç
dəfə təsbihati-ərbəə. deyilməlidir Bir dəfə də deyilsə kifayətdir.
“Subhənəllahi
vəlhəmdu lilləhi
və lə
iləhə
illəllahu vəllahu əkbər.”
Kişilər və oğlanlar sübh, məğrib, işa namazının 1-ci və 2-ci
rəkətində Həmdi və Surəni ucadan oxumalıdırlar. Qadınlar və qızlar naməhrəm
şəxslər səslərini eşitməzsə, ucadan qıla bilərlər. Amma əgər naməhrəm onların
səsini eşitsə, ehtiyat-vacibə görə ahəstə qılmalıdırlar.
*Namazın üçüncü və dördüncü rəkətlərində Həmd, yaxud
təsbihati-ərbəə alçaqdan, ahəstə oxunmalıdır.
* Zöhr və əsr namazının 1-ci və 2-ci rəkətində də Həmd və Surə
ahəstə oxunmalıdır.
Əgər insan namazı ucadan qılmalı olduğu yerdə qəsdən alçaqdan və
ya alçaqdan qılmalı olduğu yerdə qəsdən ucadan qılsa namazı batildir.
Ruku
Namaz qılan hər rəkətdə qiraətdən sonra o qədər əyilməlidir ki,
əllərini dizinə qoya bilsin. Bu əmələ “ruku” deyilir. Rukuda zikr demək vacibdir.
Rukunun zikri deyildiyi vaxt, bədən aram olmalıdır.
Əgər rüku həddinə qədər əyilməzdən və bədən aram olmazdan qabaq
rükunun zikrini desə, namazı batildir.
Əgər vacibi zikr qurtarmazdan əvvəl qəsdən başını rükudan
qaldırsa, namazı batildir.
Rukunun zikri:
Üç dəfə “Subhənəllah”
və ya
Bir dəfə “Subhənə
Rabbiyəl-əzimi
və bi həmdih”
Səcdə
“Səcdə” o əməldir ki, alın, əllərin içi, dizlərin gözü və iki
ayağın baş barmağının usu yerə qoyulsun. Səcdə halında zikr demək vacibdir.
Səcdənin zikri:
Üç dəfə “Subhənəllah”
və ya
Bir dəfə “Subhənə
Rabbiyəl-ə’la
və bi həmdih”.
Səcdənin zikri deyilən vaxt bədən aram olmalıdır.
Namaz qılan şəxs səcdədə alnını yerə, yaxud yerdən göyərib
geyilib, yeyilən olmayan şeylərə (çubuq, ağas yarpağı və s.) qoymalıdır.
Səcdə üçün hər şeydən yaxşı Həzrət Seyyiduş-Şühəda Imam Hüseyn (əleyis-salam)-ın
türbətidir. Ondan sonra:
* adi torpaq;
* daş;
* bitgilər.
Təşəhhüd
Vacibi namazların ikinci və axırıncı rəkətində ikinci səcdədən
sonra oturub bədənin aram olduğu halda təşəhhüd oxumalıdır. Yə’ni deməlidir:
“Əşhədu əl
lə
iləhə
illəllah, vəhdəhu lə
şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rasuluh.
Allahummə salli
əla Muhəmmədin və Ali-Muhəmməd.”
Salam
Namazın axırıncı rəkətində təşəhhüddən sonra salamı deyib namazı
qurtarmaq lazımdır.
“Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rahmətullahi
və bərakatuh”.
“Əssəlamu ələyna və əla ibadillahis-salihin”.
“Əssəlamu ələykum və rahmətullahi
və bərakətuh”
Tərtib
Namaz gərək bu tərtiblə qılınsın:
Niyyət, təkbirətül-ehram, qiraət, rüku, səcdə və ikinci rəkətdə
səcdələrdən sonra təşəhhüd və axırıncı rəkətdə təşəhhüddən sonra salam desin.
Muvalat
Muvalat–yə’ni namazın hissələrini bir-birinin ardınca yerinə
yetirməli, aralarında fasilə salmamalıdır.
Namazin müstəhəb əməlləri
1.Namazdan qabaq azan-iqamə, xüsusilə iqamə demək çox bəyənilmiş
əməllərdən biridir. Bu isə vacib namazlara aiddir və müstəhəb namazlarda azan və
iqamə demək müstəhəb sayılmır.
