Namaz 2 » Islam Ислам :: Xeberler Новости :: Video Видео :: Futbol :: Zarafatlar Шутки :: Resmler Картинки :: Oyunlar Игры :: Intellektual Интеллектуальный :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Программы :: Flash :: Derslikler Учебники :: Muxtelif Разное

 

Menyu
Mahnılar
Samanyolu TV (birbaşa izlə)
Radio
Axtarış / Поиск:
Kalendar
Reklam

 

 

 

                       
Islam / Namaz 2


Dəstəmaz

Ümumi mə`lumat

Dəstəmaz alarkən niyyət etmək vacibdir. Məsələn, niyyət edib desin ki, namaz qılmaq (və ya hər hansı ibadəti yerinə yetirmək) üçün dəstəmaz alıram qürbətən iləllah. (illəllah” demək tam əks mə’na verir bu barədə diqqətli olmaq lazımdır.) Və bu iş Allahın əmrini yerinə yetrimək üçün olmalıdır, əgər başqa niyyətlə olarsa, məsələn, sərinləmək və ya özünü başqasına göstərmək üçün olarsa, batildir.

Dəstəmazda vacibdir ki, üz və əllər yuyulsun. Başın qabaq tərəfinə və ayaqların üstünə məsh edilsin.

Üzü yuyandan sonra əvvəlcə sağ əli, sonra isə sol əli dirsəkdən barmağın ucuna qədər yumaq lazımdır.

* Dirsəyin tamamilə yuyulmasını yəqin etmək üçün bir az dirsəkdən yuxarı yuyulmalıdır.

Dəstəmazda üzü və əlləri yumaq birinci dəfə vacib, ikinci dəfə caiz, üçüncü və daha artıq dəfələrdə isə haramdır.

Əlləri yuduqdan sonra əldə qalan dəstəmaz suyu ilə başın qabaq tərəfinə məsh edilməlidir. Sağ əllə məsh edilməsi ehtiyat vacibdir. Yuxarıdan aşağı olması isə müstəhəbdir.

Başın alın tərəfində olan dörd qismətdən biri məsh yeridir. Onun hər hansı yerinə, məsh qədərində çəksələr kifayətdir. Amma ehtiyat-müstəhəb budur ki, uzunluğu bir barmağın uzunluğu, eni isə üç bağlı barmaq qədər məsh etsin.

Başı məsh etdikdən sonra, əldə qalan dəstəmaz suyu ilə ayaqlara–barmaqlardan birinin ucundan, ayağın üstündə olan çıxıntıya qədər məsh etməlidir.

* Corabın və ya ayaqqabının üstündən məsh çəkmək batildir.

Dəstəmaz alinmasi vacib olan əməllər

Altı şey üçün dəstəmaz almaq vacibdir:

1-Meyyit namazından başqa sair vacibi namazlar üçün;

2-Unudulmuş təşəhhüd və səcdə və ehtiyat vacibə görə səcdeyi-səhv üçün; (Əgər onlar ilə qıldığı namaz arasında hədəs (sidik kimi) baş vermiş olarsa.)

3-Kə’bənin vacibi təvafı üçün;

4-Dəstəmaz alması üçün Allah ilə əhd bağlasa, and içsə və ya nəzir etsə;

5-Əgər bədənin hər hansı yerini Qur’anın yazılarına vurmağı nəzir etmişsə;

6-Nəcis olmuş Qur’anı suya çəkmək, yaxud onu, tualet və s. kimi yerlərə düşdüyü halda çıxartmaq üçün-əgər əli və bədənin başqa yerlərini Qur’anın yazılarına vurmağa məcbur olsalar. Amma dəstəmaz almaq qədərindəki fasilədə Qur’ana ehtiramsızlıq olarsa, dəstəmaz almadan Qur’anı tualetdən çıxartmaq, yaxud nəcis olduğu halda suya çəkmək lazımdır. Mümkün qədər gərək Qur’anın yazısına əl vurulmasın.

Dəstəmazın düzgün olma şərtləri

1-ci şərt: suyu pak olsun.

2-ci şərt: dəstəmazın suyu mütləq olsun.

3-cü şərt: dəstəmazın suyu mübah olsun (qəsbi olmasın) və dəstəmaz alınan yerin fəzası da mübah olsun.

4-cü şərt: dəstəmazın suyunun qabı da mübah olsun.

5-ci şərt: dəstəmazın suyunun qabı qızıl və ya gümüş olmasın.

6-cı şərt: dəstəmaz üzvləri yuyulduqda və məsh edildikdə pak olsun.

