Təyəmmüm
Təyəmmümdə vacib olan işlər
Təyəmmümdə dörd şey vacibdir:
1-Niyyət;
2-Iki
əlin içini, təyəmmümün səhih olduğu şeyə vurmaq;
3-Iki
əli birlikdə alnın hər yerinə və onun iki tərəfinə: tüklər göyərən yerdən
qaşlara qədər və burunun üst tərəfinə çəkmək. Ehtiyat-vacibə görə əllər qaşların
da üstünə çəkilməlidir.
4-Sol
əlin içini sağ əlin üstünün hər yerinə və sağ əlin içini sol əlin üstünə eyni
qayda ilə çəkmək.
Təyəmmün lazım olduğu hallar
Bir
neçə halda dəstəmaz və qusul əvəzindən təyəmmüm almaq lazımdır.
BIRINCI: Dəstəmaz və qusul almaq üçün lazım olan suyu
tapmaq mümkün olmasa;
IKINCI: Əgər bir kəs qocalıq səbəbilə, yaxud oğrudan,
yırtıcı heyvandan və s. kimi şeylərdən qorxmaq və yaxud da suyu quyudan
çıxartmaq üçün lazımi avadanlığın olmaması səbəbilə su əldə edə bilməsə,
təyəmmüm etməlidir.
ÜÇÜNCÜ: Əgər bir kəs suyun işlədilməsinin səhhətinə zərər
verəcəyindən, yaxud onu istifadə edəcəyi halda hər hansı bir xəstəlik və eybin
vücuda gələcəyindən, yaxud xəstəliyinin uzanacağından, şiddətlənəcəyindən və ya
çətinliklə müalicə olunacağından qorxsa, təyəmmüm etməlidir. Amma əgər isti
suyun zərəri olmasa, isti su ilə dəstəmaz və ya qusul etməlidir.
DÖRDÜNCÜ: Əgər insan suyu dəstəmaz və qusul üçün məsrəf
edəsəyi halda özü, əyalı, övladları, dostu və ona aid olan şəxslərin (nökər və
ya külfət) susuzluqdan öləsəklərindən, yaxud xəstələnəsəklərindən, yaxud da
dözülməsi məşəqqətli olan qədər susayasaqlarından qorxsa, dəstəmaz və qusul
əvəzindən təyəmmüm etməlidir. Həmçinin özünün, yaxud başqasının malı olan
heyvanın susuzluqdan tələf olmasıdan qorxsa, suyu onlara verib təyəmmüm
almalıdır. Həmçinin əgər, sanının hifzi vacib olan bir kəs çox susuz olsa və
suyu ona verməyəsəyi halda tələf olacaqsa, suyu ona verib təyəmmüm etməlidir.
BEŞINCI: Bədəni, yaxud paltarı nəcis olan və yalnız qusul
və dəstəmaza çatan qədər suyu olan bir kəs, dəstəmaz və qusul aldıqda, bədənini
və yaxud paltarını suya çəkmək üçün suyu qalmayacaqsa, bədənini və paltarını
suya çəkib təyəmmümlə namaz qılmalıdır. Amma əgər təyəmmüm almaq üçün bir şeyi
olmasa, o suyu dəstəmaz və qusul üçün istifadə edib, nəcis bədən və ya paltarla
namaz qılmalıdır.
ALTINCI: Əgər istifadəsi haram olan su və ya qabdan başqa
bir suyu və ya qabı olmazsa (məsələn, suyu, yaxud qabı qəsbi olsa və ondan da
başqa suyu və yaxud qabı olmasa), dəstəmaz və ya qusul yerinə təyəmmüm etməlidir.
YEDDINCI: Əgər vaxt çox az olsa və dəstəmaz, yaxud qusul
alacağı təqdirdə namazın hamısı, yaxud bir miqdarı namazın vaxtından sonra
qılınacaqsa (qəza olacaqsa), təyəmmüm etməlidir.
Təyəmmümün səhih olduğu şeylər
Təyəmmüm torpağa, quma, kəsəyə, daşa (əgər pak olsalar) səhihdir. Həmçinin,
bişmiş palçığa (kərpis, kuzə və s.) səhih deyil. Gəc daşına, əhəng daşına, qara
mərmər daşına və s. növlərdən olan daşlara təyəmmüm etmək səhih deyil. Məgər ki,
gəc daşı və s. bişməsə səhihdir.
Təyəmmümün qaydası
1.Əlləri
qoşalayıb təyəmmümün səhih olduğu şeyin üzərinə vururuq.

2.
Sonra əlləri qoşa şəkildə alının tük bitən yerindən qaşların üstünə və burunun
ucuna kimi çəkirik.

3. Sol
əli (əl tərpənməməlidir) sağ əlin üstünə (biləkdən barmaqların ucuna qədər)
çəkirik.

4. Sağ
əli də eyni qaydada sol əlin üzərinə çəkirik.