2.Azan və iqaməni başqasından da dinləmək kifayətdir. Elə buna
görə də camaat namazı üçün bir nəfər azan və iqamə deyə bilər.
Islam Peyğəmbəri Həzrət Məhəmmədin (səlləllahu ələyhi və alihi və
səlləm) adını azan və iqamədə dilə gətirdikdə, Ona və Əhli-beytinə (ə) salavat
göndərmək, həmçinin azan və iqamədə həzrət Əmirəl-mö᾽minin
(ə)-ın vilayətinə şəhadət vermək müstəhəbdir.
Azan ilə iqamənin üç fərqi vardır:
1.Azanın əvvəlində deyilən təkbir dörd dəfə, iqamədə isə iki
dəfədir;
2.Azanın sonunda deyilən «La ilahə illəllah» sözü iki dəfə,
iqamədə isə bir dəfədir.
3-Iqamədə «həyyə əla xəyril əməl» sözündən sonra «Qəd
qamətis-səlah» sözü əlavə olunur.
⁂Namazda
yalnız namazın əvvəlində deyilən təkbirətül-ehram vacibdir. Rükudan qalxdıqda,
səcdələrə getməzdən əvvəl və birinci səcdədən sonra, həmçinin ikinci səcdədən
qabaq və sonra deyilən təkbirlər isə müstəhəbdir.
⁂Təkbir
dedikdə əlləri qaldırmamaq olar. Amma təkbir deyərkən əlləri barmaqları
bitişdirən halda qulaqların müqabilinədək qaldırmaq müstəhəbdir. Bu isə Allah-taala
qarşısında təslim olmaq mə᾽nasındadır.
⁂Rüku
və səcdələrdə çoxlu zikr demək; (məsələn, Subhanəllah zikrini beş və ya yeddi
dəfə və ya daha artıq təkrar etmək, həmçinin rüku və səcdədə həzrət Peyğəmbər
(s) və onun Əhli-beytinə (ə) salavat göndərmək müstəhəbdir.
⁂Təşəhhüddən
qabaq «Əlhəmdulillah» və ya «Bismillahi və billah və əsmaul-husna lillah»
sözlərini deyib daha sonra təşəhhüdü oxumaq, həmçinin təşəhhüddən sonra «Və
təqəbbəl şəfaətəhu vərfə᾽
dərəcətəh» zikrini də demək müstəhəb sayılır.
⁂Namazın
növbəti rəkətlərinə qalxdıqda «Bihəvlillahi və quvvətihi əqumu və əq᾽ud»
zikrini demək müstəhəbdir.
⁂Namazın
ikinci rəkətinin rükusundan qabaq qunut tutmaq (yə᾽ni
dünya və axirət işləri üçün dua etmək) müstəhəbdir. Həmçinin qunutda öz
hacətlərini və habelə haqqında dua etmək məsləhət olan şəxslər üçün dua etmək də
caizdir. Qeyd etmək lazımdır ki, qunutu əlləri qaldırmadan da oxumaq olar, amma
yaxşı olar ki, qunut oxuyan halda əlləri çənənin bərabərinə qədər açıq halda
qaldıraq.
⁂Namazın
rüku, səcdə və digər əsnasında dua edib Allahdan hacətlərini istəmək caizdir.
⁂Hər
bir namaz öz vaxtında məsciddə qılınsa daha yaxşı olar, xüsusi ilə Sübh, Məğrib
və Işa namazlarını camaatla birgə qılmaq müstəhəb sayılır.
⁂Namazda
təmkinli olmaq müstəhəb, onu sür᾽ətlə
qılmaq isə məkruhdur.
⁂Namazı
düşüncə ilə qılıb Allahı yad etmək müstəhəbdir. Belə ki, namazda hər nə qədər
özünü mülahizə etsən, fikrin başqa işlərə gedəcəkdir. Allah-taala Qur᾽ani-kərimdə
buyurmuşdur:
«Qəd əfləhəl mu᾽minun.
Əlləzinə hum fi səlatihim xaşiun»
«Həqiqətən mö᾽minlər
nicat tapmışlar…!
O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən
yalnız Allaha) müt᾽i
olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)» (Mu᾽minun
surəsi/1-2).