7-ci şərt: namaz və ya dəstəmaz üçün kifayət qədər vaxt olsun.

8-ci şərt: dəstəmazı qürbət qəsdi ilə, yə’ni Allah Təbarək və Təalanın əmrini yerinə yetirmək üçün dəstəmaz alsın. Amma sərinləmək, yaxud başqa məqsədlə dəstəmaz alsa, batildir.

9-cu şərt: dəstəmazı əvvəldə qeyd olunan ardıcıllıqla yerinə yetirsin. Yə’ni əvvəlcə üzünü, sonra sağ əlini, daha sonra sol əlini yuyub əvvəlcə başına, sonra isə ayaqlarına məsh etsin. Ehtiyat-vacibə görə sağ ayağa sol ayaqdan əvvəl məsh etsin. Əgər bu ardıcıllıqla alınmasa, batildir. Ayaqların məshində sağı soldan qabağa salmaq müstəhəbbidir. Sağ ilə solu bir yerdə məsh etmək olar. Amma əgər solu sağdan müqəddəm etsə dəstəmazı batildir.

10-cu şərt: dəstəmazın əməllərini fasiləsiz olaraq yerinə yetirsin.

11-ci şərt: üzün, əllərin yuyulmasını, başa və ayağa məsh çəkilməsini insanın özü yerinə yetirsin: başqası ona dəstəmaz alsa, yaxud kömək etsə, dəstəmazı batildir.

12-ci şərt: sudan istifadə olunmasının şəxsə heç bir maneəsi olmasın.

13-cü şərt: dəstəmazın üzvlərində suyun bədənə dəyməsinin qarşısını alan maneə olmasın.

Dəstəmaz almağın qaydası

1)Niyyət etmək: «dəstəmaz alıram qürbətən iləl-lah» sözlərini qəlbdən keçirmək;

2)Üzü alının tük bitən hissəsindən çənəyə qədər yumaq;

3)Sağ qolu dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq;

4)Sol qolu dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq;

5)Sağ əlin rütubəti ilə başın qabaq hissəsinə məsh çəkmək;

6)Sağ əlin rütubəti ilə sağ ayağın barmaqlarının ucundan ayağın üstündəki dik yerə qədər məsh çəkmək;

7)Sol əlin rütubəti ilə sol ayağın barmaqlarının ucundan ayağın üstündəki dik yerə qədər məsh çəkmək;

Baş və ya ayaqlar yaş olarsa, məsh etməzdən qabaq onları qurulamaq vacibdir. Amma quruladıqdan sonra qalmış rütubətin eybi yoxdur. Dəstəmazdan qabaq ayaq və qolların qurulanması isə vacib deyildir.

Dəstəmazin müstəhəb əməlləri

1-Üzü yumazdan qabaq əlləri yumaq;

2-Ağıza su alıb yaxalamaq;

3-Buruna su alıb yaxalamaq;

4-Aşağıdakı duaları oxumaq:

Dəstəmazın əvvəlində suyu tökərkən desin:

«Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahil-ləzi cə᾽ələl-maə təhurən və ləm yəc᾽əlhu nəcisən»

Yə᾽ni: Bağışlayan və mehriban Allahın adı ilə. Bütün həmd və sitayişlər suyu murdar deyil, pak və pakedici yaradan Allaha məxsusdur.»

Üzü yuyarkən belə desin:

«Allahummə bəyyiz vəchi yəvmə təsvəddu fihil-vüsuhu və la tusəvvid vəchi yəvmə təbyəzzu fihil-vucuh»

Yə᾽ni: Ilahi! Üzlər qaraldığı gündə mənim üzümü ağ et və üzlər ağardığı gündə mənim üzümü qara etmə.

Sağ qolu yuduqda desin:

«Allahummə ə᾽ətini kitabi biyəmini vəl-xuldə fil-cinani biyəsari və hasibni hisabən yəsira»

Yə᾽ni: Ilahi! Mənim əməl kitabımı sağ əlimə, Behiştdə əbədi qalmaq üçün icazənaməni isə sol əlimə ver, mənim hesabımı çox yüngül et.

Sol qolu yuduqda desin:

«Allahummə la tu᾽tini kitabi bişimali vəla təc᾽əlaha məğlulətən ila unuqi və əuzu bikə min muqəttiatin-niran»

Yə᾽ni: Ilahi! Mənim əməl kitabımı sol əlimə vermə və onu boynumun zəncirinə çevirmə və oddan hazırlanmış paltarlardan Sənə pənah aparıram.

