DataLife Engine > Islam > Namaz 4. Azan

Namaz 4. Azan


28 ˙íâŕđ˙ 2007. Đŕçěĺńňčë: Ismail

NAMAZ

Bir neçə məsələ

1-Namaz yalnız düzgün dəstəmazla qəbul olunur. Buna görə də düzgün dəstəmaz almalı və bilmədiklərimizi soruşub öyrənməliyik.

2-Istər namaz vaxtından qabaq, istərsə də sonra «qürbətən iləllah» niyyəti ilə dəstəmaz almaq olar.

3-Dəstəmazlı olan halda onun batil olub-olmaması haqda şəkk etsən, onun batil olmadığını qəbul etməlisən və bu halda dəstəmazlı sayılırsan.

4-Dəstəmazlı olmadıqda isə, dəstəmaz alıb-almamağın barədə şəkk etsən, dəstəmazsız olduğunu qəbul etməli və yenidən dəstəmaz almalısan.

Qüsl və təyəmmümdə şəkk edən şəxsin də hökmü belədir.

Namaz dinin ən mühüm əməllərindəndir ki, əgər Allah-Taalanın dərgahında qəbul olsa, sair ibadətlər də qəbul olar; yox əgər qəbul olunmazsa sair əməllər də qəbul olunmaz. Necə ki, insan gündə beş dəfə çayda çimsə, bədəni çirkdən təmizləndiyi kimi beşlik təşkil edən namazlar da insanı günahlardan təmizləyir. Daha yaxşı olar ki, insan namazı vaxtın əvvəlində qılsın. Hər kəs namazı alçaq və yüngül saysa, namaz qılmayanlar kimidir. Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Namaza əhəmiyyət verməyən və onu yüngül sayan kəs axirət əzabına layiqdir.”

Günlərin birində Həzrəti Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məsciddə idi. Bir kişi məscidə daxil olub namaza başladı, amma rüku və səcdəni layiqinsə yerinə yetirmədi. Həzrət buyurdu: “Əgər bu kişi, namazı belə olan halda dünyadan getsə, mənim dinimdə dünyadan getməyib.” Deməli, insan gərək namazı əlüstü və tə’cili halda qılmasın. Namaz halında Allahı yad etsin, xüzu və xüşu və vüqarlı olsun. Xatırlasın ki, kiminlə danışır. Özünü Allahın böyüklüyü və əzəməti qarşısında çox zəlil və əhəmiyyətsiz görsün. Əgər insan namaz vaxtı bu məsələlərə tam diqqət yetirsə, özündən xəbərsiz olar. Necə ki, namaz halında oxu Əli (əleyhis-salam)-ın mübarək ayağından çıxartdılar və O Həzrət bunu hiss etmədi.

Həmçinin, namaz qılan şəxs tövbə və istiğfar etməli, namazın Allah dərgahında qəbul olmasının qarşısını alan günahları (həsəd, təkəbbür, qeybət, haram mal yemək, məstedici şeylər içmək, xums-zəkat verməmək, ümumiyyətlə hər günahı) tərk etsin. Həmçinin, daha yaxşı olar ki, namazın savabını azaldan işləri də görməsin. Məsələn, yuxulu halda, sidiyin qabağını zorla saxladığı halda namaza dayanmasın, namazda göylərə tərəf baxmasın. Həmçinin namazın savabını artıran əməlləri yerinə yetirsin: əqiq üzük taxsın, pak-pakizə paltarlar geysin, başını darayıb, dişlərini yusun, özünü ətirləsin.

***

Kişi və qadın üçün müstəhəbdir ki, gündəlik namazlardan əvvəl azan və iqamə desinlər. Amma Fitir və Qurban bayramı namazlarından qabaq müstəhəbdir ki, üç dəfə “əs-səlat”, sair vacib namazlarda isə üç dəfə “əs-səlat” rəca niyyəti ilə deyilsin. Müstəhəbdir ki, uşağın dünyaya gəldiyi ilk gündə, yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azanı, sol qulağına isə iqaməni desinlər.

Azan

“Allahu əkbər”                                                                                       4 dəfə

“Əşhədu ən la ilahə illəllah”                                                                 2 dəfə

“Əşhədu ənnə Muhəmmədən Rəsulullah”                                         2 dəfə

“Əşhədu ənnə Əmirəl-mu’mininə Əliyyən vəliyyullah”                  2dəfə

(Bu zikr azanın tərkib hissəsi deyildir və savab qəsdi ilə deyilir.)

“Həyyə ələssəlat”                                                                                   2 dəfə

“Həyyə ələlfəlah”                                                                                  2 dəfə

“Həyyə əla xəyril əməl”                                                                        2 dəfə

“Allahu əkbər”                                                                                       2 dəfə

“La ilahə illəllah”                                                                                    2 dəfə

Iqamə

“Allahu əkbər”                                                                                       2 dəfə

“Əşhədu ən la ilahə illəllah”                                                                 2 dəfə

“Əşhədu ənnə Muhəmmədən Rəsulullah”                                         2 dəfə

“Əşhədu ənnə Əmirəl-mu’mininə Əliyyən vəliyyullah”                  2dəfə

(Bu zikr azanın tərkib hissəsi deyildir və savab qəsdi ilə deyilir.)

“Həyyə ələssəlat”                                                                                   2 dəfə

“Həyyə ələlfəlah”                                                                                  2 dəfə

“Həyyə əla xəyril əməl”                                                                        2 dəfə

“Qəd qamətissəlat”                                                                                2 dəfə

“Allahu əkbər”                                                                                       2 dəfə

“La ilahə illəllah”                                                                                    1 dəfə

Necə namaz qilmaliyiq

Namaz iki növ əməldən təşkil olunmuşdur:

1)Hərəkət və vəziyyətlər;

2)Tilavətlər.

Hərəkət və vəziyyətlər aşağıdakılardan ibarətdir:

1-Düz və aram dayanmaq;

2-Rüku; (əyilmək);

3-Səcdə; (alını yerə və ya möhürə qoymaq);

4-Təşəhhüd və salam demək üçün əyləşmək;

Tilavətlər (oxunuşlar) isə aşağıdakılardır:

1-Allahu əkbər;

2-Fatihə və surə;

3-Rüku və səcdələrin zikri;

4-Allah və Onun Rəsuluna şəhadət vermək, sonra Allahdan həzrət Peyğəmbər (s) və onun Əhli-beyti üçün bərəkət və rəhmət diləmək və daha sonra salam demək. Bununla da namaz sona yetir.

Bizə vacib olan gündəlik namazlar aşağıdakılardan ibarətdir:

1-Sübh namazı                                      Iki rəkət;

2-Zöhr namazı                                       Dörd rəkət;

3-Əsr namazı                                         Dörd rəkət;

4-Məğrib namazı                                  Üç rəkət;

5-Işa namazı                                           Dörd rəkət.

Namazın hər bir rəkəti qiyam (ayaq üstə durmaq), qiraət (oxunuş), rüku və səcdələrdən təşkil olunmuşdur.

Hər iki rəkətdən sonra bir təşəhhüd və hər namazın sonunda isə bir təşəhhüd və bir salam oxunmalıdır.

Cümə günlərində qılınan Cümə namazı Zöhr namazını əvəz edir və iki rəkət qılınır.

Iki rəkətdən ibarət olan Sübh namazının qılanma qaydasını öyrəndikdə, başqa vacib namazların qılınma qaydasını da öyrənmək sənin üçün asanlaşacaqdır.