Namazi batil edən şeylər
Namaz qılan şəxs təkbirətül-ehramı deyərək namaza başlayandan
qurtarana qədər bə’zi işlər ona haram olur. Əgər namaz halında onların birini
etsə namazı batildir. O cümlədən:
1-Danışmaq, bilərəkdən, mə’nası olan iki hərf;
2-Gülmək, bilərəkdən, uca səslə;
3-Ağlamaq, dünya işləri üçün, uca səslə;
4-Üzü qiblədən başqa tərəfə döndərmək;
5-Yemək və içmək;
6-Namazın surətini (formasını) pozmaq;
7-Namazın rükünlərini azaltmaq və ya çoxaltmaq. Rükun olmayan
yerlərdə əgər bilərəkdən edərsə batil, səhvən edərsə səhihdir.
8-Iki və üç rükətli namazlarda birinci və ikinci rükətlərdə şəkk
edərsə;
9-Namazın şərtlərini aradan aparan şeylər;
10-Dəstəmazın aradan getməsi;
11-Əlini əlinin üstünə qoyma;
12-həmddən sonra “Amin” demək.
Namazda məkruh olan şeylərdən bə’zisi
1-Gözləri yummaq;
2-Əllərlə, barmaqlarla oynamaq;
3-Həmdi və ya Surəni oxuyanda və ya zikrləri deyən vaxtda
başqasının sözünü eşitmək üçün səsi alçaltmaq;
4-Allah dərgahında xüzu və xüşunu aradan aparan hər hansı bir
işlə məşğul olmaq;
5-Üzü azacıq sağa və ya sola döndərmək (çünki çox döndərmək
namazı batil edir).
Namazin tərcüməsi
Təkbirətul-ehram:
“Allahu əkbər”
Allah hər şeydən böyükdür.
Həmd surəsi:
“Bismilləhir-rahmanir-rahim”
Bağışlayan və mehriban Allahın adı ilə.
“Əlhəmdu lilləhi
Rabbil-aləmin”
Həmd-səna və tə᾽rif
aləmlərin Rəbbi olan Allah üçündür.
“Ər-rahmanir-rahim”
Rəhm edənlərin rəhm edənidir.
“Maliki yəvmiddin”.
Qiyamət gününün sahibidir.
“İyyəkə
nə’budu və iyyəkə
nəstəin”.
Ilahi! Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
“İhdinəs-siratal
mustəqim”
Bizi doğru yola hidayət et.
“Siratal-ləzinə
ən’əmtə ələyhim”
O kəslərin yoluna ki, onlara ne᾽mət
vermisən,
“Ğəyril-məğzubi ələyhim vələzzallin”.
qəzəb etdiyin şəxslərin və azğınların yoluna yox.
Ixlas (Tovhid) surəsi:
“Bismilləhir-rahmanir-rahim”
Bağışlayan və mehriban Allahın adı ilə.
“Qul huvəllahu əhəd”
De ki, odur yeganə Allah.
“Allahus-saməd”
(O) Allah ehtiyacsızdır.
“Ləm yəlid və ləm yuləd”
Doğmayıb, doğulmayıb
“Və ləm
yəkul
ləhu kufuvən əhəd”
Və ona tay olan bir kəs yoxdur.
Rükunun zikri:
“Subhənə
Rabbiyəl-əzimi
və bihəmdih”
Mənim böyük Pərvərdigarımı hər eyb və nöqsandan pak və münəzzəh
bilib Ona həmd-sitayiş edirəm.
Səcdənin zikri
“Subhənə
Rabbiyəl-ə’la
və bihəmdih”
Mənim hamıdan uca məqamlı Pərvərdigarımı hər eyb və nöqsandan
pak və münəzzəh bilib Ona həmd-sitayiş edirəm.
Təsbihati-ərbəənin tərcüməsi
“Subhənəllahi
vəlhəmdu lilləhi
və lə
iləhə
illəllahu vəllahu əkbər”
Hər eyb və nöqsandan pak və münəzzəhdir Allah, həmd, tə’rif
yalnız Allaha məxsusdur, Allahdan başqa heç bir mə’bud yoxdur. Allah hamıdan
böyükdür.
Təşəhhüd:
“Əşhədu əl
lə
iləhə
illəllah, vəhdəhu lə
şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rasuluh.
Allahummə salli
əla Muhəmmədin və Ali-Muhəmməd.”