Başa məsh etdikdə desin:

«Allahummə ğəşşini birəhmətikə və əfvikə və bərəkatik»

Yə᾽ni: Ilahi! Məni Öz rəhmət, əfv və bərəkətinlə bürü.»

Ayaqlara məsh etdikdə desin:

«Allahummə səbbitni ələs-sirati yəvmə təzillu fihil-əqdamu vəc᾽əl sə᾽yi fima yurzikə ənni»

Yə᾽ni: Ilahi! Ayaqlar lərzəyə düşüb titrədiyi zaman məni siratda sabit saxla, sə᾽y və təlaşımı Səni məndən razı edən yollarda qərar ver.

Cəbirə dəstəmazinin hökmü

Yaraya, sınmış üzvə bağlanan parça, yara və bu kimi şeylərin üzərinə qoyulan dərman cəbirə adlanır.

Əgər dəstəmaz üzvlərindən birində yara, çiban, sınıq olsa belə ki, onun üzü açıq olsa və suyun da ona zərəri olmasa gərək adi qaydada dəstəmaz alına və bu zaman cəbirə lazım deyil.

Əgər yara və çiban üz və əllərdədirsə və onun üstü açıqdırsa, suyun onun üzərinə tökməyin zərəri varsa, onda əgər yaş əli çəkməyin zərəri olmasa ehtiyat vacibə görə yaş əli onun üzərinə çəkib, pak parçanı onun üzərinə qoyub yenə yaş əli onun üzərinə çəksin və əgər bu əməlin də ziyanı olsa və yaxud çiban və yaranın yeri nəcis olmuş olsa və yaxud yaş əli çibanın və yaranın üzərinə çəkə bilməsə gərək yaranın və çibanın ətrafına dəstəmazda deyildiyi kimi, əlini çəkə və ehtiyat vacibə görə üzərinə parça qoyub yaş əl ilə üzərinə məsh çəkə. Əgər parçanı üzərinə qoymaq mümkün olmasa yaranın və çibanın ətrafını yuyub ehtiyat vacibə görə təyəmmüm də etməlidir.

Əgər yara və çiban başın qabağında ya ayaqların üzərindədirsə və onun üstü açıqdırsa, onların üzərinə məsh edə bilmirsə (yara bütün məsh yerini tutubsa), yaxud başqa sağlam yerlərdə məsh etmək mümkün olmasa bu halda ehtiyat vacibə görə pak parçanı onun üzərinə qoyub əlində qalan dəstəmaz suyu ilə məsh edə; ehtiyat lazıma görə təyəmmüm etməlidir. Əgər parçanı qoymaq mümkün olmasa məsh çəkmək lazım deyil, amma gərək dəstəmazdan sonra təyəmmüm edə.

Əgər çibanın, yaranın və sınığın üzü bağlı olsa belə ki, onu açmaq mümkün olsa və suyun da ona zərəri olmasa gərək onu aça və dəstəmaz ala (bu yaranın və s əldə, üzdə, başın qabağında və yaxud ayaqların üzərində olmasının fərqi yoxdur).

Əgər yaranın olduğu üzvü açmaq mümkün olsa amma su vurmağın zərəri olsa o zaman yaş əl ilə onun üzərinə məsh çəkməyin zərəri olmasa ehtiyat vacibə görə yaş əl ilə onun üzərinə məsh çəkə və sonra pak olan parçanı onun üzərinə qoyub parça üzərindən də yaş əl ilə məsh çəkə.

Dəstəmazi batil edən şeylər

Aşağıda qeyd olunan işlərin hər hansı birindən sonra namaz üçün dəstəmaz almaq vacibdir. Qeyd etmək lazımdır ki, bu işlər «dəstəmazın səbəbləri»və ya «dəstəmazı batil edən şeylər» adlanır.

1-Sidik;

2-İfrazat;

3- İfrazat məxrəcindən xaric olan mə’də və ya bağırsaq yeli;

4-Gözün görmədiyi və qulağın eştmədiyi yuxu (amma əgər göz görməsə amma qulaq eşitsə və əksinə olduqda dəstəmaz batil olmaz);

5-Ağlı aradan aparan şeylər (dəlilik, məstlik, huşdan getmə kimi);

6-Qadının istihazəsi,

7-Qusul alması lazım olan işlər (cənabət kimi) və ehtiyat vacibə görə məss-meyyit.


