DataLife Engine > Islam > Türkiye mescidleri
Türkiye mescidleri17 ÿíâàðÿ 2007. Ðàçìåñòèë: Ismail |
|
TÜRKİYƏ MƏSCİDLƏRİ
SULTANƏHMƏD CAMİ
Sultanəhməd Cami, 1609-1616-cı illər arasında sultan I. Əhməd tərəfindən İstanbuldakı tarixi yarımadada, Memar Sədəfkâr Mehmet Ağaya tikdirilən məsciddir. Mavi, yaşıl və bəyaz rəngli İznik çiniləriylə bəzəndiyi üçün Avropalılar "Mavi Cami (Blue Mosque)" olaraq adlandırırlar.. Sultanəhməd, Türkiyənin altı minarəli ilk camisidir. Bir əfsanəyə görə dövrün padşahı I. Əhməd, başda minarələri qızıldan düzəltdirmək istəmişdir. Amma lazım olan qızılın dəyəri padşahın büdcəsini aşdığı üçün, caminin memarı Sədəfkâr Mehmet Ağa bu əmri guya yanlış eşidərək, "altın" (“qızıl”) sözcüyünü "altı" edərək, camini 6 minarəli inşa etdirmişdir. Caminin ibadətxana bölümü 64 x 72 kv. metr ölçüsündədir. 43 metr yüksəkliyindəki mərkəzi qübbəsinin çapı 23,5 metrdir. Caminin içi 260 pəncərəylə işıqlandırılmışdır. Yazıları Diyarbəkirli Seyyid Qasım Gubarî tərəfindən yazılmışdır.
YENİ CAMİ
Yeni Cami, 1597-ci ildə Sultan III. Muradın arvadı Safiye Sultanın əmriylə İstanbulda özülü qoyulan və 1663-cü ildə ibadətə açılan camidir. Memar Davud Ağa tərəfindən tikilməyə başlanmış, Memar Dalgıç Əhməd Ağa davam etdirilmiş, ancaq inşaatın başlanğıcından 66 il sonra dövrün memarbaşısı Mustafa Ağa tərəfindən IV. Mehmed zamanında bitirilə bilmişdir. Memar Sinanın Şahzadə Camisində və Sədəfkar Memar Mehmed Ağanın Sultanəhməd Camisində istifadə etdiyi qübbə planını tekrarlar. Ancaq qübbənin piramidə oxşar şəkildə yüksəlməsi özünəməxsus bir özəllikdir.
FATİH CAMİ
Fatih bölgəsi İstanbulda yerləşir. Buradakı Fatih Cami Fatih Sultan Mehmet tərəfindən inşa etdirilmişdir. Fatih Caminin Osmanlı tarixindəki əsas yeri, ilk mədrəsələrin bu məscidin strukturnda olmasıdır. Hal-hazirda da bu mədrəsələr universitet tələbələri tərəfindən istifadə edilir.
SƏLİMİYƏ CAMİ
Səlimiyə Cami (Ədirnə) II. Səlimin əmri ilə Memar Sinan tərəfindən Kiprin fəthiylə əldə edilən gənimətlərlə inşa edilən məscidir. 1568 – 1575-ci illərdə tamamlanan Səlimiyə Cami Osmanlı-Türk memarlığının ən böyük əsəridir. Dört minarəsi var. Hər minarənin yüksəkliyi 79,89 metrdir.
Osmanlı hökmdarı II. Səlim tərəfindən Memar Sinana inşa etdirilən Səlimiyə Cami, zamanın paytaxtı olan Ədirnəde, şəhərin ən yüksək nöqtəsində İldırım Bəyazıdin inşa etdirdiyi Baltacılar Koğuşunun qalıntıları üzərində inşa edilmişdir. İnşasına 1569-cu ildə başlanmış və 1575-ci ildə tamamlanmışdır. Osmanlı-Türk sənətinin ən möhtəşəm əsəridir. Mimar Sinan, Səlimiyə üçün "ustalığımın əsəri" demişdir. Açıq havalarda Rodop Dağlarından və Uzunkörpünün Süleymaniyə Kəndindən görünür.
SÜLEYMANİYƏ CAMİ
Süleymaniyə Cami, Qanuni Sultan Süleyman adına 1550-1557-ci illər arasında İstanbulda Memar Sinan tərəfindən inşa edilən camidir. Süleymaniyə Cami klassik Osmanlı memarlığının ən önəmli örnəklərindəndir. Dörd fil ayağı üzərinə oturan caminin qübbəsi 53 m. yüksəkliyində və 26,5 m çapındadır. Bu ana qübbə, iki yarım qübbə ile dəstəklənir. Caminin xəttatı Həsən Çələbidir.
Türkiyə məscidləri haqqında məlumat wikipedia.org saytından götürülüb. |