 
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
#1 написал: lion317 (1 апреля 2007 22:49)

Meleklerin Yıkadığı Genç

Eshâb-ı kirâmdan Hanzala hazretlerinin henüz yeni evlendiği günün gecesiydi. Sevgili Peygamberimiz, eshâbını toplayarak islâma saldırmak ve yok etmek için bütün savaş hazırlıklarını tamamlayan Mekkeli müşriklere karşı harp yapılması kararını vermişlerdi. Harbe katılacak sahâbiler tek tek evinden çağırıldı. Harp haberini duyuran haberci, Hanzala nın evine uğradı. Bu karar ve resûlullah Efendimizin emri ona da ulaştı. Emri duyan Hanzala, boy abdesti alma fırsatını bulmadan Uhud a gitmek üzere hemen sahâbenin arkasından koşmaya başladı ve eshâbının arasına katıldı.

Harp sona erince Müslümanlar Medine ye dönmeye başladılar. Harbe iştirak edenlerin yakınları acaba bizden geriye dönen olacak mı heyecanı içerisinde yollara sıralanmışlardı. Bunların arasında henüz bir günlük evli olup, gece yarısı sevgili peygamberimizin emrine uyarak harbe giden ve şehitlik şerbeti içen hazreti Hanzala nın dul hanımı da vardı.Herkes büyük bir heyecanla harpten dönenlere yakınlarını soruyor, fakat hiç kimse kimseye cevap vermiyordu. Ancak sorulan soruları sevgili peygamberimiz (a.s) cevaplıyordu. En son olarak soru sorma sırası, şehit olan Hanzala nın hanımına gelmişti. Resûlullah Efendimize yaklaşarak:

- Ey! Allahın Resûlu! Hanzala nerede?

Sevgili peygamberimiz cevabında:

- Hanzala şehit oldu , buyurdu.

Bunun üzerine Hanzala nın hanımı:

- Yâ Resûlullah, şu anda söyleceğim bir aile sırrıdır. Sizler de biliyorsunuz ki, kocamla daha henüz ilk evlendiğimiz geceydi. Kocam Hanzala, sizin mübârek emrinize uyarak boy abdestini alamadan harbe katıldı. Bildiğiniz gibi şehit oldu. Bu sebeple, emir veriniz de kocamı bulsunlar ve yıkasınlar, dedi.

Bunun üzerine sevgili peygamberimiz hüzünlü bir şekilde:

- Sen Hanzala için hiç merak etme! Ben Hanzala yı rahmet suları ile melekler tarafından yıkanırken gördüm, buyurdu.
#2 написал: fediya (7 апреля 2007 17:33)

Salam! smile smile [COLOR=red]
#3 написал: kenanm (24 мая 2007 17:55)

ay ne yaxsi coxxx sagolun eee cox gozel 1deki kimde dini sekli varsa dindar_insan@yahoo.com a gondersin gozleyirem ve menim mailimi pay;ayin
Melumat
Eсли Вы хотите оставить комментарий к данной статье, то Вам необходимо зарегистрироваться на сайте.
Futbol
Reklam
Qaynar Xəbərlər
Dost saytlar
Maraqlı Mövzular
Sayta giriş/Вход на сайт
Loqin
Parol
 
Ən çox oxunan
  • Bir dəstə gül. ...
  • Burada nece nefer var?Diqqetne ...
  • Sevgi
  • Gulmek 100% likdir :)
  • Türkiye mescidleri
  • Mezeli Smsler
  • Mirt Smsler
  • Sevgi
  • Opera
  • Vayyy BU nediya ? :( Kim qurb ...
  • Baxin Oyrenin bu yalniz Azerba ...
  • Azrailin guzelligi
  • Qemli sevgi
  • Namaz
  • Sevgi Teklif
  • Avtosh
  • Karikatura
  • Ebedi sevgi...
  • DUANIN GÜCÜ
  • Necede gozeldirler ele deyilmi ...
  • Avtosh xariciler
  • Sevgi nedir?
  • Metro
  • Sevgili Peyğəmbə ...
  • Diqqet ele diqqetnen bax 12 ne ...
  • Melek
  • Somaliden . Ureyi zeyifler bax ...
  • Morda :))))))))))))))))
  • Mezeli smsler
  • Fazil Lənkərani a ...
  • Pishiye bax yamandir
  • Tank cooox maraqli oyundur men ...
  • Zengim Cell
  • Uşaqlar necede şirin ...
  • Meşhed
  • Karkikaturalar 20 edet
  • Kompyuter arxasinda oturanda b ...
  • 40 Yashindasin.
  • Mezeli smsler :)
  • Cox maraqli bir OYUN daha
  • Allah
  • Bu kimdi?Tanimirsan tesadufen? ...
  • Allahin inkarci qovumlere verd ...
  • Sevgi resimleri
  • Bir birinden gozel avtomobille ...
  • Mane olmada
  • Oldurucu mashin(ureyi zeyifler ...
  • Mələklərin seyr ...
  • Ne gundesen ay piyan Bu piyani ...
  • Dostluq mesajlari
  • 5 ferqi tapin arada olan ferql ...
  • Ad gunu tebrikleri
  • Ayriliq
  • Wap sayt yaratmaq ucun derslik
  • Adobe Photoshop CS 8.0
  • Pishikler3
  • 116 edet Wap script
  • Resimllere diqqetnen baxin
  • Pishiyi oldur :))) Qorxulu oyu ...
  • Böyük tullanı&# ...
  • Futbolkada ne duz deyil deye b ...
  • Maraqli sumkalar
  • Sevgi sms leri
  • Ne gundesen?
  • MIrtilari :)))
  • Aşk ve Işık...
  • Qizillari yig
  • Bir anlig Gulush :))
  • Iluisiya resimler bunlar sadec ...
  • Photoshopun istesali :)
  • Artislerin ushaqliq resimler v ...
  • Hədislər
  • Atlarin uzerine basin her bir ...
  • Tanninmish simlara tanimalz ha ...
  • PORTAĞAL, YOXSA MANDAR ...
  • Namaz
  • Baxin Hard diskden necede saat ...
  • Merhum Ayetullah Mirza Cavad T ...
  • Xeyellarin mashini
  • Bu BMW ye ne olub bele?
  • FaceGen Modeller 3.1.2
  • Yağmur Yağmayın ...
  • Maraqli resimler.
  • Bayram SMS leri Bayraminiz mub ...
  • Cox Gozel Yeni Doyush oyunu
  • Zarafatalar
  • Zarafatlar
  • Sizinde bele maraqli informasi ...
  • Indiana Cones Cox GOZEL bir oy ...
  • Ade besdirde:)))
  • MEZAR SOHBETI.
  • Superman
  • Sizce burda ne duz deyil?:))
  • Maraqli bir oyun daha bu adami ...
  • Super Mario
  • Super Mario World
  • 7 Kutsal Gercek
  • Sevgi smsleri
  • Avtomobil surmeyi oyren
  • Gezel resimler 4
  • Xeste xana
  • Bir Super oyun daha Oynamaq co ...
  • Maraqli bir oyun
  • Qapinin zengini basmagi unutma ...
  • Metro kartınıza diqq ...
  • Generator nece duzeltmek olar? ...
  • Avstraliya mescidleri
  • Yeqin bu resimlerden cox gormu ...
  • Bular bu qushu tutmaq isteyirl ...
  • Super Mario 2&3
  • Piroq arzusu
  • Qush qripi :)Oyna qorun
  • Resmler...
  • Bagishla
  • Kompyuter
  • Meqsed otagdan cixmaq
  • Sizce bunlar nece olur?
  • Code of the Samurai
  • Bu shirin bala neye baxir ele? ...
  • Creativ Resimler.
  • Pishikler
  • Sıkı tut ruhunu
  • KElle getdi
  • Snoubord
  • Bebe Niye aglayir sondurmek ol ...
  • Gozlerini yoxla bax gor burdak ...
  • Ses verin
  • Qurani Kerim - Fatiha suresini ...
  • Komik heyvan şəkill& ...
  • Escape Quickly
  • Tarakanları tap, öld ...
  • Dostluq
  • Resme diqqetnen baxin
  • 40 h ...
  • Dermotologiya
  • Ralli Oyunu
  • Gezel resimler 1 ci hisse
  • 20 yanvar – Ümumxalq k ...
  • Buzdan duzelmish yaradciliq is ...
  • Bir dəstə gül
  • Hero Machine v2.0
  • Убивалка времени
  • Yer fındığı ...
  • Burda 2 resim var siz 10 ferqi ...
  • Dashinmada deysen nese sefdir.
  • Salam Jhek
  • Maraqli Bir oyun daha kec goru ...
  • Namaz 4. Azan
  • Gezel resimler 2
  • Gunun super oyunu

  • Səsvermə

    Futbol üzrə 2008 Avropa Çempionatının qalibi kim olacaq?

    Çexiya
    Portuqaliya
    İsveçre
    Türkiye
    Avstriya
    Xorvatiya
    Almaniya
    Polşa
    Fransa
    İtaliya
    Hollandiya
    Rumıniya
    Yunanıstan
    Rusiya
    İspaniya
    İsveç


    Резултаты

    wap.gilavar.org